Cümə günü, 13 noyabr 2026
     

Operativ Qərargah korona ilə bağlı ən son məlumatları açıqladı... Bayram və istirahət günləri hərəkət məhdudlaşdırıla bilər

Image


Azərbaycanda koronavirusa yoluxma sayı getdikcə artır. Xəstələrin sayında ciddi artım var. Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı qeyd edib ki, əsas yoluxma halları Bakı, Gəncə, Yevlax, Abşeron, Kürdəmir, Tovuz və Şirvanda aşkar edilib: “Yoluxma halları əsasən Gəncə və Abşeronun payına düşür. Gözlədiyimiz ikinci dalğa ola bilər. Statistik rəqəmlərə əsasən də ikinci dalğanı yaşayacağımızı gözləyirik”.

TƏBİB sədri qeyd edib ki, xəstə sayında olan artım vətəndaşların qaydalara məsuliyyətsiz yanaşmasının nəticəsidir.

R.Bayramlı əlavə edib ki, hazırda 771 nəfər aktiv xəstə var, 1620 nəfər sağalıb. Reanimasiya və intensiv terapiya şöbələrində 22 xəstə var, onun 9-u süni tənəffüs aparatına qoşulub.

  • Rusiyadan gələnlərdə də  koronavirus aşkarlanıb

R.Bayramlı deyib ki, Rusiyadan yeni gələn həmvətənlərimiz arasında koronavirusa yoluxma faktı aşkarlanıb. Onun sözlərinə görə, ötən həftə ərzində Türkiyədən, Rusiyadan həmvətənlərimiz xüsusi reyslərlə ölkəmizə gətirilib. Onlar müvafiq hotellərdə yerləşdirilib və müayinələr aparılıb.

R.Bayramlı qeyd edib ki, Bakıda ümumi yoluxmaların böyük əksəriyyəti Nəsimi rayonunun payına düşür.

Yoluxma hallarının 19,8 faizi Yasamal rayonundadır.

Birlik sədri əlavə edib ki, yoluxanların 22 faizi 50-59, 18 faizi 30-39 yaşlıdır. Vəfat edənlərin 43 faizi 60-69 yaşlı insanlardır. Vəfat edənlər arasında 1 nəfər 40-49 yaş qrupuna aiddir. Həmin şəxsdə uzun müddət davam edən xroniki xəstəlik də olub.

  • Yeni məhdudiyyətlərlə bağlı Operativ Qərargaha müraciət ediləcək

“Təəssüflər olsun ki, əhalinin sıx toplaşdığı yerlərdə insanlar hələ də sosial məsafəni gözləmir, qoruyucu maskalardan istifadə etmirlər” deyən R.Bayramlının sözlərinə görə, bu baxımdan TƏBİB tərəfindən maarifləndirici broşüralar hazırlanıb.

R.Bayramlı qeyd edib ki, hər gün aparılan təhlil əsasında bayram günlərində və həftə sonlarında məhdudiyyətlərin tətbiq olunması üçün Operativ Qərargaha müraciət ediləcək.

  • Maska qıtlığı problemi yoxdur

R.Bayramlı deyib ki, maskalardan istifadə məcburi olduğu üçün maska qıtlığı problemi də yarana bilər, lakin hazırda belə bir problem yoxdur. Onun sözlərinə görə, bütün apteklər qoruyucu vasitələrlə, eləcə də maskalarla təmin edilib: “Təlimata uyğun olaraq, ev şəraitində də maskalar hazırlana və onlardan istifadə edilə bilər”.

  • TƏBİB sədrinin valideynlərə müraciəti...

TƏBİB sədri valideynlərə də müraciət edib. “Qarşıda qəbul imtahanlarının keçirilməsi gözlənilir. Biz valideynləri məsuliyyətli olmağa və onları imtahan binalarının qarşısında toplaşmamağa çağırırıq” deyən R.Bayramlının sözlərinə görə, artıq imtahanların keçirilməsi ilə bağlı təlimat hazırlanıb və yayımlanıb.

R.Bayramlı imtahanların həmin təlimat əsasında keçiriləcəyini söyləyib.

  • Xaricdən idxal olunan infeksiya göstəricisi - 9,1 faiz...

TƏBİB sədri qeyd edib ki, xaricdən idxal olunan infeksiya göstəricisi 9,1 faiz təşkil edib. Onun sözlərinə görə, xaricdən idxal edilən infeksiya ilə bağlı göstərici onu deməyə əsas verir ki, xaricdən gələn vətəndaşlar karantində saxlanılmalıdır.

Qeyd edilir ki, infeksiyanın yoluxma göstəricisi Bakı şəhəri üzrə 47,5, Gəncə-Qazax bölgəsi üzrə 13,6 faiz, Aran bölgəsi üzrə 10,2 faiz, Lənkəran üzrə 9,4 faizdir.

  • 65 yaşdan yuxarılar üçün karantin rejimi yumşaldıla bilər

R.Bayramlı bildirib ki, qarşıdakı günlərdə yaşı 65-dən yuxarı olan şəxslər üçün karantin rejiminin yumşaldılması ilə bağlı qərar verilə bilər. Onun sözlərinə görə, bu məsələ gündəmdədir: “Qarşıdakı günlərdə bununla bağlı qərar veriləcək. Ancaq gənclərin böyükləri qorumaq üçün atacaqları addımlardan da çox şey asılıdır”.

  • Modul tipli xəstəxanalar gələcəkdə necə fəaliyyət göstərəcək...

“Modul tipli xəstəxanalar səhra hospitalları kimi istifadə edilə bilər. Bu xəstəxanaların hər biri mövcud xəstəxanalara təhkim olunub. Bunlar təhkim olunduğu xəstəxanaların infeksion şöbələri kimi fəaliyyət göstərəcəklər” R.Bayramlı deyib.

Onun sözlərinə görə, pandemiya bitdikdən sonra modul tipli xəstəxanaların aktuallığı bitməyəcək: “Lazım gəldikdə bu xəstəxanaları səhra xəstəxanalarına çevirə bilərik. Bu xəstəxanaların təchizatı da imkan verəcək ki, onları səhra hospitalları kimi istifadə edək”.

  • Qrup şəklində koronavirusa yoluxmalar müşahidə edilir

R.Bayramlı bildirib ki, koronavirus xəstəliyinin birinci mərhələsində yoluxma pərakəndə şəkildə qeydə alınırdı. Amma indi qrup şəklində yoluxmalar müşahidə edirik.

Onun sözlərinə görə, artıq yoluxma ilə bağlı sporadik hallara rast gəlinir: “Bu da yaxın təmasda olan insanların bir-biriləri ilə sosial məsafə gözləməməsi, qoruyucu maskalardan istifadə etməməsinin nəticəsidir. Buna görə də qrup şəklində yoluxmalar müşahidə edirik”

  • Böyük ticarət mərkəzləri mayın sonuna kimi açılmayacaq

R.Bayramlı qeyd edib ki, böyük ticarət mərkəzlərinin açılması ilə bağlı müzakirələr davam edir. Onun sözlərinə görə, böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir: “Amma təbii ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bütün statistik göstəriciləri təhlil edərək bununla bağlı qərar verəcək. Ola bilsin ki, gələcək günlərdə ticarət mərkəzləri açılsın. Amma mərkəzlərin içində yoluxma sayını artıra bilən sahələrdə, məsələn, uşaqlar üçün əyləncə mərkəzlərində, qida bölmələrində məhdudiyyətlər qoyula bilər”.

  • Kafe və restoranlar nə vaxt açılacaq…

“Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahda kafe və restoranların nə zaman açılacağı və hansı iş saatlarının tətbiq olunacağı məsələsi ilə bağlı müzakirələr aparılıb. Artıq müvafiq layihələr var” deyən R.Bayramlının sözlərinə görə, müzakirələr bu günlərdə də davam etdiriləcək: “Yəqin ki, qarşıdakı günlər ərzində bu məsələ açıqlanacaq. Bakıda və rayonlarda restoranların fəaliyyətə başlaması barədə qərarlar aparılan təhlillərə əsasən verilir. Biz bundan sonra onları çox uzun müddət bağlı saxlaya bilmərik. Sərt karantin dövründə biz infeksiyanın məhdudlaşmasına nail olduq. Tibb müəssisələrini səfərbər etdik, resurslarımızı yenilədik. Bundan sonrakı dövrdə isə açılma və epidemioloji vəziyyətin nəzarət altında saxlanılması üçün əvvəlcədən planlaşdırılmış tədbirlərin həyata keçirilməsi dövrüdür. Başqa sözlə, biz indi ikinci mərhələni yaşayırıq. Bütün bu mərhələlər üçün də hər bir sahə üzrə müvafiq qaydalar hazırlanıb. Əgər biz bu qaydalara əməl etsək, yoluxma olmayacaq və onun qarşısını alacayıq. Təbii ki, bu qaydalara əməl etməsək, sosial məsafəni gözləməsək, ikinci dalğa çox sərt şəkildə davam edə bilər”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ