Bazar günü günü, 27 sentyabr 2026
     

Torpaq, uğrunda ölən varsa Vətəndir...

Image


“Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir”.
Heydər Əliyev

 

Qələbənin 75 illik yubileyi ilə bağlı bütün dünyada, eləcə də Azərbaycanda. hər il olduğu kimi, bu il də dövlət səviyyəsində geniş tədbirlər keçirilir. Torpaq uğrunda,Vətən yolunda canından keçən insanların xatirəsini yaşatmaq, əbədiləşdirmək, adını, şöhrətini nəsildən-nəslə çatdırmaq müqəddəs işdir.

1941-ci ildən 1945-ci ilədək davam edən müharibə zamanı ordu sıralarına Azərbaycandan 720 min nəfərdən çox insan cəlb edildi. Onlardan 320 mindən çoxu vətən uğrunda gedən savaşda qəhrəmancasına həlak oldu. Həlak olanların arasında Göyçə mahalından olan Məhərrəmov İdris Şirin oğlu da var idi. O, 1894-cü ildə Göyçə mahalının Zərkənd kəndində sənətkar ailəsində anadan olub, ilk ustad dərsini 12 yaşında ikən atası Aşıq Şirindən alıb, Aşıq Ələsgərdən, Aşıq Musadan saz-söz sənətinin incəliklərinə yiyələnib. Səksəndən artıq saz havasına bacarıqla yiyələnib, otuz beş dastanı hər dəfə yeni əlavələrlə danışarmış.

Ailə arxivimizdə qorunub saxlanan azərbaycan, rus, er­mə­ni dilində olan 1938-1941-ci illəri əhatə edən arayışların verdiyi mə­lumata görə Aşıq İdris Böyük Vətən müharibəsinə gedənə qədər Ba­sar­keçər rayonunun “Aşıqlar birliyinin” sədri olub. Aşıqların I və II qurultaylarında iştirak edərək İncəsənət xadimi fəxri adına layiq görülüb. 1941-ci ildə könüllü olaraq Böyük Vətən müharibəsinə ge­dib (baxmayaraq ki, bir neçə dəfə hərbi komissarlıq tərəfindən geri qaytarılıb) və müharibədən  itkin düşüb.

Arxiv materialları Aşıq İdrisin həm yaradıcı, həm də ifaçı sənətkar olduğunu, Göyçə mahalında, Kəlbəcər kənd­lə­rində ad çıxardığını, məlahətli zil səsi, səsinin ləngərindən otaq­ların pəncərə şüşələrinin  cingildəşməsi, zənguləsinin zərbindən otuz­luq lampanın sönməsindən  yazılır.

Döyüşçü aşıq qoşma ilə həyat yoldaşı Zərnişan xanıma göndərdiyi mək­tubda tezliklə qələbə çalıncağından,övladlarına məhəbbətindən belə yazırdı:

Zərnişanım, gözlə, gözlə yolumu,
Səndən üzülməmiş gümanım mənim.
Oğul əmanəti, qız əmanəti-
Yaxşı saxla, dinim-imanım mənim.

Qoyma ürəyində arzu pasdana,
Göz yaşından tər yanağın isdana.
Dikilsin yoluma gözün mastana,
İstəkli sevgilim, cananım mənim.

Uzaqdaqn -uzağa sən məni dinlə
Ucalır avazım hey pillə-pillə.
Yayınmır düşmənə atdığım güllə,
Əyilməz ərlərdir həyanım mənim!

Aşıq İdris, həyat yoldaşı Zərnişan xanım, dayısı oğlu Heydər və onun həyat yoldaşı Göyçək xanım

Aşıq İdris çox vaxt kon­sert­lərə və toylara balaban ifaçısı  Cabbar Fərzəliyev, dəf ifaçısı Xanbaba Əliyevlə gedərmiş.

Arayışlarda olan məlumatlar və ailə arxivimizdə qo­runub saxlanan şəkil də bunu təsdiqləyir. Bu arayışların arasında 1939-cu il 11-ci ay tarixli  sənəd çox maraqlıdır. Orada yazılır:“Ba­sarkeçər rayonunun maarif şöbəsinin nəzdində təşkil olunmuş aşıq­lar təşkilatının heyət üzvləri və təşkilat üzvləri Aşıqlar təşki­la­tı­nın səd­ri İdris Məhərrəmov təşkilatın sədrinin müa­vi­ni Bəhmən Qar­a­yev, üzvləri Nəcəf Məmmədov, Talıb Məmmədov, Ziyad Nadirov.

Təşkilat üzvləri:

Hüseyn İskəndərov

Yunus (Babacan)

Kərəm Vəliyev (Pənbək)

Səyyaf Əvəzov

Lətif Hüseynov (Qaraqoyunlu)

Cahad Nağıyev

Qabil Vəliyev (Zərzəbilli)

Cabbar Fərzəliyev (Kəlbəcər)

Xanbaba Əliyev

Mikayıl Nəsibov

Xudu Namazov (Sorucan)

Nağı Bədəlov (Kəsəmən)

Qərib İsmayılov (Zod)

Aşıq İdris haqqında olan 1938-1941-ci illəri əhatə edən Azərbaycan, rus, erməni dilində olan ara­yış­lardan əldə etdiyimiz məlumata görə, Aşıq İdris Azərbaycanın şəhər, rayon, kəndlərini qarış-qarış gəzərək zəhmətkeş xalq qar­şı­sın­da konsertlər verib.

Bu arayışlardakı maraqlı faktlardan biri də odur ki, orada qeyd olunan yer adları azərbaycan adlarıdır. Lakin bədnam qon­şu­larımız sonradan o yer adlarını dəyişib erməniləşdiriblər.

Bu arayışlardan bizə məlum olur ki, o ən çox Kəlbəcər, Qu­badlı, Laçın, Zəngibasar, Tərtər, Goranboy, Ağcabədi və s. ra­yon­larda olub. Həmçinin bu sənədlər onun Basarkeçər ra­yo­nunun aşıqlar birliyinin sədri olmasını, incəsənət xadimi fəxri adının verilməsini də təsdiqləyir. Aşıq İdrisin vala yazılmış səsi də olduğunu söyləyirlər. Rəhmətlik atam Bahadur müəllim söyləyirdi ki: “uşaq yaşlarımda evimizdə qrammafonda atamın səsi yazılmış vala dəfələrlə qulaq asmışam”. Biz səsyazma arxivinə müraciət etdik.Təəssüf ki, nə bu val, nə də Aşıq İdris hqqında heç bir məlu­mat əldə edə bilmədik.

Nənəm Zərnişan xanımın söylədiyinə görə, babam Aşıq İd­ris tez-tez İrana, Türkiyəyə də səfər edərmiş. Bu ölkələrdə tikilən ev­lə­ri görən babamız ilk dəfə olaraq Göyçə mahalında, yəni Zər­kənddə ikimərtəbəli daş ev tikdirib. Təəssüflər ki, indi bu evlərdə bədnam qonşularımız yaşayır. Evin yerləşdiyi ərazini isə kilsə ediblər.

Aşıq İdrisin 2 qardaşı olub: Yunus və Ələs.Qardaşı Yunus da İkinci Dünya müharibəsinə gedib və 1943-cü il fevral ayında itkin düşüb.

Aşıq İdrisin 7 övladı olub: Maral adlı bir qızı, Şəmdin, Xa­say, Surxay, Bahadur, Qəzənfər, Məmməd adlı 6 oğlu . Qızı Ma­ral atasının qara xəbərini eşitdikdə, bu acı xəbərə dözməyib 12 ya­şın­da vəfat edib. Həyat yoldaşı Zərnişan xanım altı oğlunu minbir əzab­la böyüdüb, oxudub, evləndirib, oğul-uşaq sahibi edib, oğlan­la­rın­dan ikisinə ali təhsil verib. Oğlu Bahadur əvvəl Politexnik tex­ni­ku­munun, sonra isə Politexnik universitetinin mexanika bölməsinin “Avtonəqliyyat” fakultəsini, kiçik oğlu Qəzənfər isə BDU-nun geologiya fakultəsini bitirib. Oğlanlarından Sur­xay və Qəzənfər sazda, Bahadur isə qarmonda həvəskar ifaçı kimi çalmağı bacarırdı. Bahadur aşıq havalarını qarmonda özünə məx­sus gözəl bir tərzdə ifa edərdi. Bahadurun riyaziyyat elminə hədsiz dərəcədə marağı 1977-ci ildən başlayaraq “Riyaziyyatdan şifahi vurma qaydaları” əsəri üzərində işləyərək 1987-ci ildə “Maa­rif” nəşriyyatı tərəfindən “Riyaziyyatdan şifahi vurma qaydaları” adlı ilk kitabını nəşr  etdirib. 2002-ci ildə isə bu əsərini daha da təkmilləşdirib, ikinci bir kitabını da nəşr et­dir­ib. Amansız ölüm Bahadur müəllimin arzularını yarımçıq qoydu. Yazdığı bu əsəri müdafiə etmək ərəfəsində vaxtsız (2002-ci il 8 dekabır) dünyasını dəyişdi.

Bahadur müəllimin oğlu Natiq isə sazda mahir ifaçı olmasa da, bu gün nağarada mahir ifaçılardan biridir. 2001-ci ildə o, beş nəfərdən ibarət “Natiq Ritm Qrupu”-nu yaratdı və bununla da yeni azərbaycan nağarasının və rtmlərinin əsasını qoydu. Azərbaycan qədim musiqi aləti olan nağaranı həm milli, həm də beynəlxalq rtm alətləri ilə sintez edərək dünya miqyasında  tanınmasına nail oldu. Azərbaycan rtmlərinin sayını dəfələrlə artmasında böyük zəhməti oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 17 sentyabr 2007–ci ildə əməkdar, 27 may 2018-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının “Xalq Artisti” fəxri adına layiq görüldü.

Bəşər övladı həmişə öz keçmişinə,yaddaşına qırılmaz tellərlə bağlı olub. Bu indi də belədir, həmişə də belə olacaq.Yaddaşı olmayan xalqın heç vədə gələcəyi də ola bilməz. Yaddaş dünənlə bu gün, başqa sözlə desək, gedənlə gələn arasında körpüdür – mənəvi körpü. Vətən uğrunda canından keçən insanların xatirəsini yaşatmaq bizim üçün müqəddəs bir işdir. Bu insanların ruhu qarşısında baş əyir, ruhlarına Uca Yaradandan rəhmət diləyirik.

Rübabə ŞİRİNOVA
Aşıq İdrisin nəvəsi,
AMEA Əlyazmalar İnstitutu, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ