Cümə günü, 06 noyabr 2026
     

Prezident elm və təhsil proqramları ilə bağlı yeni tələblər qoydu...

Image


Müasir dövlətlərdə bütün sahələri əhatə edən inkişaf proqramlarının tətbiqi ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri hesab edilir. Xüsusilə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi çox vacibdir.

Azərbaycanda bu istiqamətdə mühüm işlər görülsə də, mütəxəssislər hesab edirlər ki, ölkəni yenidən dünyanın elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına ciddi ehtiyac var. Yəni bu istiqamətdə görüləsi işlər çoxdur.

Bizim elmimizin praktik nəticələri olmalıdır

Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında bəyan edib ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir: “Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır. Bizim elmimizin praktik nəticələri olmalıdır”.

Resurs hələ inkişaf demək deyil, resursu imkana çevirmək lazımdır

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı hesab edir ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında səsləndirdiyi fikirlər elmi ictimaiyyətə ünvanlanmış ismarıc olmaqla yanaşı, Azərbaycanın gələcək inkişaf modelinin strateji yönünün konturlarını müəyyən edən siyasi açıqlamadır: “Dövlət başçısının çıxışında üç böyük məzmun xətti aydın görünür:

təbii resursların mahiyyəti, intellektual kapitalın həlledici rolu və texnoloji suverenliyin imperativi.

Bu çıxış bir daha təsdiq edir ki, Azərbaycan artıq “neft iqtisadiyyatı dönəmi”ni keçmiş bir ölkədir, indi qarşıda duran məsələ “bilgi və texnologiya iqtisadiyyatı dönəmi”ni formalaşdırmaqdır. Bəli, təbii sərvətlər bir vasitədir, məqsəd isə insan kapitalıdır. Azərbaycan müstəqillikdən bu yana enerji resurslarını milli inkişafın hərəkətverici gücünə çevirməyi bacardı. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, indi bəşəriyyət elə bir mərhələyə qədəm qoyub ki, təbii sərvətlərin öz dəyəri də bilik üzərində qurulur. Neft yataqları tükənə bilər, əlbəttə; qaz kəmərləri də zamanla öz önəmini azalda bilər, lakin insanın zəkası, elm potensialı, yaradıcı gücü tükənməzdir – əgər ona yatırım qoyularsa. Resurs hələ inkişaf demək deyil, resursu imkana çevirmək lazımdır. İnkişafı isə nə insanlığı, nə də insan amilini gözardı etməməklə şərtlənməlidir. Fikrimcə, Prezidentin fikirlərindəki əsas konsept bu idi”.

Ə.Qoşalı onu da qeyd etdi ki, bu, həm də Azərbaycanın milli inkişaf fəlsəfəsində dönüş nöqtəsi kimi şərh edilməlidir: “Enerjinin yaratdığı iqtisadi imkan artıq bilgi iqtisadiyyatının formalaşdırılmasına yönləndirilir. Yəni neft qazandırdı, qazanılan yatırım isə texnologiyaya, elmə, təhsilə, innovasiyaya çevrilməlidir. Elm dövlət siyasətinin strateji sütunu kimi çıxış edə bilər. Azərbaycan elmi müəyyən zamanlarda maddi-texniki bazanın çatışmazlığı, müasir araşdırma infrastrukturunun zəifliyi və qlobal elmi proseslərdən təcrid olunma kimi problemlərlə üz-üzə qalmış ola bilər. Prezidentin çıxışı bu gerçəkliyin açıq və heç nəyi bəzəmədən ifadəsidir: “Elmin praktik nəticələri olmalıdır”. Bax, bu cümlə əslində masa üzərinə yumruq vurmaq kimidir. Elm yalnız məruzələrdən, konfranslardan, formal hesabatlardan ibarət olmamalıdır, təbii. Elm:

-iqtisadiyyata məhsul verməli,

-texnologiyaya bilik verməli,

-dövlətə strateji üstünlüklər qazandırmalı,

-milli təhlükəsizliyə innovativ dayaqlar yaratmalıdır.

Əslində, Prezident AMEA-nı yeni dönəmin elm modelinə keçməyə çağırır:

-fundamental tədqiqat, tətbiqi sonuc, texnoloji səmərə və iqtisadi təsirin toplusu.

Texnoloji inkişaf müstəqilliyin yeni mərhələsi ola bilər deyənlər haqlıdır. Azərbaycanın son illərdə qazandığı hərbi-siyasi uğurlar da texnologiya ilə sıx bağlıdır. 44 günlük Vətən müharibəsi artıq bütün dünyaya göstərdi ki, gələcəyin gücü zirehdə deyil, zəkanın yaratdığı ağıllı texnologiyadadır. Prezident İlham Əliyevin 80 illik yubiley yığıncağındakı çıxışı da eyni məntiqi davam etdirdi. Azərbaycan:

-süni intellekt sahəsində irəliləməlidir;

-nanotexnologiya və biotexnologiyada sonuclar əldə etməlidir;

-maşınqayırma və hərbi sənayedə innovasiyaya söykənməlidir;

-yüksək texnoloji istehsal gücünü artırmalıdır.

Bu, müstəqilliyin geosiyasi təminatı anlamına gəlir. Çünki XXI yüzillikdə ən güclü ordunu, ən dayanıqlı iqtisadiyyatı və ən çevik siyasəti texnoloji üstünlük müəyyən edir. Azərbaycan elminin qarşısında dayanan əsas sual budur: Biz kimin elmini yaradırıq? Özümüzünkü? Yoxsa kiminsə təkrarı sayılan bir modeli? Prezidentin fikirləri göstərir ki, AMEA-nın missiyası dəyişir:

-köhnəlmiş strukturlar yenilənməli,

-şəffaf və rəqabətli mühit formalaşmalı,

-gənc alimlər üçün platformlar açılmalı,

-dünya səviyyəli laboratoriyalar yaradılmalı,

-qlobal elmi şəbəkəyə inteqrasiya güclənməlidir.

Azərbaycan elmi dünyada söz yiyəsi olacaq səviyyədə işləməlidir. Beləliklə, Azərbaycanın gələcəyinin adı – zəka yatırımı, zəkaya yatırım yaxud zəkalı yatırım sayıla bilər. Prezidentin çıxışı bir daha təsdiq edir ki, Azərbaycan neft yüz ilini arxada qoyaraq bilgi yüz ilinə daxil olur. Bu yüz ilin ən böyük sərvəti – intellektdir. Azərbaycan bu sərvəti yaratmaq gücündədir və bu gün verilən siyasi mesajlar gələcək onilliklərin yol xəritəsi olmağı haqq edir.

-Resurs – vasitədir;

-Zəka – məqsəddir;

-Elm – müstəqillikdir;

-Texnologiya – gücdür.

Azərbaycan bu dörd sütun üzərində yeni inkişaf arxitekturasını qurur. Prezident Əliyevin AMEA-da səsləndirdiyi fikirlər bu arxitekturanın strateji manifesti kimi dəyərləndirilə bilər”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ