Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyi Ramazan ayının ilk günlərində yeni növ koronavirus (COVİD-19) epidemiyasından zərər görən yaşlı, aztəminatlı və ehtiyacı olan 800 ailələyə ərzaq və təmizlik ləvazimatları paylayıb.
MÜSİAD-ın Azərbaycan nümayəndəliyinin vitse-prezidenti Sait Yinanç iş adamları olaraq ehtiyac sahiblərinə köməklik göstərməyi özlərinə borc bildiklərini və buna görə yardım kampaniyası başlatdıqlarını deyib. O, yardım fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.
Digər tərəfdən, türk xeyriyyəçiləri tərəfindən qurulan və uzun illərdir Bakıda fəaliyyət göstərən Gəncliyə Yardım Fondu (GYF) 1000 ailəyə həm qida, həm də təmizlik ləvazimatları olan yardım bağlamaları paylayıb.
GYF-nin prezidenti Əhməd Tecim hər il qardaşlıq və paylaşma ayı olan Ramazan ayında GYF olaraq humanitar yardımlarını artırdıqlarını bildirib. Ə.Tecim qeyd edib ki, bu il xüsusilə epidemiya səbəbilə küçəyə çıxa bilməyən 65 yaşdan yuxarı insanlar başda olmaqla, ehtiyacı olanlara yardım göstərirlər.
Bütün dünyanın epidemiya təhlükəsindən qısa müddətdə xilas olmasına ümid edən Ə.Tecim Türkiyədən yardım göndərən xeyriyyəçilərə minnətdarlığını bildirib.