“Soy” jurnalının 10-cu sayı işıq üzü görüb

img

Soykökümüzü, tariximizi, folklor və etnoqrafiyamızı öyrənən, milli kimliyimizi araşdıran “Soy” tarixi-etnoqrafik dərgisinin 10-cu sayı çapdan çıxıb.

Tanınmış tarixçi-etnoqraf, jurnalist Ənvər Çingizoğlunun baş redaktorluğu ilə nəşr olunan dərgidə genoloji oçerklər, ailə tarixçələri, ünlülər, soyların portreti, tarix, tarixçilər, ədəbi qaynaqlar, şərqşünaslar, etnoqraflar, obalarımız, yurd yerlərimiz, bəlgələr və bilgilərimiz haqda çox maraqlı araşdırmalar, məqalələr, elmi təhlillər, etnoqrafik etüdlər əksini tapır. Azərbaycanın ən soylu ailələri, tayfaları, onların nümayəndələri, tarixi keçmişi, nəsil şəcərələri haqqında müfəssəl məlumatlar verilir. Bundan başqa, “Soy” jurnalının özəl cəhətlərindən biri odur ki, burada nəşr edilən bütün məqalələr elmi əsaslara söykənir, arxiv materialları əsasında yazılır, oxucuya, elmi ictimaiyyətə təqdim olunur. Yəni bu dərgidə insan təxəyyülünün məhsuluna deyil, əsl elmi cəhətdən əsaslandırılmış faktlar, tarixi qaynaqlara istinadən Qarabağın dastanını, köklü-soylu ailələrin tarixçəsini, kəndlərin, rayonların yaranma tarixini, nəsil şəcərələrini tamamilə faktlar əsasında hazırlayaraq oxucuya təqdim edir.

Bu dərgidə Qarabağ tarixi vərəq-vərəq açılır, oxucuya geniş informasiya verilir.

2012-ci ildən nəşr edilən “Soy” genoloji tariximizin və etnoqrafiyamızın, mədəniyyətimizin ən mühüm salnaməsidir.

İradə SARIYEVA

Son xəbərlər