Cümə günü, 13 noyabr 2026
     

Bölgələrdə SMS - icazənin ləğvi vətəndaşların üzərinə hansı əlavə məsuliyyətləri qoydu - pandemiya risqləri bitməyib…

Image


Məlum olduğu kimi, artıq respublika üzrə xüsusi karantin rejiminin yumşaldılması prosesinin növbəti mərhələsinə başlanıb. Mayın 4-dən Azərbaycanın bir sıra şəhər və rayonlarında xüsusi karantin rejimi ilə əlaqədar olaraq tətbiq olunan SMS icazə sistemi ləğv olunub. Qeyd edək ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 1-də qərar qəbul edib.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.

Ölkəmizdə hələ pandemiya ilə bağlı mübarizə tədbirləri davam edir və bu bəladan ölkəmiz tam olaraq xilas olmayıb.

Bir sıra rayon və şəhərlərdə, bölgələrdə SMS-lə icazənin ləğv edilməsi bölgə sakinlərinin üzərinə hansı məsuliyyəti qoyur? Onlar pandemiya risqindən uzaq olmaq üçün nələri etməli, hansı qaydalara əməl etməkdən imtina etməməlidirlər?

Nəzərə alsaq ki, pandemiyaya yoluxma risqləri var və vətəndaşlar sanitar-gigiyena, sosial məsafə və s. tələblərə riayət etməsələr, daha da ciddi problemlərlə üzləşə bilərlər.

  • “Həmin bölgələrin sakinləri daha məsuliyyətli davranmalıdırlar”

 “Novoe vremya” qəzetinin baş redaktoru, tanınmış siyasi icmalçı Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, karantin rejiminin yumşaldılması çərçivəsində bir sıra rayon və şəhərlərdə SMS icazə sisteminin ləğv olunması heç də vətəndaşların necə gəldi hərəkət etməsi, davranması demək deyil. O hesab edir ki, bu gün vətəndaşların üzərinə daha böyük məsuliyyət düşür. Ş.Ağayevin sözlərinə görə, vətəndaşlar unutmamalıdırlar ki, pandemiya hələ bitməyib və bütün gigiyenik, sanitar qaydalara riayət etməlidirlər, sosial məsəfə saxlamağa üstünlük verməlidirlər. Müsahibimizin bildirdiyinə görə, vətəndaşlar tələb olunan qaydalara riayət etməkdə davam etməsələr, pandemiyaya yoluxmaq risqi ilə üz-üzə qalarlar. “Çox aktual bir məsələyə toxunmusunuz. Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirus pandemiyası şükürlər olsun ki, səngimək üzrədir. Bu da vaxtında görülən tədbirlərin, atılan addımların nəticəsidir ki, Azərbaycanda pandemiya öz təsirini elə də yüksək göstərə bilmədi. Amma, təbii ki, bu, vətəndaşlarda heç bir arxayınçılıq yaratmamalı və onlar məsuliyyətsiz davranmamalıdırlar. Pandemiya səngiməyə doğru getsə də, amma tam olaraq məhv olmayıb. Bu gündən hansı bölgələrdə ki, SMS icazə sistemi ləğv olunub, həmin bölgələrin sakinləri daha məsuliyyətli davranmalıdırlar. Demək olar ki, respublika bölgələrinin 95 faizində bu sistem ləğv edilib, parklar, bulvarlar, restoran və kafelər açılıb. SMS icazə sisteminin ləğv edilməsi, kafe və restoranların, parkların, bulvarların, müxtəlif ictimai iaşə yerlərinin açılması, xüsusi karantin rejiminin bu şəkildə yumşaldılması vətəndaşa haqq vermir ki, o bunlardan sui-istifadə etsin. Bir şeyi yaddan çıxarmaq lazım deyil, Nazirlər Kabineti yanında Operativ Qərargah daim elan edir ki, karantin rejimi istənilən vaxt yenidən sərtləşdirilə bilər. Əlbəttə, bu addım yoluxma genişlənərsə, atılacaq. Vətəndaşlar nə etməlidirlər? Bu gün dünyanın elə ölkələri var ki, pandemiya sönmək əvəzinə, pik həddinə doğru gedir, çoxalır. Dünyanın bütün dövlət başçıları, mütəxəssisləri həyəcan təbili çalırlar ki, hələ vaksin tapılmayıb. Çox təəssüflər olsun ki, yaxşı halda vaksinin tapılması 2020-ci ilin sonlarında, 2021-ci ilin əvvəllərində gözlənir. Dünya alimləri də, virusoloqları da elan ediblər ki, vaksin tapılmayana qədər pandemiyaya qarşı mübarizənin müəyyən elementləri saxlanmaldıır. Bu, ilk növbədə, sanitar-gigiyena qaydasıdır, sosial məsafədir, kütləvi yığışmanın, gəzişmənin qarşısının alınmasıdır. Bunlar təkcə bizim deyil, bütün dünyanın qəbul etdiyi və səsləndirdiyi təkliflərdir. SMS icazə sistemi ləğv edilən bölgələrdə vətəndaşlar bundan sui-istifadə etməli deyillər. Onlar hər şeydən əvvəl öz ailələrini, yaxınlarını, bundan əlavə, cəmiyyəti, yaşadıqları mühiti, bütövlükdə, bütün respublikanı düşünməlidirlər. Çünki bu pandemiya elə bir bəladır ki, çox sürətlə yayılır. SMS icazə sistemi ləğv edilən bölgələrdə vətəndaşlar mövcud sanitar-gigiyena, sosial məsafə və sair qaydalara riayət etməsələr, pandemiyanın ikinci dalğası ilə üzləşə bilərlər. Bu təhlükə var və vətəndaşlar bunu bir daha bilməlidirlər. Allah eləməsin, vətəndaşlar qaydalara əməl etməsələr, bunun nəticəsində də yoluxma baş verərsə, bu yoluxma sürətlə yayıla bilər. Bu da ciddi fəsadlar törədə bilər”.

Ş.Ağayev hesab edir ki, Nazirlər Kabinetinin qoyduğu qaydalara, verdiyi tövsiyələrə ciddi əməl olunmalıdır. Müsahibimiz vurğuladı ki, SMS icazə sistemi ləğv edilən rayon və şəhərlərin əhalisi sanitar-gigyena qaydalarına riayət etməklə yanaşı, maskalardan istifadə etməyi yaddan çıxarmamalıdır. “Verilən icazədən sui-istifadə etmək lazım deyil. Çünki biz hələ əvvəlki yaşayış tərzimizə qayıtmamışıq və buna mərhələli şəkildə keçid etməkdəyik. SMS icazə sistemi ləğv edilən bölgələrin sakinləri elə davranmalıdırlar ki, heç bir problem baş verməsin və bütün respublika vətəndaşları əvvəlki həyat tərzinə qayıda bilsinlər. Bunlar baş verməsə, ikinci bir dönüş ola bilər və bu da daha acı nəticələrə səbəb olar. Ona görə də, fikimcə, bölgə əhalisi bütün bu qaydalara riayət edəcək”.

Ş.Ağayevin qənaətinə görə, yumşalma prosesinin başlanmasının əsas səbəbləri həm insanların psixoloji baryeri adlaması, həm onların işləməsi, həm də yaşadıqları rayonlarda təsərrüfat işləri ilə məşğul olması ilə bağlıdır. “Təbii ki, üç ay müddətində işləməyən vətəndaşları sosial-iqtisadi cəhətdən təmin etmək dövlət üçün çətindir. Ona görə də vətəndaşa verilən fürsətdən qəti surətdə sui-istifadə hallarına yol verilməməlidir. Nə qədər ki, dünya həyəcan təbili çalır, bu proseslər davam edir, dünyada hələ bu təhlükə sona çatmayıb, vaksin tapılmayıb, bütün mövcud qaydalara riayət olunmalıdır” - deyə Ş.Ağayev bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ