Yanvar ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 54 müraciət daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, müraciətlərin 11-i kişilər, 42-si qadınlar tərəfindən olub: "Bir müraciət isə yetkinlik yaşına çatmayan şəxs tərəfindən olub. Müraciətlərin 16-sı psixi, 3-ü iqtisadi zorakılıqla, 34-ü fiziki zorakılıqla bağlı olub. Cinsi zorakılıqla bağlı isə bir müraciət edilib".
Komitə rəsmisi qeyd edib ki, bu müraciətlərin hər biri müvafiq qurumlara yönləndirilib və neçəsinin təsdiqini tapıb-tapmadığı cavab məktublarından sonra bilinəcək.