Bildiyimiz kimi, aprelin 9-dan iş yerlərinin bağlanması və karantin rejimi ilə əlaqədər dövlət tərəfindən işsizlər üçün 190 manat birdəfəlik müavinətlərin ödənilməsi həyata keçirilir. Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ödəniləcək məbləğ 600 min vətəndaşı əhatə edir.
İşsizlərə 190 manat müavinətin ödənilməsi prosesinin həyata keçirilməsinin həssas qrupa aid Azərbaycan vətəndaşlarının sosail rifah halına müsbət təsir etdiyini, dövlətin öz vətəndaşlarını belə ağır gündə düşündüyünü Ağcabədi rayonu, Hacıbədəlli kənd sakini Qurbanlı Jalə Aqil qızı ölkə başçına göndərdiyi minnətdarlıq məktubunda qeyd edib.
“Xalqa göstərdiyiniz böyük qayğıya görə Sizə təşəkkür edirəm. İşsiz kimi qeydiyyata alındığım üçün mənə 190 manat birdəfəlik ödəmə verildi. Buna görə bir daha Sizə minnətdarlığımı bildirirəm.
Xalqımız, dövlətimiz, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram”-deyə bildirən J.Qurbanlı ümid edir ki, tezliklə xalqımız bu bəladan, koronavirus pandemiyasından xilas olacaq.
Baki-xeber.com