Cümə axşamı günü, 12 noyabr 2026
     

Prezidentin daxili səfərləri alban dili və alban əlifbasının tədrisi məsələsini kəskin aktuallaşdırdı...

Image


Qafqaz Albaniyasının varisi Azərbaycan dövləti olduğu üçün alban irsi, dili, əlifbası, mədəniyyəti Azərbaycan xalqına aiddir. Alban dilinin, əlifbasının öyrənilməsi, tədqiqi, tədrisi sahəsində hazırda çox ciddi problemlər mövcuddur.

Prezident İlham Əliyevin Qəbələyə sonuncu səfəri, Müqəddəs Məryəm Ana alban kilsəsini və Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etməsi, burada alban dilinin, əlifbasının, bu dildə olan əlyazmaların vəziyyəti ilə maraqlanması alban dili və alban əlifbasının tədrisi məsələsini aktuallaşdırıb.

“...Məşğul olun, bu əlifbada kitablar da dərc olunsun və uşaqlar da bu əlifbanı bilsinlər ki, bu əlifbanı biz bərpa edək...” - deyə ölkə başçısı bu məsələnin nə qədər vacib və aktual olduğunu önə çəkib. Prezident məsələni aktuallaşdırdı, bu məsələni icra etmək isə mütəxəssislərin üzərinə düşür.

  • Qasım Hacıyev: “Bizim qarşıda duran əsas işlərimizdən biri qədim alban əlifbasını, alban dilini dərindən öyrənmək, tədqiq etmək, tədrisini həyata keçirməkdir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, alban dili və əlifbasının tədrisi, təbliği çox vacibdir. Ölkə başçısının Qəbələyə son səfəri zamanı bu məsələnin aktuallığının gündəmə gəldiyini deyən Q.Hacıyev hesab edir ki, indiyə qədər alban dilinin və əlifbasının öyrənilməsi, təbliği məsələsi ilə bağlı səthi məşğul olunub. “Bu olduqca aktual və vaxtında qaldırılmış məsələdir. İndiyə qədər Azərbaycan dövlətinin, xalqının səsi ona görə eşidilmirdi ki, dünya qriqoryan kilsəsinin bizə qarşı cəfəngiyyatlarına inanırdı. Hətta SSRİ dövründə buna geniş şərait yaradılırdı, SSRİ tarixi dərsliklərində urartuları “ermənilərin babası” kimi yazırdılar, iberiyaları isə gürcülərin əcdadı olaraq qeyd edirdilər. Albanlara gəlincə isə, dərsliklərdə “albanlar azərbaycanlıların babasıdır” sözünü yazmağa qoymurdular. Çünki SSRİ tarixinin Şərq bölməsinin rəhbəri Eremyan idi. Bunlardan xəbərimiz var. Bunlar həddindən artıq çətin məsələlər idi. İndi müsbət haldır ki, Azərbaycan Cənubi Qafqazın irəlidə gedən, lider dövlətidir, xarici dövlətlərdə də böyük hörmətə malikdir.

44 günlük müharibədə qazandığımız qələbə də imkan verdi ki, dünya Azərbaycan xalqını daha yaxşı tanısın, Azərbaycan dövlətinin qüdrətini görüb onunla hesablaşsın. Bütün bunlar gətirib Azərbaycanın səsinin eşidilməsi ilə nəticələndi. Biz bu gün qədim əlifbalarımız, yazı mədəniyyətimiz, dilimiz, tariximiz haqqında daha geniş düşünməliyik. Bizim qarşıda duran əsas işlərimizdən biri qədim alban əlifbasını, alban dilini dərindən öyrənmək, tədqiq etmək, tədrisini həyata keçirməkdir.

Oxucularımız da bilsinlər ki, eramızın V əsrində Azərbaycanın paytaxtı Qəbələdən Bərdəyə köçürüldükdən sonra Bərdə şəhərində hökmdarın göstərişi ilə kitabxanalar yaradıldı, məktəblər açıldı, tədrislə məşğul olunmağa başlanıldı. Hətta Moyisey Kalankatlının kitabında yazılır ki, çar III Vaçaqan özü bu işlə çox maraqlanıb və burada dərs keçənlərin, öyrənənlərin səsinə qulaq asıb böyük fərəh hissi keçirirdi. Bilirsiniz ki, “Albaniya tarixi” qədim alban dilində yazılıb, sonra ermənilər erməni dilinə tərcümə edərək adını “erməni mənbəyi” qoyublar, amma səhvdir. Bu kitab ingilis dilinə tərcümə edilib, sonra rus dilinə çevrilib, rus dilindən isə akademik Ziya Bünyadov Azərbaycan dilinə çevirib. Bu kitabda açıq göstərilir ki, 52 hərfdən ibarət alban əlifbası vardı. Uşaqlar həm dini təlimləri, həm də digər bilikləri bu əlifba vasitəsilə öyrənirdilər. Eyni zamanda, həmin o 52 hərfli əlifba ilə yunan, roma dillərində olan kitablar alban dilinə tərcümə olunaraq kitabxanalara yerləşdirilirdi. Təəssüflər olsun ki, ərəb xəlifəsinin tapşırığı ilə Bərdə şəhərindəki alban kitabxanası dağıdılır və oradakı kitablar, əlyazmalar Tərtər çayına tökülür, məhv edilir. Sonra əlifba itirilib batırılıb, yazılar, əlyazmalar yoxa çıxarılıb. Yalnız Mingəçevirdən tapılan daş sanduqə üzərində alban əlifbası durur və onu da dünyanın hər yerində oxuyub baxıb gördülər ki, bu, erməni və gürcü əlifbası deyil, bu, Moyisey Kalankatlunun adını çəkdiyi alban əlifbasıdır. Sovet dövründə də saxtakarlıq edərək düzüb qoşdular ki, guya Mesrop Maştoç adlı bir erməni olub və “erməni əlifbası” düzəldib, “erməni əlifbası” üzərində isə alban və gürcü əlifbası düzəldib. Bütün tədqiqatlar göstərdi ki, Maştoç adlı əlifbaçı, tədqiqatçı olmayıb, o, ermənilərin 19-cu əsrdə yaratdığı mifik obrazdır” - deyə Q.Hacıyev qeyd etdi.

  • İlhami Cəfərsoy: “Bunun üçün Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi məsələ qaldırmalı və bu barədə cənab Prezidentə müraciət etməlidir”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri, filologiya elmləri doktoru, dilçi-alim İlhami Cəfərsoyun fikrincə də alban dili və əlifbasının təbliği, tədrisi çox aktualdır. İ.Cəfərsoyun sözlərinə görə, alban əlifbası yalnız bir əlifbadan ibarət olmayıb, albanların bir neçə əlifbası olub: “Alban əlifbasının və dilinin tədqiqatı hələ başa çatmayıb ki, biz onu tədris edək. Son dövrlərə qədər bu məsələyə zahirən fikir verilib, mahiyyətinə o qədər də varılmayıb. İkincisi, əlyazmalar ki, var, onlar bizim kitabxanalarda yoxdur. Nadir nüsxələr fondu Gürcüstandadır, biz oradan əlyazmaları tapıb hissə-hissə gətiririk. Yəni bu iş bizdə hələ başlanğıc mərhələsindədir. İndiyə qədər deyilənlərin 90 faizi nağıldır. Birincisi, alban dili deyəndə bir dil nəzərdə tutulmur. Tarixən müxtəlif dövrlərdə albanların 26 tayfadan, 23 tayfadan ibarət ittifaqı olub. Hətta e.ə. 782-ci ildə yazıya alınan bir Urartu qaya yazısında göstərilir ki, albanlar 13 tayfadır. Yəni albanlar bir tayfadan ibarət deyil, tayfa ittifaqıdır və çox zaman həmin tayfa ittifaqına albanlar başçılıq ediblər. Birmənalı şəkildə deyəndə ki, albanlar azərbaycanlıların əcdadıdır, ancaq prototürkləridir onlar. Yəni lap qədim türklərin bir qolu da albanlardır. Həmin albanların dili ilə bizim udilərin dili bir-birinə bənzəyir. Alban da alban tayfasıdır, udilər də. Udilər özləri çara yazdıqları məktubda deyirlər ki, biz udi millətiyik, ancaq alban ölkəsində, alban dövlətində yaşayırıq. Demək o dövrdə bəzi dövlətlər məcburiyyətdən, bəzi dövlətlər qardaşlaşma nəticəsində tayfa ittifaqı yaratmışdılar. O ki, qaldı alban əlifbasına, alban əlifbası erməni və gürcü əlifbasından fərqlənir. Ancaq dərsliklərdə, ensiklopediyalarda deyildiyi kimi, albanların bir əlifbası olmayıb. Albanların 4 əlifbası olub. 5-ci əlifba isə Qırmızı dəniz sahilindəki Müqəddəs Katerina monastırından tapıldı. Bu haqda akademik nəşrlərdə məqalələrim dərc olunub, amma biz bunu ictimailəşdirə bilməmişik. Əlimizə keçən bu əlifba sami dillərin təsiri ilə xeyli dəyişmiş, assimilyasiya olunmuş prototürk dillərindən biridir. Məsələn, o dildə elə qola – kol, suya - su, dənizə - tengiz deyilir. Amma orta səviyyəli oxucu götürüb bunu oxusa, başa düşməyəcək, ona görə ki, dil deformasiyaya uğrayıb. Dünya yaranandan yüzlərlə millət və yüzlərlə dil ölüb gedib, yüzlərlə dil başqa dillərlə qarışıb. Alban dili də prototürkdə daha çox təmiz türk dili idi, sonra tədricən başqa dillərlə qarışdı. Dərsliklərə daxil edilib ki, alban əlifbası 52 səsdən ibarətdir. Bunu məqsədli şəkildə belə yazıblar. 5 alban əlifbasından yalnız biri - Qarqar əlifbası 52 hərfdən ibarətdir. O biri əlifbalar isə 33, 34, 38 hərfdən ibarətdir. Niyə bizim  özümüzün xəbərimiz olmadan rus və Qafqaz, erməni tarixçiləri bu 52 hərfi nəzərdə tuturlar? Ona görə ki, orada xırıltılı boğaz samitləri çoxdur”.

İ.Cəfərsoyun sözlərinə görə, bizim üçün çox qiymətli material əlifbalarımızdan birinin Mingəçevirdən tapılmasıdır. “Kür çayının qarşısı kəsilib orada su elektrik stansiyası tikiləndə Mingəçevirdən bir böyük şamdan tapıldı. Həmin şamdanı arxeoloq Vahidov tapmışdı, həmin şamdanın üstündə Azərbaycan dilində Tenqri, yəni Allah sözü dəqiq oxunur. Bu şamdanı bizdən alıb Gürcüstana, Peterburqa aparıb üzərində işlədilər, Azərbaycana vermədilər. Ona görə ki, şamdanın üzərindəki yazı alban əlifbası ilə Azərbaycan dilində idi. Danos bir-birinin ardınca yazıldı, Moskvaya, Peterburqa göndərildi. Mingəçevir su elektrik stansiyasını əsir almanlar tikirdilər, işlər sürətləndirildi və bizim arxeoloji materialların çoxu su altında qaldı. Çalışmalıyıq ki, əlimizdə olan mənbələri toplayaq, öz tariximizi, ədəbiyyatımızı, əlifbamızı diqqətlə öyrənək”.

Alban dili və əlifbasının tədris edilməsinin gerçəkləşdirilməsinə gəlincə, İ.Cəfərsoy hesab edir ki, bunun üçün dövlət səviyyəsində işlər görülməlidir. “Mənə belə gəlir ki, bunun üçün Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi məsələ qaldırmalı və bu barədə cənab Prezidentə müraciət etməlidir. Eyni zamanda da bu sahəyə baxan Təhsil Nazirliyi qarşısında məsələ qaldırılmalıdır ki, biz sürətlə bu işləri başa çatdıraq, fundamental əsərlər, videoverilişlər, teleproqramlar çəkib təbliğ edək, bu məsələləri dərsliklərə salaq. Bunun üçün ən azı bir-iki konfrans keçirilməli, mütəxəssislər danışmalıdırlar, burada əlimizdə olan əlifbalardan bir neçəsi təqdim olunandan sonra vahid rəyə gəlib tədris üzərində düşünməliyik və bunları dərsliklərə salmalıyıq. Bunun üçün akademiya rəhbərliyi ölkə başçısı qarşısında təşəbbüs qaldırmalıdır” - deyə İ.Cəfərsoy qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ