Dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı dövrdə Prezident İlham Əliyevin müvafiq sərəncamı və tapşırıqları ilə pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət tərəfindən geniş maliyyə dəstəyinin göstərilməsi sahibkarlar tərəfindən müsbət qarşılanıb.
Bakı şəhəri, Suraxanı rayonundan sahibkar Hüseynov Abdulla Qaybəli oğlu "MİLAN-A" MMC-nin kollektivi adından Prezidentə ünvanladığı müraciətdə ölkə başçısının pandemiya dövründə sahibkarlara göstərdiyi yüksək diqqət və qayğının onların rəğbətinə səbəb olduğunu yazır.
“Sizin COVID-19 pandemiyasının makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamınız ölkəmizdəki bütün iş adamlarının və sahibkarların rəğbətinə səbəb olub.
Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyinə görə "MİLAN-A" MMC-nin kollektivi adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”-deyə sahibkar A.Hüseynov bildirir.
Baki-xeber.com