Oktyabrın 28-dən Səyyar “ASAN xidməti” avtobusu Astara şəhərində vətəndaşların ixtiyarındadır. Burada ən çox önəm daşıyan xidmətlər rahat şəkildə adamlara göstərilir.
Bunlara notariat fəaliyyəti, vətəndaşlıq vəziyyətləri aktlarının qeydə alınması, şəxsiyyət vəsiqələrinin, ümum vətəndaş pasportların verilməsi və dəyişməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), tibb xidmətləri daxildir. Vətəndaşlara səyyar “ASAN xidmət” göstərməsində məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim olunması, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olmaqdır. Səyyar “ASAN xidmət” avtobusu noyabrın 26-dək Astarada vətəndaşlara xidmət göstərəcək.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü