TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. Bu barədə Bakupost.az-a məlumat yayıb.
Qeyd edilir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.
Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.
Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.