çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Milyonlarla telefon sahibinə kütləvi ziyan vurulacaq...

Image


Vətəndaşın əmlakını dəyərdən salmaqla büdcə gəlirini artırmaq istəyirik?

Mobil şəbəkələrə bir il ərzində qoşulmayan telefonların IMEI qeydiyyatının deaktiv edilməsi ilə bağlı qərar son günlər cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Qanunvericiliyə əsasən, 31 dekabr 2025-ci ildən etibarən bu cür cihazların IMEI-ləri passiv siyahıya keçiriləcək, 1 yanvar 2026-cı ildən isə onların mobil şəbəkələrə çıxışı tamamilə bağlanacaq. Mütəxəssislərin hesablamalarına görə, bu proses təxminən 3 milyon mobil telefonu əhatə edir. Məsələnin əsas mübahisə nöqtəsi isə ondan ibarətdir ki, telefonun işlədilib-işlədilməməsi vətəndaşın şəxsi seçimidir və bu seçimin nəticəsi olaraq əmlakın faktiki yararsız hala salınması hüquqi və ədalətli hesab oluna bilərmi.

Dünya təcrübəsinə baxdıqda görürük ki, IMEI qeydiyyatı və mobil cihazların şəbəkəyə çıxışının tənzimlənməsi yeni və lokal bir siyasət deyil. Bir çox ölkələrdə, o cümlədən Çili, Hindistan, Pakistan, İran, İndoneziya, Nigeriya, Ukrayna və digərlərində “whitelist” sistemi tətbiq olunur. Bu sistemin əsas məqsədi qanunsuz idxal edilən, saxta və ya oğurlanmış telefonların dövriyyəsinin qarşısını almaq, eyni zamanda təhlükəsizlik və bazar nəzarətini təmin etməkdir. Lakin bu ölkələrin əksəriyyətində IMEI bloklanması yalnız konkret hüquq pozuntusu, yəni cihazın qanunsuzluğu və ya cinayətlə əlaqəsi sübuta yetirildikdə tətbiq olunur. Sadəcə olaraq, telefonun uzun müddət istifadə edilməməsi IMEI-nin deaktiv edilməsi üçün əsas sayılmır. Burada IMEI kodu bir əmtəə, mal rolunu oynayır, dövlət bunu vətəndaşa satıbsa, onu necə götürüb deaktiv, yəni ləğv edə bilər? Bu, vətəndaşın əmlakına qəsd deyilmi?

Bir il ərzində mobil şəbəkəyə qoşulmayan cihazların avtomatik olaraq passivləşdirilməsi yanaşması əsasən Türkiyədə 2024-cü ildən tətbiq edilməyə başlanıb və qlobal praktikada istisna hal kimi qiymətləndirilir. Bu modeldə telefon tam işlək vəziyyətdə qalsa belə, zəng və mobil internet imkanları bağlanır ki, bu da cihazın real bazar və istifadə dəyərini kəskin şəkildə azaldır. Hüquqi baxımdan bu addım birbaşa müsadirə olmasa da, “dolayı ekspropriasiya”, yəni əmlakın formal olaraq sahibində qalmasına baxmayaraq faktiki dəyərinin itirilməsi kimi dəyərləndirilə bilər.

Konstitusion prinsiplərə əsasən, mülkiyyət hüququ toxunulmazdır, lakin ictimai maraq naminə qanunla müəyyən məhdudiyyətlər qoyula bilər. Dövlət bu kontekstdə oğurluqla mübarizə, qanunsuz idxalın qarşısının alınması, saxta IMEI-lərin dövriyyədən çıxarılması və təhlükəsizlik kimi legitim məqsədlər irəli sürür. Bununla belə, əsas problem mütənasiblik məsələsidir. Telefonu bir il istifadə etməmək hüquq pozuntusu deyil, ikinci telefonun saxlanılması, kolleksiya məqsədilə cihazın qorunması və ya yaşlı ailə üzvü üçün ehtiyat telefonun kənarda qalması tamamilə qanuni hallardır. Bu kimi hallarda ən sərt sanksiya olan tam şəbəkə qadağasının tətbiqi bir çox hüquqşünas tərəfindən həddən artıq sərt və vətəndaşa disproporsional zərər vuran tədbir kimi qiymətləndirilir.

Bu siyasətin arxasında fiskal motivlərin olub-olmaması da geniş müzakirə olunur. Praktik nəticələr göstərir ki, IMEI deaktivasiya riski olan cihazların sahibləri ya yenidən qeydiyyat üçün rüsum ödəməyə, ya da yeni telefon almağa məcbur qalırlar. Bu isə dövlət büdcəsinə əlavə daxilolmalar, eyni zamanda, mobil cihaz bazarında süni yenilənmə effekti yaradır. Xüsusilə IMEI qeydiyyat rüsumlarının yüksək olduğu ölkələrdə bu arqument daha inandırıcı görünür. Əgər məqsəd yalnız təhlükəsizlik olsaydı, daha yumşaq mexanizmlər - uzun keçid müddətləri, pulsuz reaktivasiya imkanı, sadə SIM yoxlaması və ya mərhələli xəbərdarlıqlar tətbiq oluna bilərdi.

Gözlənilən ssenari ondan ibarətdir ki, ilk mərhələdə milyonlarla telefonun deaktiv edilməsi ictimai narazılığı artıracaq. Tarixi təcrübə göstərir ki, bu cür kütləvi texniki qərarlar çox zaman sonradan yumşaldılır, əlavə güzəştlər və ya “birdəfəlik açma” mexanizmləri tətbiq olunur. Hüquqi müstəvidə isə bu mövzu gələcəkdə məhkəmə mübahisələrinə, hətta beynəlxalq instansiyalarda müzakirələrə səbəb ola bilər.

Nəticə etibarilə, telefonu işlədib-işlətməmək vətəndaşın şəxsi seçimidir və bu seçimin dolayı yolla cəzalandırılması hüquqi baxımdan mübahisəli görünür. Təhlükəsizlik və bazar nəzarəti legitim məqsədlər olsa da, tətbiq olunan vasitələrin mütənasibliyi ciddi suallar doğurur. Mövcud siyasət həm dövlət üçün nəzarət və fiskal gəlir imkanları yaradır, həm də cəmiyyət üçün əmlak dəyərinin azalması və hüquqi narahatlıq risqini artırır. Bu balansın necə qorunacağı isə qarşıdakı dövrdə atılacaq əlavə addımlardan asılı olacaq.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ