çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Şəhid qardaşlar” kitabı - 17-ci yazı

Image


Analar fikirlərini ifadə edə bilirlər. Atalarsa, adətən susaraq danışırlar.

Analar fikirlərini, içinin yanğısını başqalarıyla bölüşə bilirlər, atalarsa özləriylə.

Əvvəlcədən danışmışdıq. Məni yolda gözləməliydi. Bir-birimizi tanımasaq da, onu görən kimi tanıdım. Yazıdan, telefondan uzaq bu adamı yüz adamın içindən tanıyardım. Xəyali baxışlarından.

Xəyalları uzaqlarda olan bu sakit adamla ilk söhbətimiz Yeniabad kəndinin girişində, Kür qəsəbəsi yolunun üstündə düzəldilmiş şəhid bulağından başladı.

“Bunu Cavidlə Çingiz üçün tikdirmişik”...

Bu sakit adamın xəyali baxışları özünə rahatlıq tapan kimi birdən-birə canlandı. Atanın baxışında, üzündə qəribə bir sevinc əmələ gəldi. Təsəlli sevinci. İki şəhid oğlunu yaşadan və əbədiləşdirən təsəlli.

Əlini uzadıb yaxınlıqdakı dayanacağı göstərdi. Üstündə Cavidlə Çingizin böyük şəkilləri olan dayanacağı. “Onu da düzəltmişik ki, həm də maşın gözləyənlərə rahat olsun”.

Bu da bir təsəlli. Amma, deyəsən, təsəllilər hələ bitmir…

“Şəhid qardaşlar bulağı” çox gözəl zövqlə, müasir üslubla klassik üslubun sintezində hazırlanmış məqbərəyə bənzəyir. İçəridə bulaqların üstündə Cavidlə Çingizin, yuxarı hissədə kompleksin divarı boyu bütün Şəmkir şəhidlərinin şəkilləri. Özününküləri başqa Şəmkir şəhidlərindən ayırmayıblar.

Gəncə yolunda, Şəmkirin girişində, kəndlərinin giriş və çıxışında da şəhid qardaşların böyüdülmüş şəkilləri vurulmuş lövhələr qoyulub.

Bu, İlham atayla Faya ananın övladlarını yaşatmaq üçün etdiklərinin bir qismidir.

Mən kəndə çatanda gün günortanı ötmüşdü. Bulaq kompleksinə baxıb şəkil çəkdirdim. Bəlkə də, mən bu kompleks qarşısında şəkil çəkdirən mininci adamam. Növbəti şəkil bundan da gözəl olacaq…

Evə getdik. Evdə bizi hamıdan çox tanıdığım, telefonla danışdığım, əksər məlumatları aldığım, bütün şəhid anaları kimi doğma bildiyim, amma üzünü görmədiyim Faya ana, şəhidlərin başqa doğmaları, qohumlar gözləyirdilər.

Belə yerə gedəndə səfərin səbəbi, mahiyyəti bəlli olsa da, nədən başlamaq çətin olur. Qısa zaman kəsiyində az da olsa, hamıya diqqət yetirirsən. Kimin nə demək istədiyini, nəyi deyə bilməyəcəyi yerə dikilən baxışından bilinir.

Hərbdə olanda bir əsgərimiz minaya düşmüşdü. Şükürlər ki, təkcə ayaq barmaqları zədə almışdı. “Onun valideynlərinə nə deyəcəm, necə üzləşəcəm?” sualı məni rahat buraxmırdı. Amma tam müalicə etdirib sağaltmışdım. Valideynləri məndən ürəkli çıxdılar. Məni qucaqlayıb: “Siz olmasanız, ayağı kəsilərdi. Allah sizə kömək olsun”, - deməsi məni özümə qaytardı. Rahatlandım. Elə bil üstümdən dağ götürüldü.

İlk arzüm şəhidlərimizi ziyarət etmək idi. Hava çox isti olduğundan bir az gözləməli olduq.

Şəhidlərin övladları, 4 uşaq – 3 oğlan, bir qız evdə oyan-bu yana qaçırdılar. Hər addım səsində ürək çırpıntısı döyünürdü. Mənim duyduğum ürək çırpıntısı. Bu uşaqların mənə verəcəkləri sual gözlərindən kirpik-kirpik tökülürdü. Bəlkə də, özləri də bilmirdilər, o sualı kimə və nəyə görə verirlər. Amma suallar aramıza tökülürdü. Vərəqə tökülənlərsə, gələcəyin işidir. Söz-söz, sətir-sətir… 

Səfərin məqsədini, vəziyyəti izah edəndən sonra Faya ana “Mən danışacaqlarımı danışmışam. Demişəm. Başqa nələr olarsa, əlavə deyərəm”, - deyib, qohumlara keçid elədi. Hamı iki kəlmə danışıb susurdu. Ona görə dedim ki, qəbiristanlığa gedək, həm də yol boyu söhbət edərik.

Qəbiristanlıq kəndin girişindədir. Maşınla gələndə yanından keçmişdim.

Qəbiristanlığın girişində, sağ tərəfdə kəndin şəhidləri olan Cavid və Çingizin toz-torpaq dolmasın deyə üstü damlı, yanları şüşəylə bağlanmış məzar kompleksi yerləşir. İçərisi gül-çüçək, əklillərlə bəzədilmiş bu məkandan gəlib gedənlərə postda dayanmış döyüşçü gözüylə iki cüt göz baxır. Canlı, indicə danışacaq kimi. Şəhidlər hamıyla baxış diliylə danışırdı. Elə biz də.    

...Dua oxundu. Rəhmət diləndi. Onların həmişə qəlblərdə yaşayacaqları ifadə olundu. Şəkil çəkdirildi.

Aparata gün düşdüyündən və məkan qapalı olduğundan şəkillər yaxşı alınmadı. Gedəndə onsuz da bir də ziyarət edəcəyimi, şəkli növbəti görüşdə bir daha çəkəcəyimi bildirdim.

İlham ata Cavidlə Çingizin uşaqlığından, hərbiyə getmələrindən, qəhrəmanlıqlarından söhbət açdı. İlk baxışdan adamın doğması bildiyi ata daha çox şəhid övladları üçün etdiklərindən, etmək istədiklərindən danışırdı. Axşamın sakitliyi səsi, sözü adamdan oğurlamaq istəyirdi.

Bulaq abidə kompleksi axşam çox gözəl görünürdü. İçəridən və bayırdan yanan işıqlar içəridəki şəkilləri bayıra çıxarırdı. Ucaldılan Azərbaycan və Türkiyə bayraqları bura gələnləri, yoldan ötənləri salamlayırdı. Kənd camaatı, Kür qəsəbəsinə gedənlər maşını saxlayıb bulaqdan su içib, şəhidlərimizə rəhmət diləyirdilər.

Axşam çəkilən şəkillər gündüz çəkilənlərdən yaxşı alındı.

İlham ata komplesin yanındakı böyük ərazidə park salacaqlarını dedi. Havanın bir az sərinləşməsini gözləyirlər.

Şəhidlər üçün yaradılan bu şəraitə müəyyən mənada köməklik göstərən xeyriyyəçilər Elbrus Əliyevin və Zəkulla Abbasovun zəhməti də unudulmadı.

Abidə bulaq kompleksi ilə park gözəl bir ansambl yaradacaq. Buralar daha gözəl görünəcək.

Evdə Cavid və Çingiz üçün xüsusi guşə yaradılıb. Cavidin evində də belə, ayrıca bir guşə var. 

Şəhidlərin müəllimləri, qonşuları, dostları, döyüş yoldaşları onlar haqqında qısa fikirlərini bölüşdülər. Onların yaxşı, vətənpərvər, cəsur insanlar olduqlarını bildirdilər və kəndin bu iki şəhid qardaşlarıyla qürur duyduqlarını ifadə etdilər.

Adamların susqun danışığına qulaq asdıqdan sonra İlham ata danışmaq istədiyini bildirdi. Cavidin çox sakit uşaq olmasından, yaşıdları və müəllimləri ilə mehribanlığından, valideynlərinin sözünü yerə salmadığından, onlara qarşı diqqətli olmalarından, müəllimlərinin rəğbətini qazanmalarından, Çingizin şən və mehribanlığından danışıb onların hərbi xidmətlərinə keçid etdi. Yəqin, bütün bunlar övladlarının vətən, dövlət üçün etdiklərindən qürurlandığından idi.

“Cavid əsgərlikdən gələndən iki il sonra Çingiz kimi hərbçi olmaq istədiyini dedi. Razı olmurduq. Dirəndi. Arzusu idi. Biz də məcbur olub razılıq verdik. “Gizir hazırlığı kursu”nu bitirəndən sonra Tovuza göndərildi. İki ilə yaxın tağım komandirinin müavini işlədi. Evə ayda bir, ya iki dəfə gəlirdi. Tovuz döyüşlərində Polad Həşimovun şəhid olması ona çox pis təsir etmişdi. Özünə yer tapa bilmirdi. Deyirdi ki, ərizə yazıb ön cəbhəyə gedəcəyəm. Göndərişlə Gorana getdi, sonra Naftalana dəyişdi. Müharibənin olmasını istəyirdi. Hər gün onunla əlaqə saxlayırdıq. Vəziyyətin yaxşı olduğunu deyirdi.

Sentyabrın 26-sı evlə əlaqə saxladı. Yenə hər şeyin yaxşı olduğunu dedi. Sentyabrın 27-si onunla əlaqə saxlayanda müharibənin başlandığını söylədi. Bizimlə sağollaşdı. Uşaqlardan muğayat olmağı tapşırdı.

Cavidgilin dəstəsi sentyabrın 29-u “Mübariz” postunu alıblar. Cavid posta bayraq sancanda snayperlə vurulub. Yaralanıb. Əsgərləri gəlib onu çıxarmaq istəyiblər. Cavid: “Hər yer minalıdır, gəlməyin”, - deyib. Sonacan döyüşüb. Sonra minamyotla vurularaq komandiri ilə birlikdə şəhid olub. Altı gün neytral zonada qalıb. Oktyabrın 4-də meyitini gətirdilər. Cavid kəndimizin ilk şəhidi olaraq dəfn olundu.

Çingiz “Gizir hazırlığı kursu”nu bitirib beş il Naxçıvanda, sonra Tovuzda həmlə taborunda hərbi qulluğunu davam etdirdi.

2020-ci il sentyabrın 25-də evə buraxıldı. “Sizinlə görüşə gəlmişəm”, - dedi. Özünə soyuq silah, papaq almışdı. Sentyabrın 26-da hərbi hissəyə qayıtdı. Uzun müddət xidmət etdiyinə və bacarığına görə Çingiz Murova göndərildi. Bizimlə əlaqə saxladı. Hər şeyin yaxşı olduğunu bildirdi. Sonra məxfi əməliyyata getdiyindən özü zəng elədi. Caviddən nə xəbər olduğunu soruşdu. Əlaqə yarada bilmədiyimizi dedik. Özü Cavidin şəhid olduğunu bilsə də, bizə bildirmədi. Döyüş yoldaşları, komandirləri Çingizə qardaşının dəfnində iştirak etməlisən deyəndə bir az fikrə getdikdən sonra ayağa qalxıb “Cavidi orda dəfn edənlər çoxdur. Mən onun və bütün şəhidlərimizin qanını yerdə qoymayacağam”, - deyərək döyüşə atılıb.

Cavid dəfn olunan gün, oktyabrın 4-də Çingiz 18 nəfər zabit heyəti ilə birlikdə düşmən postunda qəhrəmancasına şəhid olub. Ermənilər onları xəndək qazaraq basdırıblar. 78 gündən sonra tapıldılar. DNT analizindən sonra Çingiz dekabrın 18-də dəfn olundu.

Çingiz kəndimizin ikinci şəhidi idi.

Mən və anası Cavid və Çingizin qəhrəmanlığı və şəhidliyi ilə qürur duyuruq”.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun.

Biz bütün şəhidlərimizlə fəxr edirik”.

Bu, bir atanın gözünü uzaqlara dikərək şəhid oğulları haqqında dedikləri idi.

Cavid və Çingizin necə döyüşdüyünü, necə şəhid olduğunu onların dəfninə gələn komandir və döyüş yoldaşları danışıblar.

Kənddə kimin çətinliyi, həll olunması mürəkkəb olan problemi olursa, İlham ataya müraciət edirlər. O da heç kəsin müraciətinə etinasız qalmır. Əlaqədar təşkilatlar hörmətini saxladığından məsələni yoluna qoyurlar. Mən orda olduğum günlərdə də bunun şahidi oldum.

İlham ata bütün cavanları öz uşağı gözündə görür. Bəlkə də, bu xeyirxahlıqla bərabər bir təsəllidir.

Evdə olmayanların ətrafda axtarışıdır. Kim bilir...

İlham atayla çox söhbət etdik. Danışmadıqlarını, demək istəmədiklərini də baxışlarından oxudum. Qaçırtmaq istədiyi baxışlarından.

Ata ən çox edəcəklərindən danışdı. Şəhid övladlarını yaşatmaq üçün edəcəklərindən. Atanın, ananın bundan sonra edə biləcəklərindən...

Allah sizə səbir versin qəhrəman şəhidlərimizin valideynləri!

Belə övladlar böyütdüyünüzə görə qarşınızda baş əyirəm.

***

Mən dəyişən həyatı bəzən özü də bilmədən söhbətdən qaçan İlham atanın, Faya ananın, Türkan xanımın baxışlarında gördüm. Kimi burdan görünməyən uzaqlara baxırdı, kimi yollara, məhləyə, kimi evə, açılan qapıya... Hərənin gözündə müxtəlif ölçüdə kölgə vardı. Bu kölgələrin qucaqlaşanı da oldu, durub baxanı da, susanı da. Havalar qaralanda kölgələr yox olan kimi, o kölgələr də səsdən yox olurdular...

Sonra özünlə danışdığın sözlərdən qurursan o kölgələri. Bu söz kölgələrin böyüyü də olur, kiçiyi də. Amma olur...

Yeniabad kəndindən ayrılıram.

Ürəyim arxada, doğmasını qoyub gələn kimi doğmalaşdığım, gözləri qapıya dikilən ata-ananın və niğaran şəhid övladlarının yanında qalır. Gözlərimsə, yollardakı şəhid şəkillərində...

Şəhid Cavid və Çingizin bulaq abidə kompleksindən, qəbiristanlıqdakı şəhid məqbərəsindən və yol boyu hər tərəfindən baxan şəkil baxışlarından “Biz Vətəni qoruduq, torpaqları işğaldan azad etdik. Ruhumuz da hər zaman sizinlədir!” oxunurdu.

O baxışlar kim hara gedirsə, onu ora kimi ötürürdü.

Məni də Bakıya kimi…

SON.

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ