Bu gün Ali Məhkəmənin Plenumunda REAL-ın sədri İlqar Məmmədovun cinayət işi ilə bağlı şikayətə baxılıb.
Trend-in məlumatına görə, məhkəmə iclasında qəbul edilən qərara əsasən, İ.Məmmədov barəsində əvvəllər verilmiş bütün hökmlər ləğv edilib və o, bütün cinayət işlərindən bəraət qazanıb
Ali Məhkəmənin Plenumunda “İnsan hüquqları klubu”nun sədri Rəsul Cəfərovun cinayət işi ilə bağlı şikayətə də baxılıb. Məhkəmə iclasında qəbul edilən qərara əsasən, R.Cəfərovun təqsiri sübut olunmadığı üçün o, bəraət qazanıb.