Cümə günü, 06 noyabr 2026
     

Mətbuat Şurası Ali Məhkəmənin bu qərarını şərh etdi

Image


Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı dövrün və zamanın tələbindən irəli gəlir. Qərar şəxsi həyatın toxunulmazlığı sahəsində beynəlxalq standartların ölkəmizdə tətbiqi zərurətini rəhbər tutmaqla, Azərbaycan Respublikası Konstitusiyasının “Şəxsi həyatın toxunulmazlığı” adlı 32-ci maddəsi baxımından real tətbiq mexanizmi yaradır. Bu mexanizm isə təkcə ayrı-ayrı şəxslər deyil, eyni zamanda, media fəaliyyəti üçün də yeni baxışlar formalaşdırmalıdır.

Bu barədə Mətbuat Şurasının Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı ilə bağlı şərhində bildirilir.

Qeyd edək ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş Referendumda əsas qanunun sözügedən 32-ci maddəsinə VI, VII və VIII hissələr əlavə edilmişdi. Həmin əlavələrdə birincisi, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmağın qadağan edildiyi, ikincisi, məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməzliyi, üçüncüsü, fərdi məlumatların dairəsinin, onların emalının, toplanmasının, ötürülməsinin, istifadəsinin və mühafizəsinin şərtlərinin qanunla müəyyənləşdirildiyi vurğulanırdı.

Ümumən, konstitusiyanın 32-ci maddəsindən və sadalanan prinsiplərdən qaynaqlanan Ali Məhkəmə Plenumunun qərarı müəyyənləşdirir ki, bir şəxs haqqında hansısa faktın doğruluğu belə, həmin faktın informasiyaya çevrilməsinə, daha doğrusu, faktın dərhal yayıla bilməsinə zəmin yaratmır. Çünki şəxsin razılığı olmadan onun özəl məlumatlarının, ailə həyatına dair bilgilərin toplanması, saxlanılması və yayılması hüquqa ziddir. Bu baxımdan tibbi məlumatlar, maliyyə, əmlak vəziyyəti, şəxsi yazışmalar, ailədaxili münasibətlər, uşaqların sağlamlığı və digər həssas məlumatlar fərqləndirilir.

Ali Məhkəmə bildirir ki, əvvəllər bir şəxs digər şəxsə qarşı yalan məlumatlar yaydığı halda, şərəf və ləyaqətin müdafiəsi institutundan istifadə etməklə tələblər irəli sürülüb, lakin məlumatın həqiqiliyi ortaya çıxdıqda iddialar təmin olunmayıb. Artıq bu duruma son qoyulur. Çünki yeni qərar şəxsi toxunulmazlıq hüququnu şərəf və ləyaqətin müdafiəsi hüququndan fərqləndirir. Yəni, şəxsi toxunulmazlıq hüququ konstitusion mənada şəxsi və ailə həyatının məxfiliyinin qorunmasını nəzərdə tutmaqla, hər bir fərdin şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü rahat və təhlükəsiz hiss etməsinə xidmət edir: “Ali Məhkəmə qərarında şəxsi toxunulmazlıq hüququnun mühüm institutu olan, lakin bu vaxtadək məhkəmə mübahisələrinin içində digərlərinə nisbətən müdafiədən kənarda qalan şəxsi və ailə həyatına hörmət hüququnu geniş şərh edərək ön plana çıxarmışdır”.

Maraqlı məqamlardan biri də budur ki, qanun təkcə şəxsi və ailə həyatına dair məlumatları qorumaqla kifayətlənmir, şəxsin mənzili, avtomobili, xidməti otağı, ləvazimatları, habelə şəxsi xüsusiyyətə malik digər əşyaları, ona məxsus heyvanları, bitkiləri və digər obyektləri də qoruyur. Yəni, sadalanan xüsusdakı bilgilərin qarşı tərəfin razılığı olmadan, yaxud razılığına zidd yayılması da yolverilməzdir ki, dünyanın bir çox ölkələrində bu praktikaya müraciət halları var. Eyni zamanda, şəxsi və ailə sirri təşkil edən məlumatların qorunmasına mükəlləf qurumların, şəxslərin həmin məlumatları yaymasına görə məsuliyyət növlərinin müəyyənləşdirilməsi də.

Ali Məhkəmə Plenumunun qərarında daha iki mühüm məqam var ki, onlardan birincisi məlumatların yayılmasına şəxsin öz razılığı məsələsi, digəri isə məlumatların ictimaiyyətə açıqlığıdır. Bir şəxs internet resursunda əlaqə məlumatlarını, həyatını, xəstəliyini, gördüyü işləri, iş ortaqlarını və sairi paylaşırsa, bu, şəxsin özünün həmin məlumatları ictimaiyyətə açıqlaması hesab edilir. Deməli, bu bilgilərdən istifadə heç bir məsuliyyət yaratmır. Şəxsin öz razılığı ilə paylaşılan bilgilərin informasiyaya çevrilməsi də həmçinin. Əlbəttə, şəxsin özünün paylaşdığı bilgilərin informasiya çevrilməsindəki məsxərə və aşağılayıcı ton, bu kimi hallara ayrıca hüquqi qiymət verilməsini aktuallaşdırır.

Plenum qərarındakı vacib məqamlardan biri də yayılmış məlumatların cəmiyyətin maraq dairəsində olması məsələsidir. Qərarda belə məlumatların mülki hüquq pozuntusu hesab edilməməsi vurğulanır. Bu, son dərəcə vacib məqamdır və jurnalist fəaliyyəti ilə daha sıx bağlıdır. Nəzərə alaq ki, media və jurnalistlər ictimai nəzarət funksiyası yerinə yetirirlər və onların mövcud ampluada təmasda olduqları şəxslər cəmiyyətin maraq dairəsindədirlər. Yəni, jurnalist fəaliyyəti məhz həmin marağın qarşılanmasını rəhbər tutur.

Deməli, publik şəxslərin davranışlarının, qərarlarının və fəaliyyətinin cəmiyyətə birbaşa və ya dolayı şəkildə təsir etməsi amili əsasdır və bu amil onların şəxsi həyatının da ictimai nəzarətə açıqlığını, bir növ, normaya çevirir. Onu da nəzərə alaq ki, sıravi şəxslərlə müqayisədə publik şəxsləri tənqidetmənin yolverilən hədləri daha genişdir. Amma Ali Məhkəmə çox doğru olaraq ictimai marağın aşılmasının yolverilməzliyini vurğulayır və misal gətirir, daha doğrusu, müqayisə aparır: “Məsələn, jurnalist yerli özünüidarə orqanının rəhbərinin rəsmi gəlirləri ilə uyğun gəlməyən lüks mənzil və avtomobillərə sahib olması, habelə uşağının anadangəlmə qüsurlu olması barədə ictimaiyyətə məlumat verir. Şəxsin əmlak vəziyyəti ilə bağlı göstərilən hallar şəxsi məlumat olsa da, cəmiyyətin legitim maraq dairəsinə daxildir, bu məlumatın yayılması pozuntu hesab edilə bilməz. Lakin, uşağın fiziki qüsurlu olması ilə bağlı məlumatlar şəxsi və ailə həyatına hüquqazidd müdaxilə hesab olunacaq, çünki, həmin şəxsin publik vəzifələrinin icrası baxımından hər hansı ictimai maraq kəsb etmir”.

Nəhayət, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarının məğzində dayanan mühüm amillərdən biri də məsuliyyətdir. Söhbət şəxsi məlumatların yayılmasına görə nəzərdə tutulan məsuliyyətdən gedir. Aydındır ki, qərar məsuliyyətin müəyyənləşdirilməsində çətinliyin yaranmasından, indiyədək tətbiq edilən mübahisələndirmə mexanizminin zəifliyindən qaynaqlanır.

O da aydındır ki, şəxsi məlumatların yayılmasına görə məsuliyyət, həmçinin, medianın məsuliyyəti belə məlumatların yayılma arealının genişliyindən asılı olaraq müəyyənləşəcək. Əlbəttə, qanunazidd bilgilər televiziya və radioda yayılırsa, daha böyük maddi təzminatdan söhbət gedəcək. Habelə, geniş əhatə dairəsinə malik sosial şəbəkələr vasitəsilə həyata keçirilən yayımın da kütləvilik durumu zərərin həcmini artıracaq.

Ancaq sırf sosial şəbəkə seqmentində yer almış hansısa bilgi paylaşımının mübahisələndirilməsi zamanı, müvafiq olaraq nəzərdə tutulacaq məsuliyyətin dəqiqliyi üçün həmin bilginin yayım arealının özünün hüquqi qiymətləndirilməsi üçün əlavə qanuni mexanimzə ehtiyac yarana, bu kimi durumlarda sosial şəbəkələr baxımından müəyyən texniki parametrlərə diqqət yetirilməsi zəruriləşə bilər. Məsələn, qanunsuz bilgini yayan sosial şəbəkə profilinə baxış sayının və bu sayın cəmiyyətə təsirinin hesablanmasının nəzərdən keçirilməsi məqsədi ilə ayrıca dəyərləndirmənin aparılması mümkündür ki, bu prosedurun da hüquqa söykənməsi vacibdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ