Cümə axşamı günü, 12 noyabr 2026
     

Redaksiyalarda jurnalistlərlə peşə əmək qabiliyyətini itirmə hallarından icbari sığorta müqaviləsi imzalanmalıdırmı - jurnalistin peşə xəstəliyi termini...

Image


Bildiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələri bağlamayan, bağlanmış müqavilələrin sığorta haqqını ödəməyən işəgötürənlərə müraciət edib.

Nazirlikdən “Trend”ə bildirilib ki, 2020-ci il ərzində bəzi işəgötürənlər icbari sığorta müqaviləsi bağlasa da, sığorta haqqını ödəmədiyi, bu səbəbdən sığorta şirkəti tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi müəyyən olunub. Bununla əlaqədar həmin işəgötürənlərə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən müvafiq xəbərdarlıq edilib. Həmçinin, onlara icbari sığorta müqaviləsi olmayan işçilərlə bağlı məlumatlar təqdim edilməklə, qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.

İnzibati xətalar qanunvericiliyinə əsasən, qeyd olunan icbari sığorta müqavilələrini bağlamayan işəgötürənlərin inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulub.

Redaksiyalar jurnalistlərlə belə müqavilə imzalamalıdırlarmı? İstehsalat xəsarəti termini jurnalistlər üçün uyğundurmu? Peşə xəstəliyi termini jurnalistlərə uyğundurmu, jurnalistlər üçün hansı peşə xəstəlikləri var?

  • “Təşəbbüslər var ki, jurnalistika sahəsi də risqli peşələr sahəsinə daxil edilsin və...”

Azərbaycan Mətbuat Şurasının sədr müavini, media üzrə tanınmış ekspert Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə şərhində bilirdi ki, jurnalistika dünyanın risqli peşələri sahəsində yer alır. “Əlbəttə, işçilərin əmək hüquqlarının qorunması və onların təsadüfi hallardan sığortalanması üçün qanunvericilikdə kifayət qədər güzəşt nəzərdə tutulub. Bunların icra edilməsi mütləqdir. 2006-cı ildən bəri jurnalistika sahəsində də dünyada müxtəlif təşəbbüslər var ki, jurnalistika da risqli peşələr sırasına daxil edilir. Çünki dünyada peşə fəaliyyəti ilə əlaqədar olaraq təqib olunan, təzyiqlə üzləşən, həyatını itirən jurnalistlərin sayı kifayət qədər yüksək rəqəmlə ifadə olunur. Son 20 il müddətində dünyada nə qədər jurnalist öz peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirib. Hesab edirik ki, jurnalistlərin əmək hüquqlarının qorunması, onların həyatlarının sığortalanması üçün qanunvericilikdə müvafiq maddələr və müəyyən prinsiplər var, onlar əsas amillərdən biridir. Amma çox təəssüf ki, bizim redaksiyalarda bu kimi hallar, adətən, nəzərə alınmır. Çünki qeyd etdiyimiz məqamlar daha çox jurnalistlərlə oradakı həmkarlar təşkilatları ilə kollektiv müqavilələrdə öz əksini tapmalı və Dövlət Əmək Müfəttişliyi orada proseslərin qanunvericiliyə uyğun aparılmasına nəzarət etməli, şikayətlər olarsa baxmalıdır. Bilirsiniz ki, biz hər il hesabatlar hazırlayırıq, redaksiyaların əmək münasibətləri, əmək şəraiti sahəsində addımlar atırıq və qeyd edilən prinsiplər redaksiyalarda böyük üstünlüklə tətbiq edilmir. Yəni sahədə ciddi boşluqlar var və hesab edirik ki, bu məsələnin qabardılıb üzərinə gedilməsinə ehtiyac var”.

İstehsalat xəsarəti termininin jurnalistlər üçün uyğun olub-olmadığına gəlincə, M.Ələsgərli vurğuladı ki, 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik sahəsində xüsusi doktrinası qəbul olunub: “Həmin doktrinada dünya ölkələrinə müraciət edilir ki, jurnalistlərin təhlükəsizliyinin təmin olunması üçün xüsusi addımlar atsınlar. Bu baxımdan, mən də misal gətirdim ki, son 20 ildə dünyada 3 minə yaxın jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirib. Bu bir faktdır. Bu anlamda jurnalistlərin də fəaliyyəti rusqli peşələr sahəsinə aiddir. Düzdür, hələ rəsmi qərar yoxdur, amma təşəbbüslər var ki, jurnalistika sahəsi də risqli peşələr sahəsinə daxil edilsin və onların həyatlarının sığortalanması, peşə xəsarətlərindən yayınmaları üçün ciddi şəkildə proqramlar həyata keçirilsin. Yəni bu təşəbbüslər var, amma çox təəssüf, konkret addımlar yoxdur və nəinki yeni addımlar hələlik atılmır, eyni zamanda, qanunvericilikdə tətbiq edilən müəyyən standartlar var ki, onlar hələ Azərbaycanda tətbiq olunmur. Bunların başında gələn ən vacib məsələ jurnalistlərlə kollektiv müqavilələrin bağlanmasıdır ki, Azərbaycanda bu praktika da tətbiq olunmur. Kollektiv müqavilələrdə jurnalistlərin həyat və sağlamlığı, istirahət hüququ və digər vacib olan məqamlar öz əksini tapır. Çox təəssüf ki, bizdə bu müqavilələr tətbiq olunmadığı üçün, o cür incə məqamlar da tətbiq edilmir”.

M.Ələsgərli hesab edir ki, tibbi sığortanın və əmək xəsarətlərindən müdafiə olunması prinsiplərinin tətbiq edilməsi vacib məsələlərdir. “Bütün qeyd edilən məsələlərlə bağlı güzəştlər kollektiv əmək müqavilələrində nəzərdə tutulur, amma təəssüf ki, Azərbaycanda bu praktika tətbiq olunmur”.

Jurnalistlərə xas peşə xəstəliklərinə gəlincə, M.Ələsgərli qeyd etdi ki, konkret olaraq belə bir xəstəlik yoxdur. “Biz jurnalist peşəsinə xas olan xüsusi bir xəstəlikdən danışa bilmərik. Sadəcə, burada peşənin özünün spesifikası var ki, o spesifika jurnalistlərin əməkhaqqının hesablanması, fəlakətlər halında onların sığortalanmasıdır. Bilirsiniz ki, jurnalistika elə bir sahədir, burada konkret iş saatı tətbiq etmək mümkün deyil. Yəni jurnalistlər vaxta muzd yox, daha çox işəmuzd çalışırlar. Məsələn, belə problemlər var. Ona görə də bizdə də belə təşəbbüs irəli sürülmüşdü ki, jurnalistlərin əməkhaqqının ödənilməsi və sair haqqında standartları özündə əks etdirən yeni qanunvericilik aktı olsun, yaxud da məcəllədə dəyişiklik edilsin. Amma bunlar hələ də təşəbbüs olaraq qalır və bu sahədə konkret nəticələrdən danışa bilmərik” - deyə M.Ələsgərli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ