Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun şəxsi heyəti tərəfindən koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə yardım edilib. Polis əməkdaşları ümumilikdə 50 ailəyə baş çəkib müxtəlif ərzaqməhsullarından və gigiyenik vasitələrdən ibarət bağlamaları onlara təqdim ediblər. Polis əməkdaşları, həmçinin, baş çəkdikləri ailələrdə maarifləndirici söhbətlər apararaq onlara karantin qaydalarına riayət etməyi tövsiyyə ediblər.
Yardım edilən şəxslər göstərilən diqqət və qayğıya görə, ölkə prezidenti başda olmaqla, daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər.