çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Professor Abbas Seyidov: “Əsas tədqiqat istiqaməti işğaldan azad edilmiş ərazilərdəki abidələrdir” - MÜSAHİBƏ

Image


AMEA-nın Arexeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidovun TNS-ə müsahibəsi.

-Abbas müəllim, xoş gördük sizi.

-Xoş gəlmisiniz.

-Sizin institutunuz tariximiz və elmimiz üçün çox iş görür. Amma görülən işlərin mediada işıqlandırılmasında o qədər də maraqlı deyilsiniz.

-Deməzdim ki, tamamilə mediadan kənarda qalmışıq. Tariximizin öyrənilməsi istiqamətində apardığımız araşdırmalar barədə jurnalistlərin müraciərlərini cavabsız qoymuruq. Amma təəssüf ki, belə mövzulara maraq azdır.

-İstərdim ki, söhbətimizə 2022-ci ilin ötən dövrü ərzində institutun fəaliyyətindəki yeniliklər barədə məlumat verməyinizlə başlayaq.

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2021-ci il tarixli 277 nömrəli Qərarına əsasən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun adında dəyişiklik edilərək Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu adlandırılıb. Bu dəyişiklik institutun fəaliyyət istiqamətində də öz əksini tapıb. Ötən dövr ərzində 6 problem üzrə tədqiqatlar davam etdirilib. Bunlar “Azərbaycanda ibtidai icma quruluşu və ilkin sinifli cəmiyyət dövrünün arxeoloji abidələri”, “Antik və orta əsrlər dövrünün arxeoloji abidələri”, “Azərbaycanda etnoqrafik tədqiqatlar”, “Azərbaycanda etnososioloji və antropoloji tədqiqatlar”, “Azərbaycanda epiqrafik və numizmatik tədqiqatlar” və “Azərbaycanda arxeoloji xidmət” problemlərindən ibarətdir. Göründüyü kimi, ənənəvi tədqiqat problemləri ilə yanaşı yeni problem – antropoloji tədqiqatlar əlavə edilib ki, bu istiqamətdə institutumuzda fəaliyyət göstərən “Antropoloji mərkəz”in əməkdaşları tərəfindən maraqlı elmi araşdırmalar aparılır, qədim abidələrdən aşkar olunmuş insan qalıqları tədqiq olunur və həmin məlumatlardan ibarət bank yaradılır.

İnstitutda yeni yaradılmış “Türk xalqlarının etnoqrafiyası” şöbəsi tərəfindən bu istiqamətdə araşdırmalar aparılır, maraqlı tədbirlər planı hazırlanaraq həyata keçirilir.

Ötən dövr ərzində institutun təşkilatçılığı ilə 6 elmi konfrans keçirilib ki, onlardan da 2-si beynəlxalq konfransdır.

Bu il fevralın 11-də görkəmli alim, AMEA-nın müxbir üzvü İdeal Həmid oğlu Nərimanovun anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Bu tədbirdən bir neçə gün sonra – fevralın 18-də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən “Şuşa 270: arxeologiyası, tarixi, etnoqrafiyası və antropologiyası” adlı elmi konfrans olub.

Cari ilin ötən dövründə keçirdiyimiz mühüm tədbirlərdən biri də mart ayının 10-11-i tarixlərində institut tərəfindən təşkil edilən “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” mövzusunda beynəlxalq elmi konfransdır. Konfransda Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Moldova, Şimali Kipr və digər dövlətlərin alimləri iştirak ediblər.

18-19 aprel 2022-ci il tarixdə institut tərəfindən “Məmmədəli Hüseynov 100: Cənubi Qafqaz arxeologiyasının aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan alimləri ilə birlikdə Türkiyə, Qazaxıstan və Rusiyadan tanınmış alimlər məruzələrlə konfransda çıxış ediblər.

Çalışırıq ki, institutun tədqiqat planına daxil edilmiş bütün mövzular üzrə araşdırmalar aparaq.

- Artıq yay mövsümüdür. Hansı bölgələrdə arxeoloji tədqiqatlar aparılır?

Hazırda arxeoloqların dili ilə desək arxeoloji qazıntı mövsümü başlayıb. Azərbaycanın müxtəlif bölgələrinə elmi ekspedisiyalar təşkil edilib. Ekspedisiyaların təşkili zamanı bir neçə mühüm amilə xüsusi diqqət yetirilir. Təbii ki, əsas tədqiqat istiqaməti işğaldan azad edilmiş ərazilərdəki abidələrdir. İkinci mühüm istiqamət təxirəsalınmaz və xilasetmə qazıntılarıdır. Bu istiqamətdə təşkil edilmiş ekspedisiyalardan Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarının tikintisi ilə əlaqədar təşkil edilmiş ekspedisiyanı və Kür çayının səviyyəsinin qalxması ilə əlaqədar Neftçala rayonunun sahilboyu kəndləri olan Aşağı Surra, Bala Surra, Pirəbbə ərazisində qeydə alınmış küp qəbirlər nekropolunda aparılmış xilasetmə qazıntılarını qeyd etmək olar.

İkinci istiqamət beynəlxalq ekspedisiyaların təşkilidir. Çünki, bu cür ekspedisiyaların fəaliyyəti Azərbaycan abidələrinin beynəlxalq elmi ictimaiyyətə tanıdılmasında mühüm rol oynayır. Ötən dövr ərzində Azərbaycan ərazisində 3 beynəlxalq ekspedisiya fəaliyyət göstərib.

İtaliyanın Florensiya şəhərində yerləşən Qədim Aralıq Dənizi və Yaxın Şərqdə Tədqiqatlar Mərkəzi (CAMNES) və Kataniya Universiteti ilə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında birgə elmi əməkdaşlıq haqqında imzalanmış anlaşma memorandumuna əsasən, institutumuzun əməkdaşları Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində Ağstafa rayonu ərazisində Tavatəpə son Tunc-İlk Dəmir dövrü yaşayış yerində arxeoloji çöl-tədqiqat işləri aparıblar.

Almaniya Arxeoloji İnstitutu ilə birgə hazırlanmış “Qarabağın Leylatəpə fenomeni” adlı beynəlxalq layihəyə uyğun olaraq, e.ə.VI-IV minilliklərə aid Ağdam rayonundakı Leylatəpə və Ağcabədi rayonundakı Canavartəpə qədim yaşayış yerlərində kompleks tədqiqatlar aparılır.

Fransa Milli Araşdırmalar Mərkəzi ilə institutumuz arasındakı anlaşmaya uyğun olaraq, Goranboy rayonunun Qaraçinar abidəsində tədqiqatlar davam etdirilir.

Bunlarla yanaşı, institutun aparıcı mütəxəsisslərinin rəhbərliyi ilə Azərbaycanın müxtəlif bölgələrinə ekspedisiyalar təşkil edilib. Şamaxı rayonu ərazisindəki Buğurd qalası və Kələxana türbələrində, Ağcabədi rayonundakı Qalatəpə, Ağstafa rayonundakı Çağrıtəpə, Tovuz rayonundakı Hüseynqulu təpə, Ağstafa rayonundakı Tavatəpə, Gədəbəy rayonundakı Koroğlu və Qız qalalarında, Qəbələ rayonundakı Kilsədağ məbəd kompleksində, İmişli rayonundakı Qızıltəpə abidəsi və Yedditəpə kurqanlarında, Ordubad rayonundakı Xaraba Gilan və II Plovdağ nekropolunda, Babək rayonundakı Meydantəpə, Şabran rayonundakı Çaqqallıqtəpə abidələrində, Goranboy rayonu ərazisindəki Tatarlı nekropolunda aparılmış tədqiqatları xüsusi qeyd etmək istərdik.

-Bu dediklərinizdən görünür ki, tədqiqat işlərinin əhatə dairəsi genişdir. Həm beynəlxalq, həm də yerli ekspedisiyalar tariximizin müxtəlif dövrlərinin araşdırılması ilə məşğuldurlar. Əvvələr bizə məlum olmayan hansı elmi yeniliklər əldə edilib?

-Əvvəla onu qeyd edim ki, institutun strukturunda bir sıra dəyişikliklər edilib. “Albanşünaslıq Elmi Mərkəzi” və onun tərkibində sektorlar, “Türk xalqlarının etnoqrafiyası” şöbəsi, “Arxeoloji eksperimental laboratoriya” yaradılıb. Bunların hər biri müxtəlif elmi araşdırma istiqamətində maraqlı tədqiqatlar aparır və tezliklə biz hər bir qurumun maraqlı nəticələr əldə edəcəklərinə inanırıq.

Arxeoloji araşdırmaların elmi nəticələrini bəzən uzun zaman gözləməli olursan. Xüsusən qədim yaşayış məskənlərinin qazıntısı zamanı. Bu baxımdan qeyd etmək istərdim ki, istənilən qazıntı prosesinin özü bir çox nəticələrin əldə edilməsi ilə nəticələnir. Ötən dövr ərzində aparılmış tədqiqatlar da maraqlı nəticələrlə yadda qalıb.

Mingəçevir Su Anbarı ətrafında aparılmış son araşdırmalar Azərbaycanda Paleolit dövründə məskunlaşma arealının daha geniş olduğunu təsdiq edib və hazırda bu nəticənin beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınması istiqamətində işlər aparılır.

Leylatəpə mədəniyyəti abidələrində aparılan tədqiqatlar Eneolit dövründə Qafqaz - Ön Asiya və əksinə baş vermiş iqtisadi-mədəni əlaqələrin episentrinin Azərbaycan olduğunu təsdiq edir və məhz elə bu səbəbdən dünyanın bir çox tanınmış arxeoloqları Azərbaycan ərazisindəki Eneolit və İlk Tünc dövrü abidələrinin birgə araşdırılmasında maraqlıdırlar.

Ötən ilin sonlarında “Beşbarmaq dağı tarix - mədəniyyət və təbiət qoruğu” ərazisində aparılan arxeoloji qazıntılar zamanı İlk Tunc dövrünə aid mədəni təbəqənin və kult xarakterli tapıntıların əldə edilməsi təsdiq edir ki, indiyədək deyildiyi kimi, Beşbarmaq dağı Erkən Orta əsrlərdə deyil, hələ İlk Tunc dövründə bölgədə məskunlaşmış tayfaların sitayiş yeri olub.

Şamaxı rayonu ərazisindəki Kələxana türbələri ətrafında aparılan kompleks tədqiqatlar türbələrin inşaat tarixi, memarı, mənsubiyyəti haqqında maraqlı nəticələrin əldə edilməsinə imkan verib. Həmçinin Şamaxı yaxınlığındakı Buğurt qalasında aparılan tədqiqatlar XVI əsrdə bölgədə baş vermiş ictimai-siyasi prosesləri bərpa etməyə şərait yaradıb.

Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində Azərbaycan arxeologiyası tarixində ilk dəfə Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən arxeoloji çöl tədqiqat işlərinin nəticələrinə dair V-KAP –Virtual Kurqan Arxeoloji Parkı – Virtual Muzey yaradılıb.

-İşğaldan azad edilmiş ərazilərdəki hansı abidələrdə tədqiqatlar aparılır?

-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilib. İşğal dövründə erməni vandalları xalqımızın əsrlərlə yaratdıqları yurd yerlərini, dini abidələrini, maddi-mədəniyyət nümunələrini vəhşicəsinə dağıdıblar. Hazırda işğaldan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işləri həyata keçirilir, yeni şəhər və kəndlər salınır, hava limanları inşa edilir, avtomobil və dəmir yolları çəkilir. Bütün bu zəruri tikinti quruculuq işləri ilə yanaşı, dağıntılara məruz qalmış abidələrin bərpası, bölgədə mövcud tarixi, memarlıq və arxeoloji abidələrin qeydiyyatı və tədqiqi istiqamətdə də fəaliyyət davam edir. Qarabağda aparılan genişmiqyaslı arxeoloji qazıntılar haqqında sizə gələcək görüşlərimizdə ətraflı məlumat verəcəyik.

-Ölkə Prezidenti 2022-ci ili “Şuşa ili” elan edib. Buna sizin töhfəniz nə olacaq?

-Artıq qeyd etdiyim kimi, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Şuşa 270: arxeologiyası, tarixi, etnoqrafiyası və antropologiyası” adlı elmi konfrans keçirilib. Konfransda Qarabağda vaxtilə tədqiq olunmuş arxeoloji abidələr və 2021-ci il ərzində aparılmış arxeoloji tədqiqatlar haqqında alimlərimiz təqdimatlarla iştirak ediblər. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafları və antropoloqları Qarabağın mədəni irsi ilə bağlı məruzələrlə çıxış ediblər. Konfransın tezisləri 3 dildə nəşr olunub.

Həmçinin, bütün Qarabağsevərlərin stolüstü kitabı olacaq “Qarabağın maddi, mədəni və mənəvi irsi” adlı iki cildlik kitabın hazırlıqları başa çatmaq üzrədir. Kitab institutun Elmi şurası tərəfindən nəşrə tövsiyə olunub.

-Söhbətimizdən belə bir nəticə çıxardım ki, institut fəaliyyətini hər keçən gün genişləndirir, yeni-yeni uğurlar qazanır. Gələcək planlarınız barədə bilmək maraqlı olardı.

-Gələcək planlarımız çox genişdir. Əvvəla işğaldan azad edilmiş ərazilərin arxeoloji abidələrinin tədqiqini və təbliğini beynəlxalq elmi müstəviyə çıxarmağa nail olmalıyıq. Bölgə əhalisinin mənəvi mədəniyyətini araşdırmaqla Qarabağ və Şərqi Zəngəzur əhalisinin etnik kimliyini bərpa etmək, 30 illik işğal dövrünün qaçqın və məcburi köçkünlərin mədəni və mənəvi həyatlarına mənfi təsirlərini aşkar etmək və onların aradan qaldırılması istiqamətdə proqnozlar hazırlamaq ən ümdə vəzifələrimizdən biridir.

Arxeoloji tədqiqatlarla Azərbaycanın qədim və orta əsr tarixinin bir sıra problemlərinin həllinə yardımçı olmaq da qarşımıza qoyduğumuz vəzifələrdəndir. Bu səbəbdən aktual elmi araşdırma istiqamətlərinə uyğun olan abidələrdə tədqiqatları genişləndirmək, xarici mütəxəssisləri bu işlərə cəlb etmək vacibdir. Arxeoloji tədqiqatların kompleks aparılmasına, yəni bu işlərə muxtəlif ixtisas sahiblərini cəlb etməklə daha mükəmməl və inandırıcı nəticələrin əldə edilməsinə nail olmalıyıq.

Antropoloji tədqiqatları və xüsusən fiziki antropologiya istiqamətində tədqiqatları davam etdirmək qarşıda duran əsas vəzifələrimizdən biridir. Çünki hazırda bu istiqamətdə aparılan tədqiqatlar və eyni zamanda müasir metodların tətbiqi ilə müxtəlif analizlərin aparılması daha maraqlı elmi nəticələirin əldə edilməsinə imkan verir.

-Abbas müəllim, bu qədər görülən işlərin müqabilində sizin fəaliyyətinizə kölgə salmağa çalışanlar nə istəyirlər?

-Təbii ki, iş olan yerdə problemlər və tənqid də olur. Bu, elmi araşdırmalarda normal haldır və müsbət qarşılanır. Xüsusən, tənqidlər elmi araşdırmaların istiqaməti, araşdırılacaq abidələr, elmi nəticələrin təbliği, abidələrin qorunması və s. istiqamətdə olduqda, diqqətlə araşdırılır və süzgəcdən keçirilir. Hər bir rassional fikirdən gələcək tədqiqatlarda istifadə edilməsi elmin də inkişafına öz töhfəsini verir. Digər tərəfdən qeyri elmi, gözdənsalma kampaniyası aparmaq, şəxsi ambisiyalardan istifadə edərək bütöv bir kollektivin işinə kölgə salmaq istəyənlər də vardır ki, biz bunlara sadəcə cavab vermək istəmirik. Çünki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun işguzar kollektivinin önündə daha vacib və maraqlı hədəflər vardır.

Tural Səfərov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ