Cümə günü, 06 noyabr 2026
     

Əla qiymətlə attestat alanlar 200 bal toplaya bilmir - kimin günahıdır...

Image


Kamran Əsədov: “Əla attestat almaq ali təhsilə keçiddə heç bir reallıq daşımırsa, bu, həm şagirdin motivasiyasını azaldır, həm də məktəbin nüfuzunu zəiflədir”

Məktəbi əla attestatla bitirən abituriyentlərin 3,95 faizi qəbul imtahanında 200 baldan aşağı nəticə göstərib. Bu hal da ictimaiyyətdə ciddi suallar doğurub. Bu nəticə məktəbdaxili qiymətləndirmə sisteminin obyektivliyi və etibarlılığı ilə bağlı yeni müzakirələrə səbəb olub.

Maraqlıdır, məktəbi əla qiymətlə bitirənlər necə olur ki, qəbul imtahanında zəif nəticə göstərir? Məktəblər nəyinsə qarşılığında məktəblilərə yüksək qiymət verib, yoxsa başqa səbəblər var?

“Bu fakt təhsildə qiymətləndirmə sistemlərinin arasında ziddiyyət olduğunu və məktəbdə “əla” qiymət almanın real bilik göstəricisi olmadığını açıq şəkildə sübut edir”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əla attestatla məktəbi bitirən abituriyentlərin bir hissəsinin qəbul imtahanında 200 baldan aşağı nəticə göstərməsi ölkədə məktəbdaxili qiymətləndirmə sisteminin etibarlılığı və real bilikləri əks etdirmə qabiliyyəti ilə bağlı ciddi suallar doğurur: “2024-cü il qəbul imtahanlarına dair məlumatlara əsasən, 7 340 nəfər fərqlənmə attestatı ilə məktəbi başa vurub, lakin onlardan təxminən 3,95 faizi (təxminən 290 nəfər) 200 baldan aşağı nəticə göstərib. Bu fakt təhsildə qiymətləndirmə sistemlərinin arasında ziddiyyət olduğunu və məktəbdə “əla” qiymət almanın real bilik göstəricisi olmadığını açıq şəkildə sübut edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində bildirilir ki, “təhsilalanların biliyinin qiymətləndirilməsi onların təhsil proqramının tələblərinə uyğun nailiyyətlərinin obyektiv müəyyən edilməsinə xidmət edir”. Ancaq praktikada bu prinsiplərin icrası, xüsusilə summativ və illik qiymətləndirmədə, tam təmin olunmur. Məktəbdaxili qiymətləndirmənin formalaşdırılması əsasən müəllimlərin subyektiv mülahizələrinə və şagirdin davranışına əsaslandığı üçün çox zaman real akademik nəticələri əks etdirmir. Bu da qəbul imtahanı zamanı ciddi uyğunsuzluqla nəticələnir. Bu vəziyyətdə əsas mənfi cəhət məktəb qiymətlərinin etibarlılıqdan uzaq olmasıdır. Qiymətləndirmə sistemi bəzən motivasiyaedici alətə çevrilir: müəllimlər valideyn təzyiqi, məktəb rəhbərliyinin tələbləri və ya şagirdin sinfi keçməsini təmin etmək məqsədilə obyektivlikdən uzaq qiymətlər yazır. 2022-ci ildə Təhsil İnstitutu tərəfindən aparılmış araşdırmaya görə, müəllimlərin 42%-i sinifdəki qiymətləndirməni tam obyektiv apara bilmədiyini, şagirdin sosial vəziyyəti və davranışının qiymətə təsir etdiyini etiraf edib. Bu isə qiymətin təkcə bilik yox, eyni zamanda münasibət və vəziyyətdən asılı olduğunu göstərir. Müsbət tərəfdən baxdıqda, məktəbdaxili qiymətləndirmə şagirdin ilboyu fəaliyyətini nəzərə alır, onun inkişafını dinamik şəkildə müşahidə etməyə imkan yaradır. Müəllim şagirdin gündəlik dərsə münasibətini, yaradıcılığını və fəallığını qiymətləndirə bilər. Bu isə formal testlərin əhatə etmədiyi tərəflərin nəzərə alınmasına imkan verir. Amma bu zaman qiymətləndirmə mexanizmləri açıq, izlənilə bilən və standartlaşdırılmış olmalıdır. Hazırda bu şəffaflıq və izlənmə zəif olduğu üçün məktəbdə verilən “əla” qiymətlə qəbul imtahanındakı nəticə arasında uçurum yaranır. Dünya təcrübəsində məktəbdaxili qiymətləndirmə ilə mərkəzləşdirilmiş imtahan arasında yüksək uyğunluq təmin olunur. Məsələn, Sinqapurda məktəb qiymətləri xüsusi standartlarla tənzimlənir və müəllimlər bu qiymətləndirmə üzrə ayrıca təlimlərdən keçirlər. Almaniyada məktəb qiymətləri yalnız yazılı yoxlama işlərinə əsaslanmır, həm də şagirdin yaradıcılığı və layihə fəaliyyətləri qiymətləndirməyə daxil edilir. Bu sistemdə şagirdin məktəbdə aldığı qiymətlərlə imtahan nəticələri arasında 85-90% uyğunluq müşahidə olunur. Azərbaycanda isə bu uyğunluq çox zəifdir, hətta bəzi hallarda bir-birini inkar edir”.

Ekspert hesab edir ki, yeni dövrdə təhsil siyasəti bu ziddiyyəti aradan qaldırmaq üçün bir neçə istiqamətdə islahat aparmalıdır. Əvvəla, məktəbdaxili qiymətləndirmə sisteminin hüquqi və metodoloji bazası təkmilləşdirilməlidir. Bütün fənlər üzrə qiymətləndirmə meyarları konkret, ölçülə bilən və müşahidəyə əsaslanan formatda təqdim olunmalıdır: “Müəllimlərin qiymətləndirmə üzrə təlimləri genişləndirilməli və sertifikatlaşdırılmalıdır. Eyni zamanda, məktəb qiymətləndirmələri ilə qəbul imtahanı nəticələri arasında korrelyasiya izlənməli və uyğunsuzluqlar üzrə məktəblər hesabatlı olmalıdır. Məktəblərdə qiymətləndirmə mexanizmi təkcə nəticə deyil, proses əsaslı olmalıdır. Şagirdin təkcə imtahan performansı deyil, onun davamlı öyrənməsi, inkişafı və sosial bacarıqları da qiymətləndirilməlidir. Bununla yanaşı, summativ qiymətləndirmələrdə anonim yoxlamalar, bölgə üzrə qiymətlərin müqayisəli təhlili və obyektivlik səviyyəsinin monitorinqi tətbiq olunmalıdır. Eyni zamanda, ali məktəblərə qəbul zamanı məktəb qiymətləri ilə imtahan nəticələrinin uyğunluğu nəzərə alınaraq yeni əlavə mexanizmlər – məsələn, portfoliolara əsaslanan qəbul modelləri – pilot şəkildə sınaqdan keçirilə bilər. Əgər qiymətləndirmə sistemləri bir-birini tamamlamırsa, təhsil sistemində etimad və şəffaflıq zədələnir. Əla attestat almaq ali təhsilə keçiddə heç bir reallıq daşımırsa, bu, həm şagirdin motivasiyasını azaldır, həm də məktəbin nüfuzunu zəiflədir. Ona görə də, bu fərqliliyi aradan qaldırmaq üçün məktəbdaxili qiymətləndirmənin reallığa uyğunluğu təmin edilməli və onun nəticələri cəmiyyətin gözləntiləri ilə üst-üstə düşməlidir. Yalnız bu halda qiymət sadəcə rəqəm deyil, şagirdin bilik və bacarığının real göstəricisinə çevriləcək”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ