Bazar günü günü, 27 sentyabr 2026
     

Karantin bitəndən sonra cərimələrin guya silinəcəyi barədə şayiələr yayılır - ekspert rəyləri... “ziyanlı olar”...

Image


Karantin rejiminin qaydalarına hər bir vətəndaş ciddi riayət etməli olduğu halda, təəssüf ki, bəzi şəxslər bilərəkdən, yaxud bilməyərəkdən mövcud qadağaları pozurlar. Karantin rejimini pozan vətəndaşların bu hərəkətləri ilə bağlı isə qanunvericilikdə nəzərdə tutulan qaydalar çərçivəsində ölçü götürülür.

İndiyə qədər bu istiqamətdə qaydaları pozduğuna görə kifayət qədər vətəndaş müxtəlif məbləğlərdə cərimələnib. Bu hadisədən nəticə çıxarmayan digər vətəndaşlar da onların yolunu gediblər, nəticədə isə özləri də cərimələniblər.

DYP karantin rejiminin pozulmasına görə 36 364 hərəkət iştirakçısını cərimələyib. Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 22.04.2020-ci il, saat 00:00-dan 23.04.2020-ci il, 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.

DYP-dən mətbuata bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 22.04.2020-ci il, saat 00:00-dan 23.04.2020-ci il, 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 208 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə, 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 36 364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Onu da qeyd edək ki, ictimaiyyət arasında müxtəlif şayiələr dolaşır. Dolaşan şayiələrə görə, guya karantin rejimi başa çatdıqdan sonra karantin dövründə qaydaları pozan vətəndaşların cərimələri ləğv ediləcək. Hazırda cəmiyyətdə “cərimələrin ləğv ediləcəyi” ümidilə yaşayan və bu şayiəyə inanıb qaydaları pozmağa cəhd edənlər təəssüf ki, var. 

Bir neçə gün öncə mətbuatda koronavirus pandemiyasının Azərbaycanda sürətlə yayılmasının qarşısını almaq üçün tətbiq edilən qaydalardan biri - zərurət olmadan və icazə almadan evdən çıxmağın qadağan olunmasına qeyri-ciddi yanaşanların olduğu haqda yazılmışdı. Qeyd edilirdi ki, bu qaydanı pozan şəxslər barəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cərimə protokolları tərtib edilir. Əksər şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin minimum həddində, yəni 100 manat cərimə olunur. Lakin bəzi şəxslər bu prosedura ciddi yanaşmırlar.

Bəzi vətəndaşlar  "yaz cəriməni, çıxım gedim. Onsuz da ödəməyəcəyəm" - deyirlər. Əslində isə onların cərimələri ödəməməsinə heç bir əsas yoxdur.

Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata açıqlamasında bu cür düşünənlərin səhvə yol verdiyini deyib. “Deyilənlər tamam yanlış və qeyri-ciddi fikirlərdir. Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödətdirilməsi mexanizmi mövcuddur” - deyə o bildirmişdi.

  • ”Epidemiya əleyhinə karantin rejimini pozanlar isə “karantindən sonra cərimələr ləğv ediləcək” xəyalını birdəfəlik unutmalı...”

 “Polisə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev bizimlə söhbətində qeyd etdi ki, bu gün cəmiyyətdə karantin bitəndən sonra karantin rejiminin tətbiqi zamanı qaydaları pozduğuna görə cərimələnən vətəndaşların cəriməsinin silinəcəyi ilə bağlı yalan məlumatların, şayiələrin heç bir əsası yoxdur. Ş.Əliyev hesab edir ki, bu şayiəni bu düşüncədə olan vətəndaşlar yayırlar. “Bəzi insanlar bir vətəndaş olaraq öz məsuliyyətini dərk etmək istəmir və qaydaları pozur, sonra da şayiə yayırlar ki, qadağanı pozanlar üçün tətbiq edilən cərimə karantindən sonra ləğv olunacaq. İctimai düşüncədə, şüurda “cərimələrin ləğv ediləcəyi” ilə bağlı şayiələr ayaq tutsa da, amma o yalanın yeriməsinin, irəliləməsinin heç bir hüquqi əsası yoxdur. Burada nüanslar belədir. Karantin rejiminin tələblərinin pozulmasına görə tətbiq edilən cərimələr mövcud İnzibati Xətalar Məcəlləsi ilə hüquqi status alır. 211-ci maddədən söhbət gedir. Bu maddənin bundan sonra ləğv edilməsi heç ağılabatan deyil və ümumiyyətlə, heç perspektivi də yoxdur. Çünki yalnız İnzibati Xətalar Məcəlləsinə, yaxud cinayət hüquq qanunvericiliyinə olan əlavə və dəyişikliklər zamanın tələbinə buraxılır. Amma bu gün polisin  “Polis haqqında” Qanunun, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun, insan hüquqları ilə bağlı ölkənin konstitusion tələblərinə uyğun fəaliyyət istiqamətini həyata keçirməsi sadaladığım normativ-hüquqi aktlar əsasında tənzimlənir. 

Ancaq bütün bunlardan sonra cəmiyyətdə karantin dövründə tətbiq edilən cərimələrin karantin başa çatdıqdan sonra ləğv ediləcəyi barədə yayılan şayiələrin heç bir əsası yoxdur. Çünki hüquqi-normativ sənədlər belə düşünməyə imkan vermir. Vətəndaşlara mesaj vermək istəyirəm ki, istənilən halda, polisin, qanunun tələbinə tabe olmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Orada fərqi yoxdur, bu karantinlə, yoxsa başqa bir halla bağlıdır. Əhalinin gur olduğu yerlərdə bəzi vətəndaşlar ictimaiyyətə hörmətsizlik hallarına yol verirlər. Bu, artıq xuliqanlıqdır. Polis əməkdaşı ona “dur” desə, o durmazsa, polisin, qanunun tələblərinə tabe olmamaq kimi məsuliyyətə cəlb oluna bilər. Burada inzibati məsuliyyət də, cinayət məsuliyyəti də ola bilər”.

Ş.Əliyev hesab edir ki, bütün hallarda, epidemiya əleyhinə karantin rejiminin tələblərini pozan və buna görə cərimələnən vətəndaşlar cərimələrini ödəyəcəklər, onları cərimələrin ləğv edilməsi məsələsi gözləmir: “Bütün vətəndaşlar karantin rejiminin tələblərinə əməl etməli, qanunları, qaydaları pozmamalıdırlar. Epidemiya əleyhinə karantin rejimini pozanlar isə “karantindən sonra cərimələr ləğv ediləcək” xəyalını birdəfəlik unutmalı və dövlətin qanunlarına riayət etməli, qanunları pozmamalıdırlar” - deyə Ş.Əliyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ