Cümə günü, 06 noyabr 2026
     

VƏTƏNSEVƏR CƏSUR

Image


Azərbaycanın tarixən qəhrəmanlar diyarı olduğunu çox eşitmişik. Zaman-zaman qəhrəmanlar yetişib bu torpaqda. Ana vətən çağıranda səs verib onun səsinə, vətən oğulları. O oğullar ki, cəsarəti, hünəri, vətən sevgisini silaha çevirib, şəhid olduqda isə cismi ilə qorumağa çalışıb bu torpağı, yağı düşmənlərdən. Belə qəhrəmanlarımız tarixən olub, bu gün də var.

Elə söhbət də - həyatını itirməyə bir an qalmış Qazi Vasif Natiq oğlu Tağıyevdən gedəcək.

Qanuna əsasın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etmək üçün ev sahibi olaraq ölkənin üzərinə məsuliyyət düşür. Təəssüflər olsun ki, bəzi dövlətlər ev sahibi olaraq, bu sahədə götürdükləri öhdəlikləri yerinə yetirmir.

2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasının Tehrandakı səfirliyində baş vermiş hadisə bunu bir daha təsdiqlədi. Terrorçu Kalaşnikov avtomatı ilə səfirliyin binasına hücum edib, təhükəsizlik postunu yararaq səfirliyin əməkdaşlarına atəş açmışdır.

Nəticədə diplomatik nümayəndəliyinin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov həlak olmuş, mühafizəçilər Tağıyev Vasif və İmanov Mahir isə ağır yaralanmışlar.

Silahlı hücum zamanı mühafizəçi Vasif Natiq oğlu Tağıyev həyatını təhlükəyə ataraq, vəzifə borcunu yerinə yetirərək, baş verə biləcək böyük faciənin qarşısını almaq məqsədilə cinayətkarın üstünə atılaraq, onu zərərsizləşdirmiş, aldığı güllə yaralarına baxmayaraq, səfirlikdə yaşayan neçə-neçə ailə üzvlərinin həyatını xilas etmişdir.

Bu hər oğulun gördüyü iş deyil. Bunu - Vətənin nər oğlu, cəsarətli, Vətənini sevən insan - Vasif Tağıyev edə bilərdi. Bu missiyanı qorxmadan, cəsarətlə, hətta doğmalarını belə o anda unudan qəhrəmanımız etdi.

Bütün dünyanı sarsıdan bu xəbəri eşidən Macarlar, Vasif Tağıyevi bu cəsurluğuna görə - dünyanın ən məşhur sərkərdələrindən biri olan Atilla ilə müqayisə etmişlər.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev baş vermiş hadisəyə istinadən Tağıyev Vasif Natiq oğlunu 1-ci dərəcəli “Rəşadət”ordeni ilə; Əsgərov Orxan Rizvan oğlunu (ölümündən sonra); İmanov Mahir Kamil oğlunu “Vətən uğrunda” medalı ilə təltif etmişdir.

Qeyd etmək lazımdır ki, 2017-ci ildə təsis edilmiş "Rəşadət" ordeni ilə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif olunanlar siyahısında Vasif Natiq oğlu Tağıyev beşinci şəxsdir.

Vasif Tağıyev Respublikanın Prezidenti Cənab İlham Əliyevə yazdığı Təşəkkür məktubunda bildirmişdir:

“... Hörmətli Cənab Prezident! Sizin tərəfinizdən 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməyimin qürurunu yaşayıram. Tehran şəhərindəki səfirliyimizə qarşı törədilmiş və ölümlə nəticələnmiş terror hadisəsində xidməti borcumu yerinə yetirərkən ağır yaralandığım ilk andan mənə və ailəmə böyük dəstək göstərdinizə görə; Yüksək humanistliyinizə, ailəmizə göstərdiyiniz qayğıkeş münasibətə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Bundan sonra da Sizin sadiq əsgəriniz olaraq, dövlətimə xidmət edəcəyimə söz verirəm”.

Vasif Tağıyevin ölümə qalib gəlməkdə mənəvi gücünü əks etdirən səbəblərdən biri də onun mərdliyi – şücaəti oldu.

Qəhrəmanımızın atası Tağıyev Natiq Fərhad oğlu ali təhsilli, müharibə veteranıdır. Anası Təranə xanım - tibb işçisi olaraq, ehtiyacı olanların “yaralarına” məlhəm qoyaraq, dərdlərinə əlac edir. Sözün əsl mənasında- “Ot kökü üstündə bitər”!

... “Oğlumuz Vətənpərvər olduğundan işinin də ustası oldu, Tehranda baş vermiş hadisədə terrorçu ilə sona qədər əlbə-yaxa olub, mübarizə apardı. Çənəsindən aldığı güllə yarasından bir neçə dəfə əməliyyat olunan Vasifim, xoşbəxtlikdən 9 saat davam edən son əməliyyatdan salamat çıxdı. Mən deyərdim ki, Allah Təala mənə onu yenidən bəxş etdi” - deyən, Təranə xanım – müsahibəsini söyləyərkən, qulaq şahidi olmaqda özümdə güc tapdım. O, deyir ki,“Hər dəfə o anları xatırlamaq çox çətindir, hadisənin baş verdiyi günü sanki dünyam alt-üst oldu”. Hadisədən az keçmiş, oğlumla görüntülü telefon bağlantısı zamanı yalnız ağ köynəyinin və üzünün qana bulaşdığını gördüm”...

Vasif Tağıyev 1989-cu ildə martın 24-də Şuşa şəhərində anadan olub. 1992-ci ilin mayında Şuşanın işğalı ilə əlaqədar Tağıyevlər ailəsi Bakıya köçüb. O zaman Vasif 3 yaşında idi. Orta məktəbi bitirmiş Vasif Tağıyevi Qarabağa, Şuşaya olan sevgisi Milli Qvardiya sıralarında xidmətə aparmışdır. Torpaqlarımız geri alınanda Vasifin sevinci aşıb-daşırdı, çünki onun mayası o torpağın suyundan bəhrələnmişdi.

Vasif 2009-cu ildən Əlahiddə Ümumqoşun Ordusunda, 2015-ci ildən isə Azərbaycan Respublikasının Tehran, Moskva, İstanbul, Çürcüstan səfirliklərinin Xüsusi Dövlət Mühafizə Xidmətində çalışmış, dəfələrlə “Qüsursuz xidmətə görə”medalı ilə təltif edilib.

Həyatlarını xilas etdiyi səfirlik əməkdaşlarının valideynləri, həyat yoldaşalrı və övladları ardı-arası kəsilmədən Vasifin görüşünə gələrkən, bir ağızdan deyirdilər: - bu gün yaşadığımıza görə hamımız Vasif müəllimə sonsuz minnətdarıq.

Səfiriyin əməkdaşlarını və ailələrini gətirən təyyarə Vətənə çatanda,Vasif təyyarədəki həyatını qurtardığı uşaqların səsini eşidəndə, ağlamışdı. O, ölümün pəncəsindən qopadığı bu günahsızların yaşayacaqlarına sevinirdi.

Allah xalqımızı, dövlətimizi qorusun. Dünyamıza əmin-amanlıq bəxş etsin. Allaha şükür Torpaqlarımız uğrunda döyüşən Vətənimizin qeyrətli oğulları - şəhidlərimizin qanı bahasına işğaldan azad edildi, Qazilərimizə çan sağlığı diləyən Təranə xanıma deyirəm: O vaxtı atanız anasının (nənənizin) əlacsız saydığı gözünə nur verən, Ulu Öndərin həyat yoldaşı olduğunu dərk etmədən, sadəcə həkim kimi tanıdığı Zərifə xanıma təşəkkür məktubu göndərmişdi. Uzun zaman keçdikdən sonra Siz, övladınız Vasifin Vətənə salamat qayıtdığına və eləcə də 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildiyinə görə Ali Baş Komandan İlham Əliyev Cənablarına “Təşəkkür Məktubu” göndərdiniz.

İki fərqli anlar, iki fərqli zaman, iki fərqli həyat, hər ikisində də həyatla ölüm-dirim mübahisəsi!

Vasif, Sən də mübariz oldun. Etdiyin bu xidmətlə, ən azından 30-40 ailəni göz dağından uzaqlaşdırdın. İgidlərimizin ruhu şad olsun, nə yaxşı ki, Vətənimizi, torpaqlarımızı qoruyan fəxr edəcək, qürur duyacaq kişi qeyrətli Orxanlarımız,Vasiflərimiz, Mahirlərimiz, Talehlərimiz, Pərvizlərimiz, İlqarlarımız, Rəşadlarımız, Elvinlərimiz var. Göstərdiyi bu qəhrəmanlığa görə Vasif Tağıyevin alnına sanki möhür əvəzi “Rəşadət Ordeni ilə Vətənpərvər İgid” yazıldı!

Vasif Natiq oğlu Tağıyev bu gün də heç nədən çəkinmədən, Rusiya-Ukrayna müharibəsinin gərgin vaxtında – Cənab Prezidentimizə verdiyi sözə əəl edərək - sevdiyi vəzifəsinin icrasını davam edərək, Ukraynada Azərbaycan Respublikasının səfirliyində Azərbaycan əsgəri kimi yenə xidmətdədir. Ona bu işində uğurlar arzulayaq!

Dilarə AĞAMUSA

Tarix ü.f.d.,Yazıçı-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ