Cümə günü, 03 iyul 2026
     

İgid ömrü - Səkkizinci yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Adilə: “Dedilər, Füzuli dördüncü dəfə qayıdıb sizi də aparacaq”

Ümid BƏLƏDÇİLƏRƏYDİ...

Xocalı qətliamının törədildiyi müdhiş gecə... İnsanlar çar-naçar çıxış yolları axtarırlar. Ağdama çıxış yolu...meşələrdən çıxış yolu...dağların-qayaların arasından çıxış yolu...əsir-girov düşməməkdən çıxış yolu...ölümdən çıxış yolu... Qarlı-ayazlı gecənin yaratdığı vahiməni önləyən bircə amil var: insanlar toplum halında yola çıxıblar, təklikdə deyillər. Toplumla olmaları bir qədər təskinləşdirərdi onları. Amma ölümün təqibi bu mənəvi rahatlığı da çox görür xocalılara. Ümid qalır, yeri gələndə qeyd-şərtsiz həmkəndlilərinin harayına çatan, ölümün gözünün içinə dik baxmaqdan belə çəkinməyən BƏLƏDÇİLƏRƏ. Anasının doğmalarının, həmkəndlilərinin, bütövlükdə Azərbaycan xalqının ZAMİNİNƏ iltifat etdiyi Füzuli Rüstəmov bu bələdçilərin sırasında birincidi. Onun ölümün pəncəsindən xilas etdiyi xocalıların sayını dəqiq bilən yoxdu. Yəqin vəhşətin yaşandığı o qaranlıq gecədə Füzuli özü də bunun fərqinə varmayıb. Çünki bundan daha vacibinin ardınca yürüyürdü qəhrəmanımız: kifayət qədər zamanı itirməmək; hava işıqlanana qədər insanları Ağdamın hüdudlarına çatdırmaq; qaranlıq meşədə əksəriyyəti uşaq-qocalardan, namus-qeyrət simvolu qadınlardan ibarət bu yolçuların azaraq ermənilərə əsir düşmələrinə heç vəchlə yol verməmək; onların donub ölməsinin qarşısını almaq... Məhrumiyyətlər içərisində, üstəlik bu qədər düşüncəni vücuduna sığışdıran qəhrəmanımızın xilas etdiyi insanlarla görüşürəm. Qarşıdakı yazılarda da onlardan bir neçəsi ilə tanış olacaqsınız. İlk tapdığımsa Adilə Qənbərova oldu. Onunla söhbətimdən bəzi fraqmentləri sizlərə təqdim edirəm, əziz oxucular:

- Bizim əslimiz Xankəndidəndi. 1988-ci ildə ermənilərlə müsəlmanlar arasındakı hadisələr başlayanda çıxmışıq oradan.

- Xankəndinin Kərkicahan qəsəbəsində yaşayırdınız?

- Yox-yox, o vaxt Stepanakert deyirdilər, biz o şəhərdə, yəni qədim Xankəndinin özündə yaşayırdıq. Atam-anam elə oralı olub. Sonra elə oldu ki, evlərimizi yandırdılar, biz yığışıb gəldik Ağdama. Ağdamda hardasa üç aya yaxın qaldıq. Üç ayın tamamında bizi qaytardılar Dağlıq Qarabağın ərazisinə - Xocalıya. Orada bizim üçün yaxşı Fin evləri tikmişdilər.

- Deməli, rəhmətlik Füzuli ki gətirib Fin evlərində yaşayan Xankəndi qaçqınlarına ermənilərdən yığıb gətirdiyi inəklərin südünü, ətini paylayıb, siz həmin qaçqınlardansız...

- Bəli, süd, ət – hər şey, hər şey. Elə qoçaq oğlanıydı ki Füzuli (ah çəkir)... 1988-ci ildən 1992-ci ilin fevral ayının 26-na, Xocalı faciəsinin axşamına qədər yaşamışıq Xocalıda. Hadisə də belə başladı. 26-na keçən gecə Xocalı dörd tərəfdən mühasirəyə alındı. Atışma başladı. Atışma başlayan kimi camaat üz tutdu çaya tərəf ki, bu çayı keçib çıxsınlar meşəyə, meşə ilə gəlib yetişsinlər Ağdama.

- Adilə xanım, Xocalının dörd bir tərəfi Dağlıq Qarabağın ərazisi idi, yoxsa, məsələn, Ağdamla, ya başqa rayonlarımızla meşələrlə, dağlarla, hər hansı sərhəd yeri var idi?

- Yox-yox, hər tərəfi Dağlıq Qarabağın ərazisi idi. Ən yaxın yer Ağdam hesab olunurdu yenə. Xocalı elə bil ki, Ağdamla Xankəndinin tən ortasında yerləşirdi.

Mən o asfalt yolu bir dəfə getmişəm. Artıq erməni quldurlarının baş qaldırdığı zamanlar idi. Belə ki, tələbə yoldaşlarımla tələbə dostumuz, indi tanınmış jurnalist olan Hikmət Sabiroğlunun atasının yas mərasiminə getdiyimizi xatırlayıram bu yolla. O zaman 1990-cı il idi. Bu yolu getmək sonrakı müharibə zamanları ilə müqayisədə hələ nisbətən təhlükəli sayılırdı. Ermənilər avtobuslara, maşınlara hücum edirdilər. Ona görə də bizi o vaxtkı SSRİ hərbçiləri müşayiət eləmişdi yol boyu. Xatırlayıram ki, Ağdamdan sonra məşhur Qaraağacı qəbristanlığının yanından keçdik. Növbəti rastlaşdığımız məkan Əsgəran idi. Burada ermənilər yaşayırdılar. Hətta burada bir erməninin 2109 markalı maşınında arın-arxayın oturaraq bizi seyr etməsindən əsəbiləşmişdik də... Bundan sonrakı yaşayış məskəni Xocalı idi. Zənnimcə, Xocalı yol qırağından bir az kənarda yerləşirdi. Sonra Xankəndini və aşırımları adlayıb, nəhayət Şuşaya yetişmişdik. Şuşa isə başqa bir dünyanı xatırlatmışdı bizə. Bu qədər ağrı-acı, üstəlik yas mərasiminin yaratdığı hüznlü dəqiqələr belə Şuşanın havasının, təbiətinin əsrarəngizliyini, qeyri-adiliyini diqqətimizdən yayındıra bilməmişdi. Allah Sabir müəllimə rəhmət eləsin! Əgər bu yas mərasimi olmasaydı, bəlkə biz Şuşanı indi xatırladığım kimi yarımçıq da görməyəcəkdik...

“Milli Qəhrəman adını ona gec veriblər”

Xəyallardan ayrılıb Adilə xanımı dinləyirəm:

- Xocalıda bizə qaz, işıq, yemək, geyim – hər şey vermişdilər, Fin evlərində rahat yaşayırdıq. Əvvəlcə öyrəşmək çətin idi. Amma vaxt ötdükcə vərdiş elədik və qərara aldıq ki, yaşayaq, çünki elə bura da dədə-babadan öz yerimiz-yurdumuzdu. Amma dediyim kimi, fevralın 26-na keçən gecə şəhəri üç tərəfdən mühasirəyə aldılar, bircə insanlara çıxış üçün Qarqar çayı tərəfi – meşə yolunu açıq saxlamışdılar. Bəlkə də buranı kəsməyə vaxt eləməmişdilər.

- O yol gəlib Ağdama çıxırdı?

- Bəli, o yol gəlib çıxırdı Ağdama. Amma meşə ilə. O yolda mənim də itənlərim olub. Olarmı onların da adlarını çəkim?

- Əlbəttə, deyin...

- Elə bil evlərdən çıxandan sonra mən, yoldaşım, anamgil, qardaşım, uşaqlar, bacılarım – hamımız gəldik çayın kənarına. Orda gördüm ki, mənim uşaqlarım ayaqyalın, çəkələkdədilər. Soruşdum niyə “şəpit” geyinmisiz? Dedilər, bilmirdik ki qaçacağıq. Anama dedim bizim evimiz yaxındı, mən qaça-qaça gedim bu uşaqlara ayaqqabı götürüm gəlim, meşəni rahat keçə bilsinlər. Qayıtdım gəldim o gülləbaranın altından uşaqların hərəsinə bir ayaqqabı götürdüm, hərəsinə bir gödəkçə götürdüm, təzədən qayıtdım çayın qırağına. Gəldim gördüm yoldaşımla qardaşım məni gözləyirlər, anamgil yoxdu. Soruşdum anamgil hardadı? Dedilər, polislər camaatı çaydan keçirirdi, onlara da dedik ki, keçin durun orda biz gələrik. Nə isə, biz də uşaqları götürüb keçdik çıxdıq o təpəyə, ancaq nə qədər axtarsaq da, anamgili tapmadıq. Balaca qardaşım o tərəfə baxır, yoldaşım bu tərəfə baxır, qaranlıqda nə görə bilirik ki... ancaq kimi görürük xəbər alırıq.

Demək bu yoldu, biz də dayanmışıq. Mən ömrümün sonuna qədər Füzuliyə, biz ona Zamin deyirdik, rəhmət oxuyacam. Biz iki yolun ayrıcında qalmışdıq: ya yuxarı çıxmalıydıq, ya da bu biri yolu gəlməliydik. Birdən dedilər ki, Zamin gəlib, artıq dördüncü dəfədi gəlir, sizə yolu göstərəcək. Biz çox ailəydik.

- Deməli, Füzuli artıq dördüncü dəfəymiş ki, gedib-qayıdırmış, yəni bələdçilik edib camaatı çıxarırmış...

- Hə. Allah haqqı, ona Azərbaycanın Milli Qəhrəmanı adını çox gec veriblər. Gərək birinci elə ona verəydilər bu adı. Dedi kim qalıb düşsün ardımca, arxada kimsə var? Dedik yox, bu yolda arxada qalan elə bizik. Düzəldik yola. Demə Füzuli bizi bu yolu gətirməsəymiş, elə biz də anamgil kimi itkin düşəcəkmişik. Dedi yuxarı çıxan yol gedir çıxır ermənilərin yaşadığı Əsgəranın Dəhraz kəndinə. Amma bu biri cığır düz gedir çıxır Əsgəranın Naxçıvanik kəndinə. Allah ona qəni-qəni rəhmət eləsin, bizi o çala-çökək yollarla gətirdi. İnsan nə qədər idi o yolda. O camaatı görəndə bildik ki, bu insanların hamısını Füzuli gətirib bir tərəfə çıxarır, sonra yenə qayıdırmış arxada qalanların harayına.

“Anamgil yəqin elə o ocağın yanında da donub qalıblar...”

- Adilə xanım, deməli sizdən sonra geriyə qayıtmadı Füzuli. Onda sizin yanınızda yaralanıb o?

- Yox. Bəlkə də yaralanıb ey. Amma qaranlıqda biz nə bilək, görməmişik.

- Yəni, sizi çıxartdı, daha siz onu görmədiniz?

- Yox. Elə bil dedi ki, mən nə təhər getsəm, siz də ardımca yolu tutun elə gəlin. Ancaq elə bilirəm onu hava işıqlaşanda vurublar. Çünki atışma işıqlaşanda oldu. Biz gəlib Naxçıvanikin asfalt yoluna çıxanda hava işıqlaşdı. Orda bizim yanımızda çox adam öldürdülər. Uşaqlarımın o zaman biri səkkizinci sinifdə, biri onuncu sinifdə oxuyurdu, lap balacamın beş yaşı vardı. İşıqlaşanda bir də baxdım ki, səs yoxdu, amma yuxarıdan aşağı heç nə görünməsə də adamlar düşür yerə. Bir qaya var idi. Dedim gəlin bu qayanın arxasında gizlənəyin, Allaha pənah, bəlkə bizə güllə dəymədi. Amma baxıram ki, aşağıda dayanan erməni camaatı güllə ilə biçir, inanın ki, o otu biçən kimi... Ara bir az sakitləşəndə mənim Sovet əsgərliyindən təzə gəlmiş, 21 yaşlı qardaşım dedi ki, gəlin bu qabaqdakı asfaltı keçək, buranı keçsək yaxşı olacaq. Gəldik. Ancaq asfalta çatanda gördüm ki, BMP durub. BMP atır gülləni, camaat da tökülür yerə. Mənim balaca oğlum BMP-dəki rus əsgərə əlini yellədi, əsgər bu uşağa görə, ya nədənsə elə bil ki, bizə dəymədi, yol verdi. Onda yoldaşım dedi tez keçin, uzanın yerə. Tək biz deyildik, 10-15 ailəydi. Hamımız uzandıq yerə. Ta axşama kimi sürünə-sürünə gedib çıxdıq bir çalanın içinə. Körpəsi qucağında, balaca uşaqları yanında olan nə qədər adam vardı. Getdik qaldıq o çalanın içində. Erməni bir tərəfdə yığır, girov yığır... Çığıran, ağlayan, anası-atası öldürülən, valideynlərini, övladlarını itirənin sayı-hesabı yoxdu... Nə isə, gəldik o çalada qaldıq.

- Növbəti axşama qədər...

- Hə. Gündüzü erməni qoymadı keçməyə bizi. Biz çalada olanda baxırıq ki, erməni əlində silah gəzişir, atır bir-bir camaata. Hələ göz-gözü seçən zamanda baxdıq ki, meşədə adam var, ordan azərbaycanca deyirlər ki, kim varsa düşsün. Dedim ay bala, ay Aslan, erməni azərbaycan dilin bizdən elə öyrənmişdi, bizi aldadarlar, öldürərlər, qoy qaranlıq düşsün, qaranlıqda gedərik. Ancaq qardaşım əl çəkmədi ki, durub onlara əl eləyəcəm, görüm azərbaycanlıdılar, ya ermənidilər. Sözə baxmadı, əl elədi, gördüm dedilər ki, yavaş-yavaş tökülün aşağıya. Ondan sonra düşdük.

- Yer qar idi...

- Qar, şaxta nə qədər. Mənim kiçik oğlumun ayaqları elə donmuşdu, üstəlik bronxit oldu mən neçə il xəstəxanaları süründüm. Elə hamımız – gəlib çıxanlar guya nə gündəydik!..

Nə isə. Düşdük yavaş-yavaş. Dedim qaranlıq düşür, daha yəqin atmazlar. Füzuli bizi bu yolla gətirməsəymiş, yəqin biz də anamgil kimi gedib Dəhraz  (Dəhraz büsbütün ermənilərin yaşadığı kənd olub – N.Z.) kəndinə çıxarmışıq. O bizi düz gətirib, amma anamgil səhv istiqamətə gediblər.

- Füzuli özü də narahat imiş ki, onun ana əvəzi xalası da başqa yolla gedənlərə qoşulubmuş. Amma o özü vaxtaşırı bu yolları gedib-gəldiyindən bütün cığırları yaxşı tanıyırmış...

- O tez-tez gedirdi Ağdama. Gecələr gedirdi. Uşaqlar danışırdı ki, mama, Zamin bu gecə gedib Ağdama, çoxlu silah gətiribdi. Deyirdim, bilirəm, o qoçaq oğlandı. Dayanmırdı, hər gecə gedirdi. ...Nə isə, gəlib çıxdıq Ağdamın ərazisinə. Lap az qalmış böyük qardaşıma da atmışdılar. Yaxın məsafədəydi. Götürdük onu. Amma anam, iki bacım, onların birinin yanında iki, birinin yanında bir azyaşlı uşağı, onlardan indiyədək heç bir xəbər-ətər yoxdu. Bacılarımın yoldaşları gəlmişdi. Sonralar çox axtardıq, hər yerə getdik, gördüm deyən olmadı. Ancaq eşitdim ki, bir polislə rastlaşıblar, ona deyiblər bizə ocaq qala isinək, siz gedin. Mən getdim həmin polisin qardaşın tapdım Mərdəkanda. O dedi ki, mən də orda olmuşam. Qardaşım dedi sən get, mən bunlara ocaq qalayım, gələrəm. Deyir mən gəldim, ancaq nəinki o adamlar, heç qardaşım da gəlmədi. Sonra nə qədər əsirlər gətirildi, hamısına gedib baş çəkdik Ağcabədidə, Sumqayıtda-filan, bir nəfər də onları gördüm deyən olmadı. Onların heç birindən xəbər çıxmadığına görə mən belə qənaətə gəlirəm ki, onlar elə o ocağın yanında da donub qalıblar.

- Bəs Xocalı qətliamından sonra meyitləri götürdülər axı. Bu zaman sizinkilər heç kimin rastına çıxmamışdı?

- Üç gün atəşkəs oldu. Meyitləri götürməyə şərait yaratdılar. Yox, bizimkilərin öldüsü-qaldısı heç kimə rast gəlməmişdi. Meyitləri də gətirəndə əmilərim girib baxdılar, bizimkilərin olmadığını dedilər. Bircə qardaşımın meyiti tanındı, onun da vurulmasını özümüz görmüşdük.

- O ocaq qalanan yerə baxan oldumu?

- Ora deyir lap yuxarıdaymış. O tərəfə gedən olmayıb. Yəqin qorxublar ki, erməni atar. O yol da gəlib çıxır Abdal-Gülablıya. O yolla da gəlib çıxan xeyli adam olmuşdu.

Sağ gələn xocalıların əksəriyyətini Füzuli çıxarıb

- Füzuli narahat imiş xalasına görə. Yəqin onun xalasıgil də o yolu gəliblər...

- Onda o da qayıdıb o yola?

- Xeyr, Füzuli yaralananda – ölüm ayağında, Ağdamda xəstəxanada olanda onu yoluxanlardan xalasını soruşurmuş...

- Hə, bildim, Səkinə arvadı deyirsiz. İnanıram, o anında da doğmalarını, eləcə də xocalıları soruşardı Zamin. O çox qoçaq uşaq idi.

Bu bəlkə elə Adilənin ailəsinin də, başqalarının da qismətiymiş ki, Füzuli bir neçə gün öncə Ağdama gəldiyi həmişəki yolu dəyişdirməyə məcbur olubmuş. Buna səbəb ona gecə atla qayıdarkən güllə atılması olub. Gəlib dayısına deyib ki, məni çuğullayıblar (ah, bu çuğullar!Onlar üçün Vətən, yurd, namus, qeyrət, ata, ana – heç nəyin fərqi yoxdur, hətta müharibə şəraitində də... bu yaramazları gör necə yetişdiriblər! – N.Z.). Ona görə Füzuli son günlərdə yolu dəyişməyə məcbur olubmuş...  Bunu söyləyirəm həmsöhbətimə. O bu eşitdiklərindən həm sarsılır, həm də təəccüblənir:

- Belə de... İnanın ki, o yola düşmüş insan axınına dönüb fikir verdim ki, ilahi, bura nümayişə bənzəyir, nə qədər adam gedir bu yolu... İndi siz deyirsiniz, mən bir daha anlayıram ki, demək sağ gələn xocalıların əksəriyyətini Füzuli çıxarıb.

(ardı var)
Nəzirməmməd ZÖHRABLI
Jurnalist-publisist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

02.07.2026 / 22:34
Zəngəzur dəhlizi üçün Rusiyadan yeni şərt - tranzit qaydaları Aİİ reqlamenti əsasında...

02.07.2026 / 22:08
Ursula xanımın Bakı səfərindən xalqın əsas gözləntisi - “fəal dialoq Avropanın qərəzinin kökünü kəsməlidir”...

02.07.2026 / 21:48
“Türkiyənin aparıcı partiyası” yazısı CHP-də niyə yoxa çıxdı?..

02.07.2026 / 21:40
Xoşbulaq yaylağında naməlum siklopik qalanın struktur və memarlıq xüsusiyyətlərinin təhlili - Rizvan Qarabağlı yazır...

02.07.2026 / 20:28
Avropadan böyük etiraf - Qafqaza sülh Əliyevin şəxsi liderliyi ilə gəldi...

02.07.2026 / 20:10
Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

02.07.2026 / 19:47
Avropa Qafqazda ticarətin 70 faizini Azərbaycanla edir - Əliyev hansı perspektivə işarə etdi...

02.07.2026 / 19:30
Bakıda Türk Dünyası Milli Kitabxanaları Birliyinin və Birinci Türkoloji Qurultayla bağlı nəşrlərin təqdimatı keçirilib

02.07.2026 / 19:17
“Türk Dünyası Həftəsi” çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib

02.07.2026 / 18:51
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ

02.07.2026 / 18:30
Tramp Ankara zirvəsi öncəsi NATO ölkələrini hədəf aldı, dərhal da Berlindən cavab gəldi - itaət etməyəcəyik...

02.07.2026 / 18:17
Paşinyan Türkiyə və Azərbaycanla enerji əməkdaşlığının vacibliyindən danışdı

02.07.2026 / 18:07
Xalqa və dövlətə xidmət təntənəsi - FOTO/VİDEO

02.07.2026 / 18:05
Kapitalist Amerikanın sosializmə keçidi başlandı - sosialistlər hücumda...

02.07.2026 / 18:02
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

02.07.2026 / 17:56
Azərbaycan HHQ komandanı Türkiyədə "Anadolu Qartalı - 2026" təlimində... - FOTO

02.07.2026 / 17:44
Tramp NATO ölkələrini yenə tənqid etdi – hamıdan çox xərcləyirik, ancaq faydasını görmürük...

02.07.2026 / 17:30
ABŞ-İran danışıqlarının növbəti raundu 18 iyulda keçiriləcək...

02.07.2026 / 17:22
Uşaqların sosial şəbəkələrə yox, sosial şəbəkələrin uşaqlara çıxışı məhdudlaşacaq - dünya nəhayət "açarı tapdı"...

02.07.2026 / 17:09
108 ildir insanların və gələcəyin keşiyində - VİDEO

02.07.2026 / 16:40
Azərbaycan ÜDM-də rəqəmsal iqtisadiyyatın payını artırır - hədəf göstərildi...

02.07.2026 / 16:31
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı

02.07.2026 / 16:14
Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

02.07.2026 / 16:06
"Bütün yollar Azərbaycana aparır" - Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya bir arada...

02.07.2026 / 15:50
108 il qanunun keşiyində - VİDEO

02.07.2026 / 15:45
Rəqəmsal İnkişaf Şurası konkret hədəflərə yönəldi-vətəndaşlara dövlət xidməti tam dəyişəcək...

02.07.2026 / 15:16
Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

02.07.2026 / 14:52
Gürcü məmurlar İrəvandakı qondarma genosid abidəsinə xüsusi baş əyir...Niyə?

02.07.2026 / 14:17
Paşinyan bu dəfə spiker vəzifəsini Simonyana vermədi, o da mandatdan imtina etdi...

02.07.2026 / 14:01
Aİ Avropaya ixracı təşviq etmək üçün Ermənistana bir qrup ekspert göndərəcək...

02.07.2026 / 13:46
Rusiyanın İsveçdəki səfirliyinə PUA hücumu – Moskvadan sərt açıqlama...

02.07.2026 / 13:32
Bir əsr Asayişin Keşiyində

02.07.2026 / 13:25
Rusiya milyarderlərinin sərvəti 4,82 milyard dollar artdı - 6 ayda 5 milyarddan çox itirən də oldu...

02.07.2026 / 13:11
Azərbaycan Ordusunun BMT və NATO əməliyyatlarında iştirakı araşdırılır - Nazir açıqladı....

02.07.2026 / 13:05
Bakıda piyada keçidlərində eskalator və bəzi liftlər yenilənəcək...

02.07.2026 / 12:53
Ukrayna Avropanın “qara kassasına” çevrilir...

02.07.2026 / 12:47
İraq Baş naziri "Əsrin məhkəməsi"nə hazırlaşır

02.07.2026 / 12:43
Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışı oldu - FOTO

02.07.2026 / 12:29
Romantik və dəbdəbəli bal ayı üçün Türkiyənin ən özəl ünvanları

02.07.2026 / 12:23
Ukrayna "Lukoil”un neft emalı zavoduna zərbələr endirdi...

02.07.2026 / 12:08
Rusiya Ukraynada "Flamingo" raketləri üçün hissələr istehsal edən zavodu vurdu...

02.07.2026 / 11:50
Azərbaycan QDTİB-in iclasından yeni maliyyə mənbələrinin cəlbini gözləyir...

02.07.2026 / 11:42
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlandı

02.07.2026 / 11:29
Belçikada Rusiya Mərkəzi Bankına qarşı iddia qaldırıldı

02.07.2026 / 11:10
BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici təyin edib

02.07.2026 / 10:54
İtkin düşmüş şəxslərlə bağlı Onlayn Sorğu Mərkəzi istifadəyə verildi

02.07.2026 / 10:46
Netanyahu ABŞ-ın yardımlarından imtina edir – ona ehtiyacımız yoxdur...

02.07.2026 / 10:31
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - FOTO

02.07.2026 / 10:23
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib - FOTO

02.07.2026 / 10:20
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi - FOTO

02.07.2026 / 10:18
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - FOTO

02.07.2026 / 09:54
Avropa sentyabrdan uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək...

02.07.2026 / 09:52
Kiyevdə qapalı görüş - Zelenski prezidentliyə iddialı Zalujnıdan geri çəkilməsini istədi…

02.07.2026 / 09:37
Rusiya Kiyevdə yaşayış binalarını bombaladı - ölənlər və yaralananların sayı artır…

02.07.2026 / 09:36
Ərəb Əmirlikləri İrəvanda ilk " Zapravkanı" açdı...

02.07.2026 / 09:17
ABŞ B-52 bombardmançılarını Britaniyadan geri çəkdi...

02.07.2026 / 09:09
Bodrumda Kılıçdaroğluna “soyuq duş” - etiraz imza sayı 15 mini keçdi

02.07.2026 / 09:01
Bakıxanovda yanğın - 4 avtomobilə ziyan dəydi...

02.07.2026 / 06:30
Rusiya Yaponiyada Amerika raketlərinə etiraz edəcək - Zaxarova

02.07.2026 / 05:12
Ərbildə partlayışlar - İran əleyhinə kürd qruplarının qərargahına hücum edildi

02.07.2026 / 00:07
Türk-Müsəlman dünyasına/Osmanlı Türkiyəsinə qarşı XX əsrin “paslanmış hay silahları”...

01.07.2026 / 23:48
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Avrokomissiya Prezidenti ilə görüşdən görüntülər paylaşılıb

01.07.2026 / 21:58
Ermənistandakı 102-ci Rusiya bazası haqda bəyanat Azərbaycanda etiraz doğurdu...

01.07.2026 / 21:42
Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi - FOTO

01.07.2026 / 21:36
MİQ imtahanları deyilən vaxtda baş tutmadı

01.07.2026 / 21:10
Üç dövlətin lideri Paşinyanı seçki qələbəsi ilə təbrik etmədi...

01.07.2026 / 20:24
Bakı-İrəvan sülh prosesinə Gürcüstanın töhfəsi...

01.07.2026 / 19:59
"Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər" - Lyayen

01.07.2026 / 19:55
Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olundu

01.07.2026 / 19:51
Avropa Komissiyası Cənubi Qafqaz üzrə layihələrə 200 milyon avroyadək investisiya yatıracaq - Lyayen açıqladı...

01.07.2026 / 19:50
Korsikanın Fransa üzərində qələbəsi Azərbaycanın sayəsində mümkün oldu...

01.07.2026 / 19:48
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub

01.07.2026 / 19:45
Prezident: "Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır"

01.07.2026 / 19:44
"Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir" - Prezident

01.07.2026 / 19:42
Rusiya hərbçiləri Çində radiasiya və kimyəvi müharibə təlimi keçib? – Brüssel “hə” deyir, Duma inkar edir…

01.07.2026 / 19:40
Prezident İlham Əliyev: "Bu gün qaz ixracımız yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür"

01.07.2026 / 19:37
"Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır" - Prezident

01.07.2026 / 19:36
ƏHMƏD CƏFƏROĞLU HAQQINDA MONOQRAFİYA YAYINLANDI

01.07.2026 / 19:33
Prezident: "Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik"

01.07.2026 / 19:31
"Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk" - Prezident İlham Əliyev

01.07.2026 / 19:24
Lyayen Prezident Əliyevi təbrik etdi - Siz regionda sülh və əməkdaşlığın təşviqində şəxsi liderlik nümayiş etdirmisiniz…

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ