Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qeyri-adi istilərin daha dəhşətli fəsadları üzə çıxır

Image


Getdikcə daha ciddi fəsadları üzə çıxan iqlim dəyişmələrinin insan səhhətinə mənfi təsirləri artıq özünü göstərməkdədir. Tədqiqatçılar xəbərdar edirlər ki, planetin istiləşməsi, ifrat temperaturlar insanların işinə, qazancına və həyatına təhlükədir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, ifrat istilər insanların sağlamlığı ilə bağlı əvvəllər mövcud olan vəziyyəti daha da pisləşdirir, xüsusən ürək-damar, diabet və astma xəstələrini narahat edir.

ÜST son günlər üç qitədə milyonlarla insanın temperatur rekordları ilə bağlı davamlı təhlükəli istilərə məruz qaldığını qeyd edib. Təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus deyib: "Həddindən artıq istilər yaşlı insanlar, körpələr və uşaqlar, yoxsullar və evsizlər də daxil olmaqla, həssas qruplara ən çox ziyan vurur. Bu, həm də səhiyyə sistemlərinə təzyiqi artırır. İfrat istiyə məruz qalma sağlamlığa mənfi təsir göstərir, əvvəllər də mövcud olan şərtləri ağırlaşdırır, vaxtından əvvəl ölüm və əlilliklə nəticələnir". ÜST-ün baş direktoru əlavə edib ki, rəhbərlik etdiyi təşkilat səhiyyə sistemlərinin fəaliyyətini əlaqələndirmək və həddindən artıq istilərin sağlamlığa təsirlərini azaltmaq üçün isti hava fəaliyyət planlarının hazırlanmasında ölkələrə dəstək olmaq məqsədilə Ümumdünya Meteorologiya Təşkilatı ilə birgə işləyir. ÜST-ün ictimai səhiyyə və ətraf mühit üzrə rəhbəri Mariya Neyra, xüsusilə hamilə qadınlar, diabet, ürək-damar və astma xəstələri üçün narahat olduğunu bildirib. O qeyd edib ki, havanın çirklənməsi fonunda isti havaların təsiri daha da ağırlaşır. Bu kontekstdə milli hökumətlər potensial risq altında olanların hamısını müəyyən etməli, xəstəxanalar fəaliyyət planı hazırlamalı, şəhər meriyaları isə həssas sağlamlıq qrupuna daxil olan sakinlərə tibbi xidmət göstərəcək xüsusi sığınacaqlar açmalıdır. Mütəxəssislər isti hava dalğalarını atmosferə istixana qazı, karbon qazı buraxan qazıntı yanacaqlarının yandırılması ilə şərtlənən iqlim dəyişikliyi ilə əlaqələndirir. ÜST bəyan edib ki, gecələr təkrarlanan yüksək temperaturlar sağlamlıq üçün xüsusi təhlükə yaradır, çünki isti günlərdə orqanizm bərpa oluna bilmir, bu da daha çox infarkt və ölümlərə səbəb olur. Bu problemlərdən hətta ən inkişaf etmiş ölkələr də əziyyət çəkir. Məsələn, iyul ayı ərzində isti hava dalğaları Şimali Amerika, Avropa və Çini bürüyüb, temperatur bütün rekordları qırıb. Bu, artıq meşə yanğınlarına və çoxlu sayda insanın ölümünə səbəb olub. Alimlərin fikrincə, belə uzunmüddətli isti havalar mütəmadi olaraq təkrarlanacaq. Ekstremal iqlim hadisələrinin tədqiqi layihəsi olan Ümumdünya Hava Atribusiyasının alimlərdən ibarət qrupunun araşdırmasında vurğulanır ki, iqlimə insan təsiri olmasaydı, dünyada temperaturun belə çox artması müşahidə edilməzdi. Alimlərin fikrincə, istixana qazı tullantıları Avropada havanın temperaturunun 2,5 dərəcə Selsi, Şimali Amerikada 2 dərəcə Selsi, Çində isə 1 dərəcə Selsi artmasına səbəb olub. Elmi araşdırmalar göstərir ki, istilik dalğaları daha tez-tez baş verəcək və daha intensiv olacaq. Proqnozlara görə, ABŞ və Meksikada təxminən 15 ildə bir dəfə, Avropanın cənubunda hər on ildən bir, Çində isə beş ildən bir isti hava dalğası müşahidə olunacaq. Alimlər hesab edirlər ki, hazırda orta qlobal temperatur 1,1 dərəcə Selsidən çox artıb. İfrat dərəcədə istilərlə bağlı vəziyyət qazıntı yanacaqların yanmasını məhdudlaşdırmaq və planetin çirklənməsini azaltmaq istiqamətində tədbirlərin görülməsini zəruri edir. Yalnız enerji sistemində əhəmiyyətli dəyişikliklər və bərpa olunan enerji mənbələrindən istifadə iqlim böhranının təsirlərini yumşaldacaq.

Bu arada Arsht-Rock kimi tanınan Adrien Arşt-Rokfeller Fondunun Dayanıqlılıq Mərkəzinin “Qızmar uçurum” adlı hesabatında deyilir ki, temperaturun yüksəlməsi qadınlara kişilərdən xeyli artıq təsir göstərəcək.  ABŞ-da yerləşən bu qeyri-kommersiya təşkilatının Hindistan, Nigeriya və Birləşmiş Ştatlara fokuslanan araşdırmasında deyilir ki, bu üç ölkədə isti illər ərzində ifrat temperaturlar ildə 204 min qadının həyatına son qoya bilər. Arsht-Rockun direktoru Ketu Bouman MakLeod  qeyd edir: “İfrat isti bütün dünyada qadınlara sakitcə, ancaq dərin təsir edir. İstilik qadınların üzərinə “ikiqat yük” qoyur. Qadınlar təkcə istidən fiziki xəstələnməyə daha meylli deyillər. Onlardan eyni zamanda istidən xəstələnən hər kəsin işini görmək gözlənilir. İstər ödənişli, istərsə də ödənişsiz”. Hesabatda deyilir ki, 2050-ci ilədək istilik dalğalarının sayının azı iki dəfə artacağı nəzərə alınsa, Hindistan, Nigeriya və ABŞ-da ən yoxsul və marginallaşdırılmış icmalardakı qadınların məhsuldarlığına çox böyük zərbə dəyəcək.
Araşdırmaçılar bu üç ölkədə məhsuldarlığa zərərin ildə təqribən 120 milyard dollara çatacağını yazır. Dəyən zərər əsasən ödənişsiz gördürülən ev işləri və evlərdə havanı soyudan avadanlığın yoxluğu ilə bağlı olacaq.  BMT-nin “Sustainable Energy for All” təşəbbüsünün məlumatına görə, 2030-ci il üçün bütün dünyada istər şəhərlərdə, istərsə də kəndlərdə yaşayan yoxsulların 1,2 milyard nəfərinin havanı sərinləşdirən avadanlığın olmadığı şəraitdə yaşayacağı gözlənilir. Onların 323 milyonu Hindistanda yaşayanlar olacaq. Hesabatda deyilir ki, qadınlar evin, uşaqların və yaşlı ailə üzvlərinin qayğısına qalmaqla evdə kişilərdən iki dəfəyə qədər daha çox vaxt keçirirlər. Kondisioner almağa imkanı olmayanların produktivliyinə ciddi zərbə dəyəcək. Amma ABŞ kimi ölkələr də istiləşmədən əziyyət çəkənıər sırasındadır. Birləşmiş Ştatların Milli Meteorologiya Xidmətinin  aparıcı sinoptiki Bob Oravekin sözlərinə görə, yaxın günlərdə ABŞ əhalisinin təxminən 60 faizi daşqın və anomal istilərin təsirinə məruz qala bilər. O qeyd edir ki, təbii fəlakətlər bütün böyük şəhərlərə təsir edəcək və bu səbəbdən zərər çəkən əhalinin sayı çox olacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ