Cümə günü, 13 noyabr 2026
     

Koronavirusla mübarizə dövründə oruc tutmaq - immunitetin zəifləməsi ilə bağlı mütəxəssislər nə deyir...

Image


Məlum olduğu kimi, bu gündən müqəddəs Ramazan ayının birinci günü başlayıb. Başqa illərdən fərqli olaraq, bu il Ramazan ayı daha həssas, daha çətin bir dövrə təsadüf edir. Pandemiya dövründə oruc tutub-tutmamaq, eləcə də oruc tutmağın immuniteti zəif olan insanlarda koronavirusa yoluxma risqini yaradıb-yaratmaması insanları dərindən düşündürür.

Əvvəla deyək ki, oruc tutmaq mənəvi cəhətdən savab, bioloji baxımdan isə sağlamlıq sayılır. Amma bədəni, orqanizmi zəif adamlara oruc tutmaq onlara sağlamlıq deyil, vəziyyətlərinin daha da ağırlaşmasını yaşadır.

Bəzi mütəxəssislər hesab edirlər ki, koronavirusa yoluxmaq risqinin çox olduğu bir dövrdə Ramazan günlərində insanların heç də hamısına oruc tutmaq tövsiyə olunmur. Çünki oruc tutarkən insanın orqanizmi zəifləyir, immuniteti aşağı düşür, bunun nəticəsində də onlar daha çox virus mənşəli xəstəliklərə tutula bilirlər. Bundan başqa, karantin rejiminə görə bütün ailə üzvlərinin bir yerdə olduğu dövrdə də oruc tutmağın risqli olduğunu deyən bəzi mütəxəssislər hesab edirlər ki, onlar arasında ümmuniteti daha zəif olan insan bu virusa yoluxmaq təhlükəsi ilə üzləşə bilər.

Bu gün əksər din xadimlərinin fikrincə, insanlar karantin günlərində də oruc tuta bilərlər, çünki ölkədə yoluxmanın yayılmasının qarşısının alınması üçün bütün lazımi təhlükəsizlik tədbirləri görülüb. Bununla belə, mütəxəssislər hesab edirlər ki, müxtəlif xəstəliyi olanlar, xüsusən də ürək-damar, şəkərli diabet, təzyiq və s. xəstəliklərdən əziyyət çəkən insanların oruc tutması düzgün deyil, immuniteti hədsiz dərəcədə zəif olan bu insanların oruc tutması onların virusa yoluxmasına şərait yarada bilər.

  • Leyla Bayramlı: “Sosial izolyasiya şəraitində sağlam insanların oruc tutması immun sistemin zəifləməsinə səbəb olmayacaq”

7 saylı poliklinikanın həkim-terapevti Leyla Bayramlı baki-xeber.com-a bildirdi ki, pandemiya dövründə insanların oruc tutmasının bir xeyli çətinliyi var. Həkim-terapevtin sözlərinə görə, karantin rejimi ilə əlaqədar insanların çoxu evdə olduğu üçün oruc tutan insanlar bu prosesi çətin keçirə bilərlər. “Ümumiyyətlə, oruc tutmaq, əslində, çox faydalıdır və bu, insanın orqanizminin tullantılardan, zərərli maddələrdən və s. təmizlənməsinə səbəb olur. Koronavirus dövründə insanların immunitetinin aşağı düşməsi, bədəninin zəifləməsi hallarının baş verməsinə gəlincə, deyim ki, insanların çoxu bu istiqamətdə narahatlıq keçirir. Bu gün insanlar evdədir, daha təhlükəsiz bir şəraitdədir. Deyim ki, evdə qalan sağlam insanların da immunitetində heç bir zəifləmə baş vermir. Çünki onlar  sosial izolyasiya şəraitində yaşayırlar. Təhlükəsizlik şəraitində yaşayan insanların immunitetlərinin zəifləməsinə heç bir əsas yoxdur. Bu baxımdan, insanların “oruc tutsam immunitetim aşağı düşər, virusa yoluxaram” kimi narahatlığına əsas yoxdur. Heç bir xəstəliyi olmayan, sağlam  insanlar oruc  tuta bilərlər və bu, belə insanların yoluxması üçün heç bir risq yaratmır. Sosial izolyasiya şəraitində sağlam insanların oruc tutması immun sistemin zəifləməsinə səbəb olmayacaq. Çünki bütün lazımi tədbirlər görülüb. Bilirsiniz, əgər pandemiya ilə bağlı ölkədə karantin elan edilməsəydi, sosial izolyasiya olmasaydı, oruc tutan insanlar evdən bayıra çıxsaydılar, kütləvi ünsiyyətdə olsaydılar, onda onların virusa yoluxma risqləri çox olardı”. 

L.Bayramlı hesab edir ki, sosial izolyasiya olmasaydı, oruc tutan insanlar həm bədənlərinin zəifləməsinə, həm də ətrafla ünsiyyətdə olduqlarına görə yoluxmaya məruz qala bilərdilər. “İndi insanlarımız evdədir və heç bir xəstəliyi olmayanlar oruc tuta bilərlər. Çünki onların ətrafla heç bir kontaktı yoxdur və zəifləsələr də belə, buna görə yoluxma risqləri yoxdur” - deyə L.Bayramlı qeyd etdi.

  • Hacı Təyyar Hüseynli: “Hər orqanizmin oruca reaksiyası bir cürdür”

Tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynli bizimlə söhbətində bildirdi ki, Azərbaycan xalqının ildən-ilə Ramazan ayına, oruc tutmağa meyli, sevgisi artır. İlahiyyatçının sözlərinə görə, Ramazan ayı dövlətimiz və  xalqımız tərəfindən böyük coşğu ilə qeyd edilir. Bu il Ramazan ayının pandemiya dövrünə təsadüf etdiyini deyən  H.T.Hüseynlinin bildirdiyinə görə, virus dövründə insanların ümmun sistemində müəyyən zəifləmələr baş verir. Qurani-Kərimdə də qeyd edilir ki, oruc tutmaq bir insanın orqanizminə mənfi təsir edərsə, o, orucu dayandıra bilər. Quranda xəstəlik zamanı və səfər müddətində oruc tutmamağın günah sayılmadığını deyən ilahiyyatçının fikrincə, bundan əlavə, həssas orqanizmə malik, oruc üçün tam hazır olmayan insanlar da var ki, onların da pandemiya dövründə oruc tutması virusa tutulma risqləri yarada bilər. “Müxtəlif xəstəlikləri olan insanların təbii ki, orqanizmi zəif olur və onlarda immun sistem zəifləyir, bu halda həmin insanlar oruc   tutmamalıdırlar. Bilisiniz, əsasən immuniteti zəif olan insanlar koronavirusa yoluxur, odur ki, orqanizmi zəif olan insanlar oruc tutmasınlar. Bu məsələ son zamanlar daha çox gündəmə gətirilir ki, immuniteti zəif insanlar üçün bu virus daha çox mənfi fəsadlar törədər. Bu da Qurani-Kərimin ayələri, həmçinin, “özünüzü bilə-bilə təhlükəyə atmayın” ayəsi ilə uyğundur. İnsan özünü təhlükədən qorumaq məntiqilə yaranıb”.

Koronavirusun özünün insanlığa yönəlmiş böyük zərər, təhlükə olduğunu deyən ilahiyyatçı hesab edir ki, bu xəstəlik insanların immun sistemini hədəfə aldığı üçün, sağlamlığı zəif olan insanlar oruc tutmasınlar. “İnişallah, koronavirus ölkəmizdən çəkilib gedər, təhlükə yox olar, karantin rejimi bitər, sağlamlığı bərpa olunan insanlar immunitetlərini  gücləndirib oruc tuta bilərlər. Yaxud insanların mübarək Ramazan ayından sonra da oruclarını davam etmək şansları var. Xüsusi qeyd edim ki, aclıq insanın immun sistemini elə də zəiflətmir. Məsələn, səhər yeməyini 7-də yeyən insan orucluğa görə saat 4-də yeyir, yaxud nahar zamanı yediklərindən imtina edib, bir də axşam vaxtı qidalanır. Burada bir o qədər də immunitet itirəsi, enerji itirəsi təhlükə yoxdur. Təbii, orqanizmlər fərqlidir, fərdidir. Hər orqanizmin oruca reaksiyası bir cürdür. Məsələn, mən orucluqla bağlı araşdırmalarımda aydın etdim ki, oruc tutarkən insan orqanizmində detaksikasiya gedir, yəni bu aclıq o aclıqdan deyil. Yeganə orucluqdadır ki, qara ciyər enerjisini orqanizmdə bərpa edir. Hətta Allah Rəsulundan soruşdular ki, xəstə insanlar var, onlarda bir sıra xəstəliklər mövcuddur. Allah Rəsulu konkret cavab verdi ki, oruc tutub sağalsınlar. Bu da var. Bir ilahiyyatçı kimi koronavirus dövründə oruc tutmağın çox az faiz insanın immunitetinin zəifləməsinə səbəb ola biləcəyini vurğulamaq istəyirəm. Yəni bu dövrdə çox az faiz insanın orqanizmi zəifləyə bilər. Bu baxımdan ki, insanlar sosial izolyasiya şəraitindədirlər və kütləvi ünsiyyətdə deyillər. Bu gün insanlar sosial təcrid zamanı özlərini yoluxmadan qoruya bilirlər” - deyə ilahiyyatçı vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ