Cümə günü, 13 noyabr 2026
     

Bakının Baş planının almanlara verilməsinə əsas reaksiyalar - “kiçik bir yolu dəfələrlə tikib-sökən yerli şirkətlərə...”

Image


Azərbaycan müstəqillik əldə etdikdən sonra gündəmdə olan məsələlərdən biri Bakının Baş planının hazırlanması olub. İllərdir aktuallığını saxlayan bu problemin həll edilməməsi nəticəsində paytaxtda həyata keçirilən tikinti işləri sahəsində ciddi nizamsızlıq hökm sürür. Bəzən görürsən ki, heç yaşayış yeri üçün nəzərdə tutulmayan bir yerdə hansı şirkətsə çoxmərtəbəli bir bina ucaltdı, başqa birisi market tikdirdi və s. Gerçəklik budur ki, Bakının Baş planının olamaması şəhərdə quruculuq-tikinti işlərində müəyyən pərakəndəliklərin yaranmasına səbəb olub.

Məlum olduğu kimi, dəfələrlə Prezident İlham Əliyev Bakının Baş planının hazırlanması məsələsinin vacibliyini vurğulayıb və bu işin icrası üçün müvafiq qurumlara göstəriş verib. Bundan başqa, Bakının yeni mərkəzi rayonunun yaradılması məsələsi də aktualdır. Bakının Baş planı hazırlanarkən bunun da həll ediləcəyi gözlənir.

Memarlar İttifaqının sədri Elbəy Qasımzadə mətbuata bildirib ki, Bakının Baş planının işlənməsi məşhur alman şirkətinə tapşırılıb. Söhbət “Alber Şpeer və tərəfdaşları” şirkətindən gedir.

Onun sözlərinə görə, məşhur alman şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçirdiyi tenderin qalibi seçilib: “Mən tender komissiyasının üzvü idim və biz hesab etdik ki, alman firması bizim şərtlərimizə daha çox uyğun gəlir”.

Bundan əvvəlki Baş plan layihələrindən söhbət açan tanınmış memar onların da bugünkü şəhərsalma işlərində faydasından danışıb: “Prinsipcə, Baş plan hər zaman olub, keçən əsrin 30-cu illərindən. O vaxtdan onun tədricən reallaşması gedir. Vağzal - Elmlər Akademiyası oxu hələ həmin ilk Baş planda öz əksini tapmışdı. Birinci hissəyə vağzaldan Səməd Vurğun küçəsinə qədər olan ərazi daxil idi. Vaxt keçdi və biz onun davamı olaraq Akademik Milli Dram Teatrına və Nəriman Nərimanov küçəsinə qədər olan hissəni reallaşdırdıq. Yəqin ki, tezliklə bu ox Hüseyn Cavid prospektində yerləşən Elmlər Akademiyasına qədər davam edəcək”.

E.Qasımzadə şəhər çərçivəsində olan qəsəbələrin gələcək taleyi ilə də bağlı fikirlərini bölüşüb: “Baş plan şəhərin inkişaf strategiyasını müəyyənləşdirməlidir. Axı şəhər çərçivəsində olan torpaq resurslarından istifadə etmək olar. Bizdə hələ də şəhər mərkəzində Xutor, Alatava, Keşlə kimi qəsəbələr var. Aydındır ki, onlar olduqları şəkildə qala bilməzlər. Eyni zamanda, biz deyə bilmərik ki, qısa müddətdə bu qəsəbələr köçürülməlidir. Bu tədricən baş verəcək”.

Bakıətrafı qəsəbələrin və nəqliyyat infrastrukturunun inkişafı məsələsinə gəldikdə isə, o, alman şirkətinin maraqlı təkliflərindən danışıb: “Belə bir ideya var ki, dünyanın iri şəhərlərində olduğu kimi, bizdə də yerüstü metro tikilsin. Belə olan təqdirdə, Abşeronun səthi düz olduğu üçün relslər dayaqlar üzərinə qoyulmasa da, olar. Lakin bəzi yerlərdə yəqin ki, bunu etmək lazım gələcək”.

Qeyd edək ki, Bakı şəhərinin ilk Baş planını 1898-ci ildə məşhur memar, alman əsilli rus mühəndisi, elə həmin ildən 1902-ci ilə kimi şəhər başçısı vəzifəsində çalışan N.A.Nonne hazırlayıb. 1932-ci ildə ikinci, 1964-cü ildə üçüncü, nəhayət, 1986-cı ildə dördüncü Baş plan tərtib olunub. Dünya Bankı ilə bağlanmış kredit sazişinə əsasən, 2011-2014-cü illərdə "Bakı dövlətlayihə” institutu tərəfindən hazırlanan sonuncu layihə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qəbul olunmayıb. Komitə bu mövqeyini şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətlərinin sənəddə düzgün əks olunmamasıyla əsaslandıraraq, ona yenidən baxılacağı bildirilib.

Qayıdaq alman şirkəti tərəfindən hazırlanacaq Bakının Baş planına. Ekspertlər bildirirlər ki, Bakının Baş planının hazırlanması üçün tender elan edilməsi çox müsbət haldır. Onların qeyd etdiyinə görə, bu prosesin icrası tendersiz yerli şirkətlərdən birinə həvalə edilsəydi, çox böyük problemlə qarşılaşardıq. Memarların bildirdiyinə görə, Azərbaycandakı şirkətlərin böyük əksəriyyəti belə məsuliyyətli vəzifənin öhdəsindən gələ bilməzdi. Memarların bildirdiyinə görə, son illər Bakıdakı yararsız, pərakəndə həyata keçirilən tikinti işləri bir sıra şirkətlərin öz fəaliyyətinə məsuliyyətsiz yanaşdığının göstəricisidir. Onlar vurğulayırlar ki, paytaxtda tikildikdən sonra ən azı bir-iki dəfə sökülüb yenidən inşa olunmayan yol qovşağı, yol, körpü az-az tapılar. Demək olar ki, yollar tikildikdən qısa bir vaxt keçməmiş, darmadağın olur və dövlətin külli miqdarda vəsaiti göyə sovrulur, buna görə isə heç bir şirkət məsuliyyət daşımır.

Odur ki, memarlar hesab edirlər ki, Bakının Baş planının işlənməsinin alman şirkətinə həvalə edilməsi müsbət nəticə verəcək. Bakının Baş planının hazırlanması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçirdiyi tender ölkə başçısının ciddi nəzarətində olduğu üçün belə obyektiv seçim edilib.

  • “Bu tenderdə təcrübəli alman şirkətinin qalib gəlməsi təqdirəlayiqdir”

MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bizimlə söhbətində dedi ki, Bakının Baş planının işlənməsinin məşhur alman şirkətinə tapşırılması düzgün seçimdir. F.Xəlilli hesab edir ki, “Alber Şpeer və tərəfdaşları” şirkəti bu sahədə kifayət qədər peşəkardır və böyük təcrübəyə malikdir: “Bilirsiniz ki, Bakının son Baş planı Sovet dövründə hazırlanıb. Bu gün Bakının Baş planı yoxdur və bu da tikinti sahəsində mövcud xaosun yaranmasına səbəb olub. Cənab Prezidentin Bakının Baş planının hazırlanması ilə bağlı müvafiq qurumlara xüsusi tapşırıq verməsi bu istiqamətdə vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bakının Baş planının hazırlanması üçün xüsusi tender elan edilməsi və bu tenderdə təcrübəli alman şirkətinin qalib gəlməsi təqdirəlayiqdir. Bu şirkətin indiyə qədər bu sahədə gördüyü işlər ona məxsus sayta yerləşdirilib. Mən bu işin peşəkar, təcrübəli alman şirkətinə həvalə edilməsinə müsbət yanaşıram. Bu şirkət Bakının Baş planını lap baha qiymətə işləsə belə, bu, məncə, görəcəkləri işə dəyər. Bakının Baş planının hazırlanmasından sonra aidiyyəti qurumlar tərəfindən onun icrasında hər hansı bir problem yaradılmayacağına inanmaq istəyirəm. Ümid edirəm ki, sonradan bu planlar kənara atılmayacaq. Alman şirkəti tərəfindən işlənib hazırlanacaq Bakının yeni Baş planının tələbləri aidiyyəti qurumlar tərəfindən dürüstlüklə, dəqiqliklə yerinə yetirilərsə, biz mövcud vəziyyətlə vidalaşacağıq və çox üstün vəziyyətin şahidi olacağıq. Çox istəyirəm ki, bu işi icra edəcək adamlar işlərinə məsuliyyətlə yanaşsınlar, dövlətimizin, xalqımızın maraqlarını qohum-əqrəbalarına güzəştə getməsinlər” - deyə mütəxəssis qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ