Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdış prosesi davam etdirilir.
Bu gün Xocavənd rayonunun Hadrut və Qırmızı bazar qəsəbələrinə növbəti köç prosesi gerçəkləşir. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavəndin Hadrut qəsəbəsinə 10 ailə - 47 nəfər, Qırmızı bazar qəsəbəsinə 20 ailə - 91 nəfər köçürülür.
ZÜMRÜD