Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan Prezidentinin yeni infrastruktur layihəsi – “modul xəstəxana” nədir...

Image


Dünyada koronavirus adlı bir kabus dolaşır. Bu xəstəlik vahiməli olduğu qədər də sirlidir. Hazırda onun vahid müalicə forması yoxdur. İndiki halda, bir neçə müalicə üsulundan istifadə olunur ki, o da bir xəstəyə müsbət təsir göstərdiyi halda, digərinə kömək etmir. Bir sözlə, bütün dünyada həkimlər bu xəstəliyin qarşısını almağa çalışsalar da, istəklərinə tam nail ola bilmirlər.

Hazırda koronavirusun müalicəsi üçün dərman və ya peyvəndin hazırlanması ilə məşğul olan alimlərin rəyinə görə, onlara ən azı bir-iki il vaxt gərəkdir. Çünki indiyədək heç yerdə belə bir virus müşahidə edilməyib. Xəstəliyin başlanğıcının bəzən gizli keçməsi, ətrafdakıların tez yoluxması, hər xəstə üçün bir cür müalicə üsulundan istifadə edilməsi işləri daha da çətinləşdirir.

Dünyanı bürüyən koronavirus təəssüf ki, ölkəmizə də gəlib çatdı.

Koronavirusun yarada biləcəyi fəsadların qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və fəaliyyət göstərir. Qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə bu sahə üzrə ekspertlərdən ibarət qrup formalaşdırıldı. Prezident İlham Əliyevin göstərişi ilə ölkənin bütün maddi resursları əhalinin sağlamlığının qorunmasına səfərbər edilib. Buraya 575 çarpayılıq "Yeni klinika”nın vaxtından əvvəl istifadəyə verilməsi, xaricdən müasir laboratoriyaların alınıb gətirilməsi, mövcud xəstəxanaların lazımi tibbi avadanlıqlarla təchizi də daxildir. Eyni zamanda, infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün modul tipli xəstəxanaların quraşdırılması məqsədilə dövlət tərəfindən böyük vəsait ayrılıb. Məlum olduğu kimi, Azərbaycanda koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə modul tipli xəstəxanaların tikintisinə başlanıb. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilmiş məbləğin 14,8 milyon manatı ayrılıb.

Qeyd edək ki, ilk modul tipli xəstəxananın tikintisi başa çatmaq üzrədir. Bir neçə gündən sonra paytaxtda yerləşən yeni xəstəxana TƏBİB-ə təhvil veriləcək. Bu xəstəxana 200 koronavirus diaqnozlu pasienti qəbul edə biləcək.

Onu da bildirək ki, yaxın günlərdə təhvil veriləcək modul tipli xəstəxanada fəaliyyət göstərəcək tibbi personal da təlimlərini yekunlaşdırıb. Bu xəstəxanaların əsas missiyası koronavirus pandemiyası zamanı tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanmasından ibarətdir.

Məlumat üçün vurğulayaq ki, tikiləcək modul tipli xəstəxanalar Abşeron, Sumqayıt və Bakıda inşa edilir. Artıq Gəncədə də modul tipli xəstəxananın inşasına start verilib. 45 günə istifadəyə verilməsi nəzərdə tutulan xəstəxana 100 palatadan ibarət olacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, hazırda Azərbaycanda hökumət tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlə 6, özəl şirkətlər tərəfindən isə 4 modul tipli xəstəxana tikilir: “Hər bir xəstəxana 200 çarpayıdan ibarət olacaq, bu isə əlavə 2000 çarpayı imkanı yaradacaq. Əgər yoluxma sayı daha çox olsa, biz bu xəstəxanalardan da istifadə edə biləcəyik. Yaxın zamanlarda, hətta 1-2 gün ərzində ilk modul tipli xəstəxananın açılışı gözlənir. İyun ayının ortalarına qədər digər xəstəxanaların da açılması nəzərdə tutulur. Bu həm Bakıda, həm də regionlarda olacaq. Həmin xəstəxanalara COVID-19 xəstələrini rahat yerləşdirə biləcəyik”.

Qeyd edək ki, modul tipli xəstəxanaların əsas üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılmasıdır. Məqsəd koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkilidir.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı media nümayəndələrinə açıqlamasında bildirib ki, bu xəstəxanalar gözlənilməz hallara qarşı nəzərdə tutulub.

Mütəxəssislər qeyd edirlər ki, modul xəstəxanalar digər tibb müəssisələrinin başqa xəstəliklərdən əziyyət çəkən insanlara xidmət göstərməkdə davam etməsinə imkan verəcək.  

Onu da bildirək ki, modul tipli xəstəxanalar pandemiya zamanı xəstəxanalara artan ehtiyacı ən qısa zamanda qarşılamaq üçün istifadə olunan çevik tibb infrastrukturudur. Tez quraşdırılan bu xəstəxanaları qısa bir zamanda da ləğv etmək mümkündür. Koronavirusun geniş yayıldığı Çində yoluxmanın sürətlə artmağa başladığı ilk dövrlərdə, fevralın əvvəlində ümumi sahəsi 25 min kvadratmetrdən çox olan bir neçə mobil xəstəxana qurulub. Martın 10-da isə artıq həmin xəstəxanalara ehtiyac qalmadığından bağlanıb. Qonşu Türkiyədə isə İstanbulda 2 belə xəstəxananın quraşdırılmasına başlanıb.

  • “Modul tipli xəstəxanaların əsas üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılmasıdır”

Modul tipli xəstəxanaların üstünlükləri barədə danışan tibb elmləri doktoru, həkim-ekspert Adil Qeybulla bildirdi ki, Azərbaycanda hazırda koronavirusa qarşı müalicəni təşkil etmək üçün xəstəxanalar var: “Bakıda 4 xəstəxana ayrılıb. Həmçinin, regionlarda da xəstəxanalar ayrılıb. Modul xəstəxanaların qurulması ehtiyacı xəstələrin sayının artmasından doğur. Amma sərt tədbirlər görə bilsək, yəqin ki, qısa müddət ərzində infeksiyanın enmə tempini görə bilərik. Tədbirlər pozulsa, bu temp arta da bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, modul tipli xəstəxanalar Bakı ilə yanaşı, bölgələrdə də qurulur: “Bakıda əhalinin sayının çox olduğu nəzərə alınıb, regionlarda da bu tip xəstəxanalar inşa edilir. Modul tipli xəstəxanaların bir çox üstünlüyü var. Onlardan biri qısa müddət ərzində inşa edilməsidir. Həmçinin, bu xəstəxanalar gözlənilməz hallara qarşı nəzərdə tutulub”.

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ