COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan dövlətinin ortaya qoyduğu fərqli və yeni mübarizə üsulları həm ölkə xaricində, həm də ölkə daxilində müsbət qarşılanır. Prezident İlham Əliyevin göstərişinə, tapşırığına əsasən ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində virusun Azərbaycanda geniş yayılmasının qarşısı alındı.
Yeni növ koronavirus pandemiyası ilə bağlı Azərbaycan Prezidentinin verdiyi qərar və sərəncamlar, virusun geniş yayılmasının qarşısının alınması üçün atılan addımlar ölkəmizin ali təhsil ictimaiyyəti tərəfindən də təqdir edilir. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Həsən oğlu Cəfərovun universitetin kollektivi adından Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirilir:”Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Sizin rəhbərliyiniz və şəxsi nəzarətinizlə həyata keçirilən ən səmərəli tədbirlər sosial-iqtisadi həyatın bütün sahələrini, vətəndaşlarımızın, xüsusilə aztəminatlı ailələrin, tələbələrin sosial müdafiəsini əhatə etməklə, bütövlükdə iqtisadiyyatımızın dayanıqlılığının təmin edilməsinə, pandemiyanın təsirlərinin ən minimum səviyyəyə endirilməsinə yönəlib”.
İ.Cəfərov həmçinin qeyd edib ki, koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Sərəncamınızdan irəli gələn vəzifələrin həlli məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı verilmiş qərar Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim və tələbə heyəti tərəfindən çox yüksək qiymətləndirilir.
Rektor məktbununda, həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin və xalqımızın tezliklə pandemiya sınağından uğurla çıxacağına inandığını vurğulayır.
Baki-xeber.com