Cümə axşamı günü, 12 noyabr 2026
     

Tarı ver tarçalana...

Image


Gözlərinin  küncündə  bir  damla  yaş  var...dupduru..Yurdu-yuvası  yağmalananda, ev-eşiyindən  didərgin  düşəndə  gözündən  çıxan o  acı  yaş...eləcə  donub  qalmışdı..yanağına    süzülməmiş,  əllər  onu  silməmişdi...Yurdsuz  illərində  çox  ağlamışdı.. o  göz  yaşlarını   yığsaydın,    bəlkə də  dərya  olardı..amma    qəlbinə   axıtmışdı.. o  damcıların səsini   yalnız   özü  eşitmişdi...

Bu  illərdə  yuxularında  ancaq  o   dağı,   bir  də  o  meşəni   görərdi.. Süsən  dağını, Süsən  meşəsini...çinarlar  arasında  dolaşar,  dağın  ətəyində  dayanıb zirvəsinə  baxardı..və nə  hikmətdisə  yamyaşıl-Süsən  rəngli,  Süsən  ətirli,  çinar  boylu  olardı o  yuxular..

Gördüklərinin yuxu  olduğunu  hiss   edincə  gözlərini  açmaq,  o  çinarlardan, o  dağlardan  ayrılmaq     istəməzdi. Həmin  günü  xəyal  kimi   dolaşar, gecələr  tez  yatar,  yurdunu,  ev-eşiyini  yuxusuna  çağırardı...Tanış  hisslərdi   eləmi...Yox,   min  məhəbbətlə   tikdiyi   evi-eşiyi  əlindən  alınan,    qapıda  qoyub  gəldiyi  qoyun- quzunun,  toyuq-cücənin, ipdə asılı  qalan  pal-paltarın,  ağzı  açıq  qalmış   su  quyusunun,  ocağın  üstündə  qaynamağa  qoyulmuş  o südün ətrinin,  həyət-bacada eşidilən əzizlərinin  səsinin həsrətini  çəkənlər  yaşar  bu  hissləri...

Deyir, yurdumun  bir  səhər  havasını,  qoyun-quzunun  yanından  nazla  ötüşünü,  səhər  samovarının  ev   adamlarını  süfrəyə  çağırmasını  min  şəhərə  dəyşmərəm..Zəngilan  sakini Qəmər nənə..

Erməni mənfurlar Zəngilanı  işğal  edəndən   ayrı  düşdüyü  Süsən  dağlı, qoca  çinarlı  yurdunu  sevgili  kimi  gözlədi Qəmər  ana...İtkin  düşən, əsir  alınan,  səsi  çatmayan,  ünü  yetməyən,  amma  bütün  günü  içində  onunla danışan,  onunla  dərdləşən  sevgili  kimi..Əri  müharibəyə  getmiş,  bir  parça  kağızı belə  gəlməmiş  gəlinlər  kimi..  zindana  atılan,  amma  təslim  olmayan  bəyzadə  xatunu kimi... sədaqətlə,  sevə - sevə  gözlədi...balaları   da  yanındaydı, hərəsi  bir  budaq  nəvələri   də,  hərəsi  bir   dünya    nəticələri  də...Başına  dolanar, nazını  çəkər,  hər  şeyin  ən  yaxşısını  nənələri  Qəmər  ana  üçün  düzüb-qoşardılar...və  gözləri  üzlərində   qalardı.Onların: "Bir  istəyin  varmı" sualına,  "yox,canınızın  sağlığı"   cavabını  verər,  dolmuş  gözlərini ... dolandırıb ürəyində  pıçıldardı: "İstəyim....istəyim   Zəngilandı.." 

...Və   düz  27  il - düz  bir  igidin  ömrü  Qəmər  nənə  gündə  yüz  dəfə  "qoyun-  quzu  bəzəkli  dərələrin"  boy-buxununa canını  qurban   dedi, "Sizlər  yadıma  düşəndə  ürəyim  qubar eləyir"  söylədi...a

Azərbaycanın  Vətən  Müharibəsi  başlananda  Qəmər  nənə  günlərlə  özünə  yer  tapmadı...həm  cəbhədə  olanı,  döyüşün ən  qaynar  yerində  vuruşanı   vardı,  həm   də  illərdi  gözü yolda  qalan  Zəngilanı...və  ora    qayıtmaq  həsrəti...elə  bu     həsrət  yaşatmışdı  onu..92 yaşına  çatdırmış, nə  vaxtsa bir  mübarək  gündə  doğma  torpağına  qayıdacağı  inamı  onu  qürurlu  saxlamışdı,  səsinin  şaxını  sındırmamışdı..

Günlərlə  ekranın  qarşısından  çəkilmədi..Ali  Baş  Komandana,  əsgərlərimizə  dərya  suları,  ağac  yarpaqları, səhra  qumları  qədər  dualar  elədi...  və  hər dəfə  Ali  Baş  Komandan  xalqa  azad  olunmuş ərazilərimizin  müjdəsini  verəndə  gözlərinin  küncündə  o  bir  damla  yaş   göründü, səsi  titrədi: "Gözlərinin, yumruğunun qadasın  alım, prezident,  Zəngilanı   de,  Zəngilanı..."

Zəngilanın  işğaldan  azad  olunduğu   gün  qəribə  hadisə  baş  vermişdi...Qəmər nənə  illərdi  qoruyub  saxladığı  allı-güllü  şalını  başına  salmış,  evdəkilərin təəccüb  dolu  baxışlarına  "bu  gün  Zəngilanımın  müjdəsi  olacaq, yuxusunu  görmüşəm...    görmüşəm ki,  evimizin  yanındakı  dərə  vardı  ha...bax  o dərənin  başında  atlar düzülüb, hamısı da  mənə  baxır"  demişdi...

Və  həmin  günün  axşamı  Qəmər ananın  yuxusu  çin  çıxmış,   dilindən  bədahətən bir  bayatı  süzülmüşdü:

Qarabağ  deyir:

Əzizim tar  çalana

Tarı  ver  tar çalana

Vətənimi əlimdən  alanın  

Ürəyi  parçalana.

Bu  sözü  dəfələrlə  təkrar  etmiş, sanki  illərdi  yanan kölnünü soyutmuşdu:"Ürəyi parçalana...ürəyi  parçalana"...

Və  bir  niyyətini   elə  o  gecə  balalarına  açıb  demişdi.."gedəcəm  Zəngilana,  orda  92  yaşımı  keçirəcəm..."

Az qalıb, çox  az ...Qəmər  nənənin  Zəngilanına-sevgilisinə   qovuşmağına...gedəcək yurduna, gəzəcək  qarış-qarış... südü  ocağın  üstündən  götürəcək, paltarı  ipdən, su  quyusunun  ağzını  örtəcək..və balalarını  başına yığıb  bir  ad  günü  düzənləyəcək...çal-çağırlı, toy-büsatlı..

O ad  günündə mütləq bir  tarzən  olacaq və  başına  allı-güllü şalını  salmış Qəmər  nənə  sevgili  Zəngilanının  dağına-dərəsinə  baxıb tarzənə  tərəf  dönüb pıçıldayacaq:

Əzizim tar çalana..gəlmişəm Zəngilana..

Və  gözlərinin  küncündə yenə  bir cüt  yaş  görünəcək..bu  dəfə  yurd  dadlı, bu  dəfə  sevinc  yaşı..



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ