Prezident İlham Əliyevin Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər ictimaiyyətin ayrı-ayrı təbəqələri tərəfindən olduqca müsbət qarşılanır. Eyni zamanda, dövlətimiz tərəfindən pandemiyanın lokallaşdırılması istiqamətində həyata keçirilən işlərin beynəlxalq təşkilatlar tərəfindən təqdir olunması, pandemiya ilə mübarizədə Azərbaycan modelinin örnək kimi təqdim edilməsi də Azərbaycan vətəndaşlarında böyük qürür hissləri yaradır.
Bakı şəhəri, Nərimanov rayon veteranları - Səttarova Fatma Hüseyn qızı, Sarıyev Qara Əli oğlu,Timçenko İvan İvanoviç, Məlikov Bağır İbrahim oğlu, Abdullayev Səfər İbad oğlu, Cəfərov Müseyib Hacırəhim oğlu, Cümşüdov Əlikişi Mirzəməhəmməd oğlu, Həsənov Tamleyxa Abbas oğlu Prezidentə ünvanladıqları məktubda Prezident İlham Əliyevin pandemiya ilə mübarizə sahəsində qəbul etdiyi mühüm qərarları təqdir edir, Prezidentlə həmrəy olduqlarını qeyd edirlər.
“Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayan müharibə, əmək və silahlı qüvvələr veteranları Sizin həyata keçirdiyiniz uğurlu siyasəti dəstəkləyir və ölkəmizdə yaradılan əminamanlığa, nail olduğumuz sabitliyə görə Sizə dərin minnətdarlıqlarını bildirirlər.
Bu gün aktuallığı ilə dünyada diqqət mərkəzində olan koronavirus pandemiyasına qarşı ölkəmizdə Sizin tapşırığınızla aparılan işlər, virusun yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər bütün xalqımız, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Siz və Mehriban xanım hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünürsünüz. Sizin bu mövzuda xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhval-ruhiyyə yaradır, hamımıza böyük mənəvi stimul verir. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik”.
Məktub müəllifləri, həmçinin, Prezident İlham Əliyevə onun göstərişi ilə rayon ərazisində yaşayan yaşlı nəslin nümayəndələrinə, müharibə, əmək və silahlı qüvvələr veteranlarına, imkansız ailələrə ərzaq yardımları verilməsinə, qayğı-diqqət göstərilməsinə görə də veteranlar adından təşəkkürlərini bildirirlər.
Baki-xeber.com