Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən "Şeyx Lounge" restoranının yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb.
KİV-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
"Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər - C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir", - deyə məlumatda bildirilir.
ZÜMRÜD