Cümə günü, 06 noyabr 2026
     

Nazirlik təhsil prosesini əməlli-başlı qarışdırır - məktəbdə saat 6-dək valideyn "nə gəzir?"...

Image


“Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev də bunu təsdiqləyib.

"Bizim sertifikatlaşdırma yanaşmamızın növbəti mərhələsində (2027–2030-cu illər) əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərs demə praktikasını aradan qaldırmaqdır. Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Necə ki, hər birimizin 9:00–18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır. Bu model tamamilə könüllü olacaq. Heç kəs məcbur edilməyəcək. Rəqabətli, yüksək maaşlı, tam iş günü olan müəllim modeli formalaşdırılacaq. Həmin müəllimin həftəlik dərs yükü 18–24 saat olacaq, qalan saatlarda isə təhsillə bağlı digər fəaliyyətlə məşğul olacaq – məsələlər hazırlayacaq, valideynlərlə işləyəcək, şagirdlərlə fərdi yanaşmalar quracaq və s.”.

Yeni dəyişiklik bir sıra suallar doğurur. Belə ki, nazir qeyd edib ki, saat 18:00-a kimi işdə olacaq müəllimlər dərsdən əlavə digər fəaliyyətlə məşğul olacaq – məsələlər hazırlayacaq, valideynlərlə işləyəcək, şagirdlərlə fərdi yanaşmalar quracaq və s. Maraqlıdır, işləyən valideynlər 18:00-a kimi müəllimlə necə işbirliyində olacaq? Ümumiyyətlə, müəllimlərin məktəbdə dərsdən əlavə fəaliyyətlə məşğul olması üçün şərait varmı? Həmin müəllimlərin rahat çalışması üçün ayrıca otaq varmı?

İlham Əhmədov: “Müəllimlərin 8 saat məktəbdə olması üçün normal şərait, oturub işləməyə isti otaq, kompüterlər və s. lazımdır”

Təhsil eksperti, dosent İlham Əhmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu təşəbbüs yaxşı nəticə verməyəcək: “İdeya yaxşı olsa belə, icra prosesində o qədər səhvlər edilir ki, nəticə yaxşı olmur. İdeyanın və niyyətin yaxşı olması isə strategiyadan, konsepsiyadan asılıdır. Təəssüf ki, bizim təhsildə hələ də normal strategiya yoxdur. Ona görə belə dekorativ tədbirlərlə tərsinə qurulan təhsili düzünə yönəltmək mümkün deyil. Hamısı sistemsiz, yarımçıq və PR niyyətli bəyanatlardır. Deyirlər ki, guya islahatların 3-cü mərhələsi başlayıb. Əvvəlkilər guya struktur və strategiya yönlü olub. Düz demirlər.

Təhsilin idarəetməsində ortabab struktur dağıdılıb, əvəzində xaos yaradılıb. Strategiya məsələsi də cəfəngiyatdır, strategiya olsaydı, təhsil bu gündə olmazdı. Ölkədə təhsilə dair nə elmi mərkəz, nə beyin mərkəzi var. Strategiyanı kim, nə vaxt, harada yaratdı? Ümumiyyətlə, kadr islahatı əvvəl nazirlikdə olmalıydı. Bu komandanın işi və nəticəsi ortalıqdadır. Sertifikasiyadan ibarət (bunun obyektivliyi və səmərəsi haqda KİV və sosial şəbəkələrdə çox yazılıb) “təhsil siyasəti” aparmaq, buna kadr islahatı demək, amma təhsilin yüksək idarəetmə pillələrində tam səriştəsiz insanları yerləşdirmək absurddur. Ölkə Prezidentinin AMEA-nın yubileyindəki çıxışında elm, təhsil, universitetlər qarşısında qoyduğu vəzifələrin indiki tərkiblə Elm və Təhsil Nazirliyi tərəfindən icra edilmə ehtimalı yoxdur. Boş yerə vaxt itiririk. Müəllimlərin 8 saat məktəbdə olması üçün normal şərait, oturub işləməyə isti otaq, kompüterlər və s. lazımdır. Əksər məktəblərdə, xüsusən regionlarda belə bir şərait yoxdur, Bakıda da çox sıxlıqdır. Ölkədəki məktəblərin çoxunda müəllimlərin dərslərindən əlavə saatlarda rahat oturub işləməsi üçün şərait də yoxdur. ETN bildirdiyi kimi, məqsəd müəllim peşəkarlığı və təhsil keyfiyyətini artırmaqdırsa, əvvəl müəllimlərin ixtisasartırma və təkmilləşdirilməsi problemləri həll edilməlidir. “Struktur islahatı” adı ilə bu sistemi dağıdıb, bu işi səviyyəsiz, amma “doğma” MMC və QHT-lərə paylamaq lazım deyildi”.

Qoşqar Məhərrəmov: “Müəllimin ya ofisi, ya da özünə aid sinfi, həmin sinifdə kompüter və internet, kompüterin bağlı olduğu mərkəzi bir printer olmalıdır”

Təhsil eksperti Qoşqar Məhərrəmov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ilk növbədə müəllimin ya ofisi, ya da özünə aid sinfi, həmin sinifdə kompüter və internet, kompüterin bağlı olduğu mərkəzi bir printer olmalıdır: "İkincisi, müəllimin 30-60 dəqiqəlik günorta fasiləsi olmalıdır. Üçüncüsü, müəllimlər otağında çay-kofe üçün şərait, oturmaq üçün kifayət qədər məkan və mebel olmalıdır.

Dördüncüsü, yeməkxanada/bufetdə müəllimlər üçün arakəsmə ilə ayrılmış yer olmalıdır ki, müəllim evindən gətirdiyi naharını rahat yeyə bilsin.

Beşincisi, müəllimin dərs saatı 18-25 saat arası olmalı və qalan saatları məktəbdə digər pedaqoji proseslərə xərcləməlidir.

Altıncısı, müəllimin məvacibi ay ərzində məktəbdə keçirdiyi bütün saatlar nəzərə alınaraq hesablanmalıdır. Məsələn, 4 həftə x 5 x 8 = 160 saat".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ