Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Fəxri BədənTərbiyəsi və İdman işçisi, Gəncənin atletika idman növü üzrə baş məşqçisi, mərhum Bəxtiyar Nəriman oğlu Əsədovun əziz xatirəsinə həsr olunmuş qızlar və oğlanlar arasında kross idman növündən 1000 metr məsafədə Gəncə şəhər birinciliyi keçirilib.
Birinciliyin açılış mərasimi 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Yarışın açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək Bəxtiyar müəllimin idmanda göstərdiyi yüksək fəaliyyətdən və yetirmələrinin hər zaman yarışlarda yüksək nəticələr əldə etdiyindən bəhs edib, onun əziz xatirəsinin yad edilməsi üçün belə yarışların əhəmiyyətindən danışıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
Yarışın yekununda Baş İdarə tərəfindən qalib olan idmançılar diplom və medallarla təltif olunub.