Cümə axşamı günü, 12 noyabr 2026
     

Milli Xıdır Nəbimiz - daxilimizdə hər region bir cür baxır, xaricdə isə yezidilər və hətta ermənilər də ona iddialıdır...

Image


Milli mədəniyyətimizin formalaşmasında şübhəsiz ki, adət-ənənələrimizin, bu sistemə daxil olan milli bayram və mərasimlərimizin ayrıca yeri var. Xalq olaraq milli adət-ənənələrimizə, mədəniyyətimizə, tariximizə o şəkildə bağlı olmalıyıq ki, bu dəyərlərimiz itib-batmasın, keçmişdən bizə qalan bu qiymətli sərvəti gələcək nəsillərə layiqincə çatdıra bilək.

Azərbaycan türklərinin təşəkkül tarixində, inkişafında, milli adət-ənənələrimizin, milli bayram-mərasim mədəniyyətinin rolu danılmazdır. Dünyanın harasında yaşamasından, hansı cografi məkanda olmasından asılı olmayaraq, hər bir Azərbaycan türkü ulularımızın əmanətini qorumağa, təbliğ edib yaşatmağa borcludur.

Sirr deyil ki, xalqımız uzun əsrlərdir ulularımızın yaratdığı milli bayram və mərasimləri bu gün də yaşadır, qeyd edir. Xıdır Nəbi mərasimi də bu qəbildəndir.

İslama qədərki mədəniyyətimizin ayrılmaz parçası olan Xıdır Nəbi mərasimi Cənubi Azərbaycandan, Naxçıvandan, Qərbi Azərbaycandan tutmuş, Borçalıya qədər geniş bir coğrafiyada kütləvi şəkildə keçirilir.

  • Xıdır Nəbi mərasiminin tarixi kökləri...

Xalqımızın düşüncəsində, mədəniyyətində, mərasimlər sistemində özünə ayrıca yer tutan Xıdır Nəbi-Xıdır İlyas, Xızır İlyas, Xıdır Əlləz mərasimi qışın oğlan çağında, kiçik çillənin ilk ongünlüyündə (yəni fevralın ilk ongünlüyündə - fevralın 9-10-da) keçirilən bir mərasimdir. Bu mərasim müxtəlif dini və qeyri-dini ritualların müşayiətilə keçirilir və özündə Azərbaycan türklərinin həyat tərzini, milli baxışlarını əks etdirir. Bildirdiyimiz kimi, Xıdır Nəbi mərasimi əsasən kütləvi olaraq Naxçıvanda, Cənubi Azərbaycanda, Qərbi Azərbaycanda, eləcə də Borçalı ellərində əziz bir bayram şöləni kimi qeyd edilir.

Xıdır Nəbi mərasiminin tarixi mahiyyətini şərh edən müxtəlif tədqiqatçılar öz məqalə və kitablarında qeyd edirlər ki, fevral ayının əvvəlindən başlayaraq iyirmi gün davam edən kiçik çillə soyuqluğu, boranı, tufanı ilə özündən əvvəlki çillələrdən seçilir. Kiçik çillənin Xıdır Nəbi bayramının keçirildiyi birinci ongünlüyü fəslin ən sərt, çovğunlu, dondurucu çağı sayılır və bu təsəvvür “Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı” atalar sözündə də öz əksini tapıb.

Xıdır Nəbi bayramı qışın yarısına – fevralın birinci ongünlüyünə düşür. Həmin vaxt güclü küləklər əsir ki, həmin külək xalq arasında Xıdır Nəbi küləyi kimi də tanınır. Xalq arasında mövcud inama görə, fevralın beşi Xıdır Nəbinin anadan olan günüdür. Xıdır Nəbinin zühur edərək insanlara ruzu paylayacağına inanan insanlar onun gəlişini təmtəraqla qeyd edirlər. Xıdırın gəlişi münasibətilə Azərbaycanın bir çox bölgəsində Xıdır Nəbi kömbəsi bişirilir və kömbənin içərisinə düymə qoyulur. Kömbə hissələrə bölünüb ailə üzvləri arasında paylanır, həmin düymə kimin qismətinə çıxsa, inama görə, Xıdır Nəbi həmin gecə onun yuxusuna girər, onun arzusunu gerçəkləşdirər. Həmin gün həm də Xıdır Nəbi xaşılı bişirilir. İnama görə, Xıdır Nəbi daha çox qovut xaşılını xoşlayır, ona görə bəzi bölgələrdə Xıdır Nəbi xaşılı qovutdan bişirilir. Bununla əlaqədar evlərdə hələ payızdan hazırlıq görülür, Xıdır Nəbi üçün ayrıca qovut, küplərdə bəhməz saxlanır. Xıdır girəndə evdən mütləq xaşıl iyi çıxmalıdır. Ona görə fevralın beşində həmin qovutdan xaşıl bişirilir və ondan bir qaba çəkilib ya yükün altına, ya da pəncərənin qabağına qoyulur. Xaşılın üzərində əl izi olardısa, Xıdırın həmin gecə o ailəyə baş çəkdiyinə və həmin ilin onlar üçün xeyirli olacağına, uğurlu keçəcəyinə inanılırdı.

Xıdır Nəbi, Xıdır İlyas

Bitdi çiçək, oldu yaz!

Ellərimizdə dolaşan bu şərqini çoxlarımız eşitmişik və bu, Xıdır Nəbi mərasimində oxunardı.

  • Xıdır Nəbi mərasimi ayrı-ayrı bölgələrimizdə hansı səbəbdən fərqli günlərdə qeyd edilir?

Tarixən, ənənəvi olaraq, Xıdır Nəbi mərasiminin kiçik çillənin ilk ongünlüyündə qeyd edilməsi diqqəti çəkir. Məsələ burasındadır ki, bir zamanlar bütün bölgələrdə eyni vaxtda qeyd edilən Xıdır Nəbi mərasiminin keçirilməsində ikitirəlik hökm sürür. Əvvəlki illərdən fərqli olaraq, indi hər bölgə öz istədiyi vaxt bu mərasimi qeyd edir. Məsələn, artıq Naxçıvanda Xıdır Nəbi bayram edilir, amma Borçalı və başqa bölgələrdə Xıdır Nəbi mərasiminin fevralın 13-15-də keçirilməsi nəzərdə tutulur. Yəni mərasimin kiçik çillənin ikinci ongünlüyündə qeyd edilməsi təəccüb doğurur. Əlbəttə, mərasimlərimizin keçirilməsinin bu şəkildə təhrif edilməsi yolverilməz və qəbuledilməzdir. Hər mərasimin, bayramın özünün ənənəvi keçirilmə tarixi mövcuddur və bəzilərinin bu tələbdən kənara çıxması müsbət hal deyil. 

  • Tədqiqatçıların bir-birinə zidd olan fikirləri…

Bildiyimiz kimi, Xıdır Nəbi mərasiminin keçirilməsi tarixi ilə bağlı tədqiqatçıların özlərinin də fikirləri bir-birilə uzlaşmır. Hər tədqiqatçı bu mərasimə öz istədiyi şəkli verir.

Məsələn, professor Pənah Xəlilovun yazdığına görə, “folklorumuzda Xızır qədim xeyirxah-sehrli qüvvədir. Sonralar İslam dini əfsanəsinə qarışıb Xızır İlyas kimi məşhur olub. Xızır İlyas sehri (möcüzəsi) bir daha təsdiq edir ki, bu boy ən qədim dastanlardan su içir, tarixən İslamın yayıldığı dövrlərin əfsanələrinin təsirindən də kənar qalmır.

Xıdır İlyas bayramının təsadüf etdiyi günlər haqqında tədqiqatçılar arasında müxtəlif fikirlər var. Onlardan bəziləri bu bayramın böyük çillədən dörd və kiçik çillədən üç gün olmaqla yeddi gün davam etdiyini bildirirlər. Görkəmli folklorçu Əhliman Axundov isə həmin mərasimin kiçik çillənin onuncu günündə qeyd edildiyini göstərir” - deyə alim qeyd edirdi.

Görkəmli folklorşünas-alim, professor Bəhlul Abdullanın yazılarında isə qeyd edilir ki, kiçik çillənin Xıdır Nəbi adlanan birinci ongünlüyü fəslin ən sərt, çovğunlu, dondurucu çağı sayılır. “Xıdır Nəbinin şərəfinə icra olunan ayinlər Xıdırın yaşıllıq, su hamisi sayılan Xızırla əlaqəsini göstərir”.

Professor Məhərrəm Qasımlı isə hesab edir ki, Xıdır Nəbi bayramı hər il qış yarı olanda böyük çillə ilə kiçk çillə arasında keçirilir.

Professor, Azərbaycanın Xalq yazıçısı mərhum Əzizə Cəfərzadə Xıdır İlyas mərasiminin kiçik çillənin qurtardığı son üç gündə - təxminən fevralın 25-28-i arasında keçirildiyini göstərib. Azərbaycanın görkəmli etnoqraflarından biri Ə.Ələkbərov da Xıdır Nəbi mərasiminin kiçik çillənin birinci ongünlüyündə qeyd edildiyini göstərib. Ə.Ələkbərovun fikrincə, bu bayrama hazırlıq işləri qadınlar tərəfindən aparıldığı üçün daha çox qadın bayramı hesab etmək olar.

Gördüyümüz kimi, alimlərin özləri arasında da Xıdır Nəbi mərasiminin keçirilmə tarixi ilə bağlı ziddiyyətlər var. Əslində, bu bayrama xalq arasındakı münasibət də elə bu amillərdən qaynaqlanır. Hər alim bu mərasimin keçirilmə tarixini bir cür izah etməyə çalışır.

Əslində, milli mərasimlərimizin keçirilməsi tarixinin dəqiqləşdirilməsi işində mütəxəssis rəyi ayrıca rol oynayır. Hesab edirik ki, yeni nəsil mərasimşünaslar bu məsələyə dəqiqliklə aydınlıq gətirəcəklər.

  • Ermənilərin və yezidi kürdlərin Xıdır Nəbiyə əsassız iddiaları…

Azərbaycan türklərinin milli mədəniyyətini, adət-ənənəsini, mərasim estetikasını özündə əks etdirən Xıdır Nəbi mərasiminə, bayramına çox təəssüf ki, son illər başqa xalqlar da iddia edirlər. Xüsusən də ermənilər və yezidi kürdlər iddia edirlər ki, Xıdır Nəbi onların mərasimidir. Hətta dünyanın müxtəlif ölkələrində, o cümlədən də Rusiyada, Ermənistanda yaşayan yezidi kürdlər fevral ayında bu mərasimi təntənəli şəkildə qeyd edirlər. Ermənilər də həmçinin.

Mərasimşünaslar qeyd edirlər ki, ermənilərin və yezidi kürdlərin bu mərasimlə heç bir əlaqəsi yoxdur, sadəcə, onlar başqa xalqların milli mədəniyyətinə qarşı təcavüz yolu tutublar. Ermənilərin indiyə qədər bizim bir çox dəyərimizi oğurlayıb öz adlarına çıxdıqlarını nümunə göstərən alimlər hesab edirlər ki, Xıdır Nəbi də onlardan biridir.

  • “Xıdır Nəbi mərasiminin bölgələrdə fərqli günlərdə qeyd edilməsi heç bir problem yaratmır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklorşünaslıq İnstitutunun mərasim folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli bizimlə söhbətində bildirdi ki, Xıdır Nəbi mərasimi kiçik çillənin birinci ongünlüyündən başlayaraq qeyd edilir. “Bu ərəfədə Xıdır Nəbi Naxçıvanda keçiriləcək. Naxçıvanda indi Xıdır Nəbinin keçirilməsini cümə axşamına salıblar. Bu, şühhəsiz ki, İslam dininin qəbul edilməsindən sonra baş verib. Yəni İslamdan sonra cümə axşamları ki, aparıcı bir mövqeyə keçdi, ona görə də Naxçıvanda Xıdır Nəbi cümə axşamı günü keçirilir. Bir var kitablardan öyrənəsən, bir də var camaatın özündən soruşasan. Bu daha maraqlı olur. Ona görə də onlar Xıdır Nəbini dinlə əlaqələndirirlər, Xızırı peyğəmbər kimi qəbul edənlər də var. O, kitabla gələn peyğəmbərlərdən olmasa da, xilaskarlıq, ruzu verən və sair missiyaları yerinə yetirib…

Xıdır Nəbi mərasiminin bölgələrdə fərqli günlərdə qeyd edilməsi heç bir problem yaratmır. Bu, mədəniyyətimizin çoxşaxəli, zəngin olması, bölgələrə görə dəyişməsi ilə bağlıdır. Xıdır Nəbi Novruza qədərki mərasimlərdəndir. Bu da Xızır peyğəmbərlə bağlı mərasimdir. Xızır insanları çilədən, zorluqdan, çətinlikdən xilas edib. Məsələn, Xıdır Əlləz (Xıdır Nəbi) bayramı Türkiyədə 6 mayda keçirilir. 6 may hara, fevral hara? Xıdır Nəbi mərasiminin müxtəlif zamanlarda keçirilməsi vaxtilə bayram, mərasim mədəniyyətimizə qarşı olan ideoloji basqılarla da əlaqəlidir. Görün, bizim mərasim mədəniyyətimizə qarşı o qədər ideoloji basqılar edilib ki, Xıdır Nəbi mərasiminin keçirilmə vaxtına təsir edib və bu bayram Türkiyədə mayda qeyd edilir. Bu çox qəribə təsir göstərir. Kiçik çillə qış fəslinin ən amansız dövrüdür. Amma ərəb ədəbiyyatında Xızır yaşıllıq simvoludur, mərasimin mahiyyətində bir bahar hərarəti, istilik, xilaskarlıq var. Yəni coğrafi bölgələrə, areallara görə onun bir obrazı var”. 

A.Əhmədli hesab edir ki, Sovet dövründə dini və milli dəyərlərimizi əks etdirən bayram və mərasimlərimizə qarşı qadağalar olub. O bildirdi ki, son dövrlər artıq bu dəyərlər İslam dini qanunlarına uyğunlaşdırılır. “Məsələn, qeyd etdiyim kimi, Naxçıvanda əsasən Xıdır Nəbini cümə axşamı keçirirlər. Artıq Naxçıvanda qeyd edilməyə başlayıb və Xıdır Nəbi təxminən bir həftə davam edən bayramdır. İndi gəlib Xıdır Nəbinin kiçik çillənin ikinci ongünlüyünə düşməsi təqvimlə bağlıdır”.

A.Əhmədli hesab eidr ki, Xıdır Nəbinin hansı günə düşməsi əsas deyil, əsas odur ki, kiçik çillənin ilk ongünlüyündən keçirilməyə başlayır və bir həftə davam edir. “Bundan sonra isə boz ay gəlir. Fevralın 20-də kiçik çillə bitir, amma bu o demək deyil ki, Xıdır Nəbi bayramı ayın 20-nə qədər davam edir. Ayın 20-nə qədər kiçik çillənin dövrüdür”.

  • “Xıdır Nəbinin bu xalqlarla heç bir bağlılığı yoxdur”

Ermənilərin və yezidi kürdlərin Xıdır Nəbiyə iddiasına gəlincə, A.Əhmədli bildirdi ki, bu bayramın onlarla heç bir əlaqəsi yoxdur: “Onların bu iddiası tamamilə əsassızdır. Xıdır Nəbinin bu xalqlarla heç bir bağlılığı yoxdur. Ermənilərin nə tarixi, nə mifologiyası, nə mədəniyyəti yoxdur. Onun-bunun əlində alət olan, tarixən kölə vəziyyətində yaşayan ermənilər necə qəhrəmanlıq dastanları, necə böyük mifoloji bir sistem yarada bilər? Bu absurddur, onların özlərinin heç nəyi yoxdur. Bu bayram türk xalqı ilə bağlıdır” - deyə ekspert bildirdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ