Tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, nazirliyə Samux rayonu Hacıalılı kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
Araşdırma zamanı fakt təsdiqini tapıb. Ərazidə tullantıların qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb. Tullantıların idarə olunmasına cavabdeh Hacıalılı bələdiyyəsinin sədri Nizami Abbasov barəsində protokol tərtib olunub və o, 3500 manat məbləğində cərimə edilib.