Cümə günü, 13 noyabr 2026
     

Operativ Qərargah koronavirusla bağlı ən son məlumatları açıqladı... İnfeksiyanın yayılması prosesi davam edir

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

"Ölkədə koronavirusa görə hər milyon nəfərə düşən testlərin sayı 1064 təşkil edir ki, bu da dünya üzrə yüksək göstəricilərdəndir" - deyən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının sözlərinə görə, ölkəmizdə koronavirus xəstəliyinin aşkarlanması üçün bütün imkanlar var.

R.Bayramlı qeyd edib ki, ölkədə yüksək keyfiyyətli reaktivlərdən istifadə edilir: “Vətəndaşların dəstəyi çox önəmlidir. Çağrı mərkəzində könüllülər çalışmağa başlayıb. Çağrı mərkəzlərinin əsas fəaliyyəti koronavirusla bağlı məlumatların verilməsi, psixoloji dəstəyin göstərilməsidir”.

R.Bayramlı qeyd edib ki, çarpayı fondunun genişləndirilməsi üçün 10 modul tipli xəstəxananın tikilməsinə başlanılıb: “Bu xəstəxanalar qısa müddətdə açılacaq və həkimlərimiz təlimdən keçərək orada fəaliyyətə başlayacaqlar”.

  • "Karantin tədbirlərinin tam aradan qaldırılması ilə koronavirusun ikinci dalğasının baş vermə ehtimalı var"

R.Bayramlı bildirib ki, karantin tədbirlərinin tam aradan qaldırılması ilə koronavirus infeksiyasının ikinci dalğasının baş verməsi ehtimalı var. Onun sözlərinə görə, bu gün Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün tələb olunan dərman vasitələri və süni aparatlarla bağlı heç bir qıtlıq yoxdur.

Azərbaycanda tibbi maska istehsalına başlamaqla maska qıtlığının aradan qaldırıldığını deyən R.Bayramlı bildirib ki, xüsusi karantin rejiminin tətbiqi ilə xəstəliyin ölkədə kütləvi yayılmasının qarşısı alınıb. Virusun xaricdən idxalının qarşısının alınması üçün dövlət sərhədləri müvəqqəti bağlanıb: “COVİD-19-la müalicədə bir çox ölkələrdə sərt təcridetmə tədbirləri tətbiq edilsə də, karantin rejimininin yumşaldılması və bu rejimin tədricən qaldırılması üçün plan hazırlanıb. Azərbaycanda da xüsusi karantin rejimi mayın 4-dək uzadılıb. Bu gün qəbul edilən qərarla aprelin 27-dən etibarən karantin qaydaları bir qədər yumşaldılacaq. Sosial-iqtsadi amillər sərt karantin tədbirlərinin uzun müddət davam etməsinə imkan verməz. Karantin tədbirlərinin nəzarət altında tədricən aradan qaldırılması zəruridir”.

R.Bayramlının sözlərinə görə, əgər göstəricilər yenidən yüksələrsə, karantin rejimi təkrar gücləndirilə bilər: “Vaksinasiya problemi həll edilənə qədər yoluxma halları davam edə bilər. Yoluxmanın sürətini və əhatəliliyini diqqət altında saxlamaq çox vacibdir”.

  • Azərbaycanda koronavirusdan ölənlərin yaş göstəriciləri...

Azərbaycanda koronavirusdan vəfat edənlərin yaş göstəriciləri də açıqlanıb. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin sədri bildirib ki, 40-49 yaş arasında 1 nəfər, 50-59 yaş arası 8 nəfər, 70-79 yaş arası 3 nəfər, 80 yaşdan yuxarı isə 4 nəfər vəfat edib.

Onun sözlərinə görə, Azərbaycanda xarici vətəndaşlar arasında yoluxma 13.16% təşkil edir. Virusa yoluxanların 50 faizdən çoxu Bakıda qeydə alınıb: "İndiyədək Azərbaycanda koronavirusa qarşı 114 410 test icra edilib. Koronavirusdan müalicə edilən aktiv xəstələrin sayı 558, reanimasiyada müalicə alan xəstələrin sayı 20 nəfərdir. Onlardan 7 nəfəri süni tənəffüs aparatına qoşuludur".

R.Bayramlı əlavə edib ki, ümumi yoluxma hallarının 3,5 faizi Sumqayıt şəhərinin payına düşüb. Bakının Binəqədi və Yasamal rayonlarının payına daha çox yoluxma faktı düşür.

  • Koronavirus infeksiyasının yayılması prosesi davam edir

Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, ölkədə hələ də koronavirus infeksiyasının yayılması prosesi davam edir. Onun sözlərinə görə, martın sonu və aprelin əvvəlində bu virusa yoluxanların sayında artım olub: "Karantin rejiminin tətbiqi ilə vəziyyət nəzarətə götürülüb. Vətəndaşlar qaydalara maksimum riayət edib. Xəstələr vaxtında nəzarətə götürülməsəydi, bu prosesdə ağırlaşdırıcı hal yaşana bilərdi. Amma ciddi karantin tədbirləri ölkəmiz üçün əhəmiyyətli oldu. Diaqnostik testlərin sayı da çox oldu. Əvvəl bir gündə 200-300 test aparılırdısa, sonradan bu say 5000 oldu. Dövlət üzərinə düşən bütün tədbirləri gördü. Əhali bundan sonra da qaydalara riayət etsə, biz bu xəstəlikdən qurtula bilərik. Karantin yumşaldıqdan sonra yoluxma halları artarsa, karantin rejimi yenidən sərtləşdirilə bilər. Artıq 12 rayonda fəal virus ocaqları məhv edilib. Araşdırmalarımız zamanı məlum olub ki, həmin rayonlarda artıq koronavirus xəstəliyi yoxdur. Sosial izolyasiya, şəxsi qidalanma və gigiyenalara nəzarət etsək, nailiyyətlərimiz daha çox olacaq".

  • 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub

V.Qasımov deyib ki, Azərbaycanda 300 nəfərə yaxın tibb işçisi koronavirusa yoluxub. Onun sözlərinə görə, yoluxan həkimlərin əksəriyyəti başqa yerdə yoluxub. Onların 60-70 faizi sağalıb və artıq işlərini davam etdirirlər. Virusa yoluxan tibb işçiləri arasında ölən və vəziyyəti ağır olan yoxdur.

Nazir müavini bildirib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət hələ də ciddi nəzarətdə saxlanılmalıdır.

Onun sözlərinə görə, ictimai nəqliyyatda da metronun bağlanması düzgün qərar idi: "Çünki bu virus yaxın məsafədən və hava damcıları ilə yoluxurdu. Yəqin ki, karantin qaydaları yumşalandan sonra metronun açılmasına baxılacaq. Vəziyyətdən asılı olaraq təhsil müəssisələrinin açılmasına da baxılacaq".

V.Qasımov vurğulayıb ki, hazırda Azərbaycanda maska problemi yoxdur: "Hazırda ölkədə tibbi ləvazimatlar və qoruyucu vasitə ilə bağlı heç bir problem yoxdur. Bu problem tam aradan qaldırılıb. Artıq yerli istehsal var və kifayət qədər tibbi ləvazimat əldə etmək mümkündür".

  • Məktəblərin açılması məsələsi epidemioloji vəziyyətdən asılıdır

V.Qasımov deyib ki, məktəblərin açılması məsələsi epidemioloji vəziyyətdən asılıdır. Onun sözlərinə görə, Operativ Qərargahın qaydaların yumşaldılması ilə bağlı qərarlarından asılı olaraq bu məsələyə də baxılacaq.

V.Qasımov bildirib ki, qrup halında məşğələlərdə 10 nəfərdən çox şəxs olmamalıdır.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə qeyd edib ki, fərdi kursların fəaliyyəti ilə bağlı da qaydalar hazırlanacaq.

  • Ev şəraitində 3 minə yaxın şəxs karantində saxlanılır

V.Qasımov hazırda Azərbaycanda 2 cür karantin olduğunu deyib. Onun sözlərinə görə, hazırda ev şəraitində 3 minə yaxın şəxs karantində saxlanılır və gündəlik səhhətləri nəzarətdədir: "Xaricdən gələn şəxslər də karantinə götürülür və ayrılmış xüsusi yerlərdə nəzarətdədirlər. Hazırda xaricdən gəldiyi üçün karantində saxlanılanların sayı 5 minə yaxındır".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ