Cümə axşamı günü, 12 noyabr 2026
     

İgid ömrü - 23-cü yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq.

Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Qəmlo...

Zahir: “Yurdunu boş qoydu, millət, Vətən, Xocalı və xocalılar üçün”

Zahir Usubov artıq yaxşı tanıdığınız, həmsöhbətimiz olmuş Arzu xanım Usubovanın qardaşıdır. Zahir Füzulinin həm Xocalı qətliamı gecəsi, həm də Xocalıda əsas döyüş yoldaşlarından olub. Zahir özünü müəyyən mənada elə Füzulinin qardaşı hesab edir. Füzuliyə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsində ən yaxın şahid kimi bilavasitə israr edənlərin birincisi də Zahir olub. İndiki yaşında da pəhləvan cüssəli bu keçmiş döyüşçü ilə hazırda yaşadığı Mingəçevir şəhərindəki qaçqınların məskunlaşdığı yaşayış məskənində görüşdük. Hələ telefon danışığımız zanmanı sezdirdiyi vüqarlı uca səsilə bizi evinə dəvət etdi. “Qoy sizə bir kəklikotulu çay verim” deyərək razılığımıza belə məhəl qoymadan stəkan-nəlbəkini stolun üstünə düzdü və çayı süzənə qədər bir kəlmə də danışmadı. Ev sahibinin masa arxasında yerini rahatlamasını da müşahidə edərkən onun çox maraqlı həmsöhbət olacağını yəqinləşdirdim. Siz də görəcəksiniz ki, müşahidələrimdə yanılmamışam. Onunla söhbətimiz sistemli alınmayıb. Əvvəlcə Xocalı genosidi gecəsindən danışdıq. Sonra qayıtdıq Xocalıdakı Xocalılı günlərə. Söhbətimizdə heç bir yerdəyişmə aparmadan onu diqqətinizə çatdırıram. Müsahibimin səmimiyyətinəsə söz yoxdu:

- Füzuligil BTR-i verdilər güllənin ağzına. Dedim a qardaş, BTR-ə avtomat gülləsi nağayarasıdı əyə? Əlimi də vurdum kürəyinə ki, daha keçmisən də bu tərəfə. Yetim adamsan, çıx get.

- Siz onda Füzulini lap Şellinin yaxınlığında görmüsünüz?

- Əlbəttə. Keçmişdi də, bəri üzdəydi. Mən də yala dırmaşırdım Əligillə (Xocalılı Əli. Onunla söhbətimizi artıq sizlərə təqdim etmişəm – N.Z.). İki ermənini güllələdik. Əli də avtomatlarını götürdü getdi. Əli cavan uşaq idi. Hələ avtomatı indi-indi görürdü. 

- Burda BTR-dən əvvəl gəlmiş UAZ-dakı erməniləri Füzuli vurmaq istəyib. Bir qadın gəlib yaylığını atıb ki, vurmayın, ermənilər səsə gəlib hamımızı qırarlar. Siz də o zaman orda olmusunuzmu?

- Mən orda Zaminlə bərabər olmuşam. Ancaq belə bir hadisənin baş verdiyini xatırlamıram (pərakəndə şəkildə meşələrə, qarlı-sazaqlı yollara səpələnmiş əhalinin eyni hadisələrə müxtəlif cavablar verməsi məndə də bir qədər çaşqınlıq yaradır. Amma sürətlə biri digərini əvəzləyən o gecəki dəhşətli anların hər birini hamının görməsi də mümkün deyilmiş görünür... Əlqərəz, bunu buraxaq zamanın və Tanrı qismətinin öhdəsinə - N.Z.). Bizim də tərkibində olduğumuz camaatı arxasınca Nazimin atası Mikayıl kişi gətirirdi. Nazimlə rəhmətlik Zamin də yolları tanıdıqlarından dəstəyə bələdçilik edirdilər. Hələ yadımdadı Mikayıl kişi bunlara arada bir təpindi də ki, bax burda yolu səhv gedirsiniz, bu biri tərəfi tutub getsək daha yaxşıdı. Çünki o kişi ordakı fermanı tikənlərdən olmuşdu, o orda yaşamışdı, oraları ovcunun içi kimi tanıyırdı. Əlqərəz, alaqaranlıqda beş dəqiqə dincəldik ki, həm də camaatın arxada qalanları gəlib bizə çatsın. Elman müəllimgil də gəlib çatdılar. Rəhmətlik Əlif Hacıyev bir az arxadaydı. Biz daha sürətlə gəlirdik. Mən ömür boyu idmanla məşğul olmuş adam, Zamin də meşələrdə, dağlarda günü keçmiş, vacib olsa ağacda yatan bir adam. Yəni bizdə yorulmaq söhbəti ola bilməzdi. Təxminən 20 nəfər idik. Mikayıl kişi bizə parollar qoymuşdu: “keçəl, gəl”, “İsmayıl, gəl” və sairə. Gedirdik bir 20 metr, 50 metr, dayanırdıq. Yenə kişinin səsi eşidilirdi: “heç kim yoxdu”, “qoşun gəlsin”, bax belə-belə. İki cərgəyə düzülmüşdük. Sağlı-sollu. Asfaltı beşcə dəqiqə tez keçə bilsəydik o deyilən UAZ heç bizi görən deyildi. Amma saat 8-ə beş dəqiqə qalmış hava açıldı. UAZ-dakı məlunlar camaatı görüb göyə bir fişəng atdılar. Fişəng atılan kimi pulemyotlar, avtomatlar işə düşdü, ardınca da BMP gəlib camaatı biçməyə başladı. Deməli, təpələrdən aralanaıb 50 metrə qədər yeri açıqlıqdan qaçıb keçməlisən. Tutdular bu açıqlıqdakı yolu atəşə. Camaatın bir hissəsi qayıtdı yala tərəf, onları orda qırdılar, yarısı qayıtdı getdi ermənilərin donuz fermasına tərəf, onları da orda qırdılar. Yadımdadı orda əslən Laçından olan xocalılı “aeroport Cəfərin” qışqırmağı ki, ayə yatmayın, “akop” (səngər – N.Z.) bir dənədi, akopu keçən salamat qalır.

Yolu keçəndə qabaqdan-arxadan camaatı atəşə tutdu zirehli maşınlar. Biz qalxdıq yala. Ordan fermanın “fortuçkaları” (nəfəslik) vasitəsilə atışırdıq. Şelli tərəfdən dörd nəfər erməni poctlarını qoyub qaçırdılar. Bax, o dörd ermənini biz öldürdük. Zamingil camaatı keçirtdilər. İndi atışırıq. Elektrik Muradgildi, İsrailgildi, Xankişinin oğlu Kərəmgildi, bax belə yadımda qalanlar. Qardaş, Zamin gətirdi camaatı keçirdi bu taya, özü təzədən bir də qayıtdı geri. Allahverdinin də oğlu Mehdinin ağzından köpük gəlirdi, qorxmuşdu.

- Zahir, Nazimin dediyinə görə, bax həmin Allahverdinin oğlu dediyiniz Mehdi adlı şəxs Füzuliyə ermənilərin Nazimi vurdub öldürdüyünü deyib və bu dəfə Füzuli sırf Nazimin “meyitini” götürmək üçün geriyə qayıdıb. Qəsdləmi deyib, yoxsa doğrudan da qorxusundan o, özü də belə görübmüş, biz bunu dəqiq söyləyə bilmərik, hər halda Füzulinin sonuncu qayıdışını məhz bu faktla əlaqələndirirlər...

Zahir dərin fikrə gedərək ah çəkdikdən sonra söhbətinə davam edir:

- Ola bilər. O Mehdinin özünün ağzından o anda köpük gəlirdi. Camaatın qırıldığını görmüşdü deyə, nə rəngə - qorxunc bir görkəmə düşmüşdü o!.. Cavan uşaq idi. Bərk qorxmuşdu. Teymurun oğlu Nizami ilə həmin Mehdi, demək olar ki havalanmışdılar!

Fiqurə xanım həyəcanla soruşur:

- Axı bu Mehdi kimdi, kimlərdəndi?

Zahir:

- Allahverdinin oğlu. Sizin qonşunuz. Anası Zarıslıdan idi. Şərqiyyə. Bax onların oğludu.

Zahirin bu arayışından sonra Fiqurə xanım söhbətin kimdən getdiyini başa düşür.

“Biz ona “Allahın Zamini” deyirdik”

Zahir deyir, Füzuliyə “Qəmlo” deyirdik. Füzuli Xocalının ən dəliqanlı adamı idi. Xocalının ən böyük nəsillərinin cavanları ondan çəkinirmişlər. Çünki bilirmişlər ki, əgər Zamin desə, filankəs səni atacam (qarabağlıların ləhcəsində “güllələyəcəm” – N.Z.), yüz faiz atacaq idi:

- Camaat rus polkovnikini görəndə o məşhur ifadə var ha “siçan deşiyini satın alanda”, Zamin dik durub deyirdi “bu İvanın nəyindən qorxursuz?”. Bir dəfə tir tüfəngin götürüb başladı polkovnikə atəş açmağa: tap, tap, tap. Hələ haqq-hesablardan xeyli qabaq. Tutub apardılar. Elman müəllim gedib zorla alıb gətirdi. İstəyir üstünə BTR gəlsin, bu adamın qanında zərrə qədər də qorxu söhbəti yox idi. Allah bu adamı belə yaratmışdı da... Elman müəllimgil buna silah vermirdilər ki, yetim uşaqdı, özü də dayanan deyil, silahı götürən kimi gedəcək erməninin üstünə. Gedib bir dənə sandıqlı tir tüfəngi tapmışdı. Zamini heç onunla yığıb-yığışdırmaq olmurdu, qalmışdı ki, avtomatı olsa gör nələr eləyərdi?!..

- Hansısa epizodu xüsusi olaraq xatırlayırsanmı?

- O qədər... Bir dəfə Felmargillə dedik ki, gedirik Həsənabadı dağıtmağa. Vasif, rəhmətlik Murad və daha bir neçə nəfərlə yığıldıq. Biz İmangilin, Rövşəngilin yanında bu sözü danışanda necəsə Füzulinin qulağı çalar ki, aha, Həsənabada hücum var. Bu fikrimizdən hali olan kimi, sən demə, o tüklü “Qəmlo papağını” qoyub girib oturubmuş kolluğun içərisində. Birdən “quqquuu” deyib kolun içindən çıxdı. Bizdən nə qədər qabaqda bizi gözləyirmiş ki, gəlib yanından keçəndə qalxsın ayağa. Felmar bunu bir az danladı. Çünki onu qoruyurduq. Bir il səkkiz ay Şuşa türməsində erməni həbsxana nəzarətçiləri ona zülm vermişdilər ki, niyə erməniyə güllə atmısan? Onu heç orada da sındıra bilməmişdilər. Belə oğul idi Füzuli (bu sözü deyəndə göz yaşlarını saxlaya bilmir Zahir – N.Z.)...

- Zahir, Füzuliyə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi prosesini soruşmaq istəyirəm səndən. Aldığım məlumata görə, xocalılar adından sənin israrların da burda böyük rol oynayıb...

- Əlbəttə, Füzuli qəhrəman idi də qardaş! Bəs qəhrəman necə olur?! Biz kimə bənzətmişdik onu? Qəmloya. Qəmlonu Sovet ideologiyası pis qələmə verib ey. Əslində Qəmlo “gavurun” düşməni olub. Gavur kim idi? Allah tanımayan, peyğəmbər tanımayan, seyid tanımayan, qiblə tanımayan, millət tanımayan, haqq tanımayan, insanlığı olmayanlar. Bizdə gavur elə ermənilərə deyirdilər. Heç rusa da gavur demirdilər. Gavur bir dənə bu allahsız ermənilərdi.

Bir şeyə də istəyirəm diqqət eləyək Zamin barədə. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ancaq bütün şəhidlərimizin dədəsi, nənəsi, atası, anası, kimisə var. Füzulinin bax bu bacısından savayı, doğması yox idi. Elə bircə oğul idi. Yurdunu boş qoydu getdi. Kiminçün? Bu millətçün, bu Vətənçün, Xocalı və xocalılar üçün! 

- Və tələb elədiniz ki, ona bu halal fəxri ad verilməlidi...

- Bəs necə?! Xocalıda yaşayanda göstərdiyi fədakarlıqlar bir tərəfdən. İkincisi, təsəvvür edin ki, Xocalı qətliamı gecəsində təxminən 1000 nəfərə qədər xocalılının sağ-salamat gəlib Ağdama çıxmasının bilavasitə səbəbkarları 10-15 adam olub. 3-4 nəfərinsə bələdçiliyi var ki, bu bələdçilərin ilk sırasında rəhmətliklər Mikayıl kişi və Zamin - Füzuli Rüstəmov dayanırdı. Digərləri də bayaqdan bir hissəsinin adını çəkdiyim o döyüşən oğlanlar idi. Onlar da  gavura güllə atdılar ki, insanlar bu məqamdan istifadə edərək o balaca-balaca dərələri bir az tez keçə bilsinlər. Nəticədə gavur camaatımızın hamısını qıra bilmədi. Mən gəlib kəndin ayağında eşidəndə ki, atam, anam, bacım Zaminlə gedib, arxayınlaşdım. Biz ona “Allahın Zamini” deyirdik ey, Füzuli olduğunu bu üzdə bilmişik, Kərim kişinin nəvəsi Zamin...Kərim kişi də Kərim kişi idi ha!.. Dağla aranın arasında, Kolanıda-filanda bir oğurluq olanda Kərim kişi Xocalının dəyirmanının yanında  sözü buraxırdı ki, gedib oğrulara çatsın. Oğrulara çatanda onlar sayından-qədərindən asılı olmayaraq həmin malı buraxırdılar ki, Kərim kişi bilib, ayıbdı. Kərim kişi belə bir kişi idi. Kərim kişi aranlı-dağlı, elat dünyasının ağsaqqallarından biri idi. Biz Zaminə də həmişə şəstlə deyirdik “Kərim kişinin nəvəsi Zamin”. Cani-dildən. Qorxu nə olduğunu bilsəydi, bir qədər çəkinsəydi, yəqin o da bizim kimi indi salamat qala bilərdi. Bizim bir qism qorxumuz vardı. Bu adamsa qorxu nədir bilmirdi. Ona görə də şəhid oldu. Ona görə də indi Allah dərgahındadı. Ona görə də bu zülmü, bu zilləti, bu alçaqlıqları, bu şərəfsizliyi görmür. Görsəydi bu haqsızlıqlara da dözməyəcəkdi Zamin.

Xatirimdədi ki, mən o zaman Moskvadan gəlmişdim. Həmişə də gələndə böyük bazarlıqlı gəlirdim. Füzuli də əsgərlikdən gəlmişdi. Bir az gecikmiş getmişdi yaşına görə əsgərliyə. Nənəm dedi gətirdiyin o əsl bəylərə layiq köynəyi ayırıb Zaminə verirəm. Dedim ver. Yəni demək istəyirəm onun xətir-hörməti belə uca tutulurdu. Bu hörməti də özü qazanmışdı vallah.

Ovsanalı adam - Zamin

Füzuli həm də at həvəskarı imiş Zahirin sözlərinə görə. Möhkəm də at çapmağı varmış. Çılpaq atın belində elə otururmuş ki... Bu da türk xalqlarının daim atı sevməsinin, ata mehr salmasının bir nümunəsinə bənzəyir. Zahir deyir artıq bizimlə həmsöhbət olmuş Cabbar kimi nə tüfəng atan, nə də at çapan tapmaq müşkül məsələ olarmış o zamanlar. Amma Füzuli də at çapmaqda Cabbardan heç geri qalmazmış. Səkkizinci sinifdə oxuyanda ona at çapmağı da Füzuli öyrədib. Ataş bulağının üstündə. Yaşda ondan kiçik olmasına baxmayaraq. Cabbarla Füzuli atı miniyə öyrədən zaman onu boğmazmışlar. Bu yerdə Zahir atla bağlı türk xalqlarının tarixindən süzülüb gələn iki məqamı da söhbətinə əlavə edir: birincisi atın balası, yəni dayça doğulan zaman onu sahibi, ya kimsə göydə tutdusa o at ikiqanadlı sayılır, yerə dəydisə onun bir qanadı sınmış hesab olunur. İkincisi, atı dörd yaşına qədər boğmazlar, çünki boğub belinə palan qoydunsa, deməli ikinci qanadı da sındı. Bu tələbləri gözləməklə öyrədilən atlar çempionatlardakı indiki atlar kimi yüyrək qaçar. Yeri gəlmişkən, Qarabağ atlarının bu tempdə yüyrəkliyi barədə dünyanın hər yerində danışılıb və nüfuzlu media qurumları da zaman-zaman bu haqda bilgiləri paylaşıblar. Zahir həmkəndlilərinin at öyrətməyindən də danışır bu yerdə. Deyir Cabbar dörd yaşlı atın quyruğundan yapışıb sıçrayırdı belinə, salırdı şuma, bir-iki dəfə o baş-bu başa çapan kimi at özü ram olurdu. Zamin də helə, atı Qarqarın qırağında, kətiyin döşündə çapıb öyrədərdi. Zahirin sözlərinə görə, Xocalıda açılmış fabriki rəhmətlik Yavər kişi ancaq Füzuliyə etbar edirmiş. Bu məntiqlə ki, onun nəzərində və həqiqətən də 30 milis işçisi bir yanaymış, Zaminsə bir yana. Zamin burdadısa, deməli artıq qorxu-hürkü ola bilməz.

Sinəsi dolu olan keçmiş döyüşçü nəfəs dərmədən Füzuli portretinin igidlikdən yoğrulmuş cizgilərindən nümunələr söyləməkdə davam edir:

- Həsənabada, Mirzəcana, Noraguha, Əsgəranın özünə gedib ermənilərdən nə qədər hayıf çıxmışıq! Ağdamdan Xankəndinə gedən yolda rus hərbçiləri ilə nə qədər toqquşmamız olub. Biz ölümdən də qorxmamışıq. Bəlkə də ölüm nədi başa düşmürmüşük heç. Çünki bilirdik ki, bu torpaq bizimdi. Belə bir misal var, deyərlər kim güclü olar? Cavabı da belə verilir ki, əlbəttə, atasının əli çiynində olan. Bax, biz özümüzü atamızın əli çiynimizdə hiss edirdik öz torpağımızda.

Sizə bir şey də deyim: Zaminə it hürmürdü. Biz onu “ovsanalı adam” bilirdik bu əlamətlərə görə. Bilirsiz, o, itin yanından necə keçirdi? Ağa kimi, bəy kimi.

- Qorxmadan...

- Hə, qorxmadan. At da bilirsiz ona niyə tez ram olurdu? Atın yanında özünü elə mehriban aparırdı, mehtər kimi, onun qulluqçusu kimi. Atı elə əzizləyirdi, elə təmizləyirdi, elə sevirdi, elə bil at onun qardaşı idi. At da, it də ona belə ram olurdu. Bəzi incəliklər var da yəqin. Atı elə şahə qaldırırdı, iki göz istəyirdi bu mənzərəyə tamaşa eləsin. Ata böyürtkən yedizdirirdi, kisə-kisə qarğıdalını gətirib yedizdirirdi.

Bu yerdə Fiqurə xanım söhbətə qoşulub deyir ki, hələ uşaq ikən, Kəlbəcərdə yaşayanda babasıgil cavan atları tutub gətirməyi Zaminə həvalə edirmişlər.

Qeyrət dəliqanlısı

Qəhrəmanımızın müsbət keyfiyyətlərini sadalamaqdan sanki zövq alan Zahir deyir ki, Füzulinin xobbisi təbiəti, meşələri, bir sözlə yaşıllıqları, bulaqları sevmək idi. İnsanlara, insanlığa münasibətinə gəlincə, böyüyün hörmətini böyük kimi, kiçiyin hörmətini kiçik kimi saxlayan idi. Amma heç kimdən qorxu-hürküsü yox idi. Min evli Xocalıda yüzə qədər yaxşı oğlanlar, qoçaq oğlanlar, həmçinin savadlı, bilikli insanlar vardı. Zamin bu qoçaq, yaxşı oğlanların sırasında ilk ön cərgədə dayanırdı: “Mən fəxr edirəm ki, belə bir dostum, qardaşım olub və onun barəsində xoş sözləri danışıram. Qoy bu insanın kimliyini gələcəyin azərbaycanlıları yaxşı tanısınlar. O boyda adamın içərisində Zamin “qeyrət dəliqanlısı” adını çıxarmışdı. O, əgər kənddə beş nəfər adama xüsusi sayğı ilə yanaşırdısa, onlardan birincisi mən idim. O, mənə “qaqa” (bu Qarabağ camaatının hörmət mənasında çox işlətdiyi ifadədir – N.Z.) deyib həmişə. Bir dəfə də olsun mənim yanımda söyüş işlətməmişdi. Qanacağı, tərbiyəsi, insanlığı buna yol vermirdi. Amma qeyrətsizləri elə məzəmmət eləyib ki, cavab verməyə söz də tapmayıblar. Anama-atama da o hörmətimizi saxlayıb həmişə. Bacısı da bacımla bir yerdə oxumuşdular. Ona da hörmət qoyub həmişə. Bir şeyi də deyim: Zamin qızdan-gəlindən həyalı, ismətli birisi idi. Allahın dərgahına düşməyinə səbəbsə, yenə də deyirəm Zaminin vətənpərvərliyi səbəb oldu. Vətən sevgisi, camaat sevgisi, el-oba sevgisi və onun fonunda gavura nifrəti. Yenə də deyirəm bir çox şəhidlərdən fərqisə onda oldu ki, o, arxasında kimisə qoyub gedə bilmədi. Əksəriyyətinin izi-tozu var, Zaminin heç nəyi yoxdu...   

(ardı var)

Nəzirməmməd Zöhrablı
jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ