Ölkə daxilində süni intellekt istiqamətində müxtəlif yanaşmalar mövcud olsa da, artıq bu sahədə Azərbaycanın vahid strateji baxışı formalaşıb. Bunu AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev "Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası" mövzusunda keçirilən elmi konfransda deyib.
Onun sözlərinə görə, hazırda süni intellektlə bağlı Azərbaycanın həm daxili, həm də xarici siyasət xətti müəyyənləşdirilib və bu istiqamət dövlətin uzunmüddətli inkişaf prioritetləri sırasında yer alır.
Vitse-prezident vurğulayıb ki, süni intellekt texnologiyalarının tətbiqi ölkənin iqtisadi, elmi və texnoloji potensialının gücləndirilməsinə xidmət etməlidir.
Bununla yanaşı, rəqəmsal transformasiya prosesində vətəndaşların hüquq və azadlıqlarının qorunması əsas prinsip kimi saxlanılmalıdır.
AMEA rəsmisinin fikrincə, süni intellekt yalnız innovasiya və inkişaf aləti deyil, həm də milli təhlükəsizlik, informasiya suverenliyi və etik normaların qorunması baxımından strateji əhəmiyyət daşıyır.
O qeyd edib ki, dövlət siyasəti çərçivəsində süni intellekt sahəsində elmi tədqiqatların genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və milli normativ-hüquqi bazanın təkmilləşdirilməsi prioritet istiqamətlərdəndir.
İRADƏ