Cümə günü, 13 noyabr 2026
     

Prezident səhiyyə sistemimizi ağır duruma düşməkdən xilas edən şərti dəqiq göstərdi - pandemiya nəzarətə götürülməsəydi...

Image


Bildiyimiz kimi, koronavirusun ölkəmizdə kütləvi şəkildə yayılmaması, daha çox insanın bu virusa yoluxmaması üçün Azərbaycan dövlətinin həyata keçirdiyi önləyici tədbirlər təqdirəlayiqdir. Pandemiya dövründə bir çox ölkə bu virusun əlində aciz qalsa da, həmin dövlətlərin səhiyyəsi çöksə də, Azərbaycanda bu istiqamətdə heç bir problem yaşanmadı. Biz bu virusla mübarizədə peşəkar həkim, tibb işçisi ordusunu və dövlət qayğısı ilə əhatə olunan səhiyyəmizi ayaqda gördük. Əlbəttə, bu, dövlətin ortaya qoyduğu iradə, həyata keçirdiyi mütəşəkkil tədbirlərin nəticəsində baş verdi.

Məlum olduğu kimi, Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən videobağlantı formatında iclasda pandemiya dövründə Azərbaycan səhiyyəsinin çökməməsinin səbəblərindən danışıb.

“...Əlbəttə, məni indiki vəziyyətlə bağlı ən çox narahat edən insanların sağlamlığıdır. Bizim həkimlərimiz insanlara kömək göstərmək üçün əllərindən gələni edirlər. Bildiyiniz kimi, bizim səhiyyə sistemimiz böyük sınaq qarşısındadır. Səhiyyə sistemimizin çökməməsi, ilk növbədə, onunla bağlıdır ki, biz xəstəliyin yayılma sürətini nəzarət altında saxlaya bildik. Əgər bu, nəzarətdən çıxsaydı, bizim səhiyyə sistemimiz buna davam gətirə bilməzdi. Bu gün inkişaf etmiş bəzi ölkələrin, - indi oradakı vəziyyət televiziya və internet resurslarında göstərilir, - insanları, ümumiyyətlə, müalicə etmək imkanı yoxdur. Bəzi xəstələr dəhlizlərdə yerləşdirilir, yerə uzadılır, uzanıblar yerlərdə və sadəcə olaraq, xəstəxana binasında qalırlar. Ən inkişaf etmiş ölkələrdə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir. Nəyə görə? Sadəcə olaraq, səhiyyə sistemi buna davam gətirə bilmir, xəstəxanalarda yer yoxdur, bəzi hallarda lazım olan avadanlıq çatışmır. Əgər bu ölkələrin səhiyyə sistemi normal fəaliyyət göstərsəydi, o insanların böyük əksəriyyətinin həyatını xilas etmək olardı” - deyə Prezident qeyd edib.

Xəstəliyin yayılma prosesi nəzarətdə saxlanmasaydı, səhiyyəmiz nə günə düşə bilərdi? Bu xəstəliklə mübarizə aparmaq gücünü ortaya qoya bilərdimi? 

  • Pənah Muradov: “...buna görə o çökməkdən xilas oldu”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov baki-xeber.com-a bildirdi ki, Azərbaycan dövlətinin pandemiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi bütün operativ, təcili, önləyici tədbirlər həm xalqımızı, həm də səhiyyəmizi xilas etdi. P.Muradovun sözlərinə görə, pandemiya öncəsi Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar, verdiyi göstərişlər nəticəsində önləyici tədbirlər həyata keçirilməyə başladı. Bu gün dövlət tərəfindən görülən önləyici tədbirlərin həyata keçirilməsinin, xəstəliyin vaxtında nəzarətə alınmasının müsbət nəticələrini görməkdəyik. “Azərbaycan dövlətinin başdan prosesi ciddi nəzarətdə saxlaması, virusun yayılmasının qarşısının alınması üçün gördüyü tədbirləri təqdir edirəm. Təbii, mən də bizim səhiyyə işçilərimizin bu məsələdə əməyini yüksək qiymətləndirirəm, doğrudan da onlar həyatlarını risqə ataraq ciddi çalışdılar. Amma bizim səhiyyə sistemi ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən çoxsaylı qabaqlayıcı tədbirin, gerçəkləşdirilən böyük işlərin, atılan addımların fonunda güclü göründü, buna görə o çökməkdən xilas oldu. Dövlət başçısı zamanında pandemiya ilə mübarizə sahəsində fərmanlar, sərəncamlar, göstərişlər verməsəydi, hər şey başqa cür olardı və bizim səhiyyəmizin gücü də onda görsənərdi. Düşünmürəm ki, dövlətin güclü dəstəyi, ölkə başçısının iradəsi olmasaydı, bizim səhiyyəmiz müstəqil olaraq pandemiya ilə mübarizə aparıb özünü çökməkdən xilas edə bilərdi. Sadəcə, ölkə başçısının göstərişi ilə vaxtında görülən ağıllı tədbirlər səhiyyəmizi xilas etdi”.

P.Muradov da  hesab edir ki, Azərbaycan  dövləti vaxtında önləyici tədbirlər görməsəydi, bizim səhiyyə də bir çox ölkənin səhiyyəsi kimi aciz durumda qalardı. O qeyd etdi ki, pandemiya özünü inkişaf edtmiş sayan dövlətlərin və onların “güclü səhiyyəsinin” gücünü ortaya çıxardı: “Bilirsiniz,  qonşu ölkədə sel, daşqın, yaxud hansısa bir təbii fəlakət baş verirsə, ağıllı dövlət dərhal qabaqlayıcı tədbirlər görür və hər an təhlükəyə qarşı hazır vəziyyətdə dayanır. Azərbaycan dövlət gördü ki, bu virus Çində, İtaliyada geniş yayılıbsa, qonşu İrana da gəlib çıxıbsa, bu, gec-tez, Azərbaycana da keçə bilər. Odur ki, qabaqlayıcı tədbirlər görüldü. Bu tədbirlərin nəticəsdir ki, bizim ölkədə virus geniş yayılmadı.

Yeri gəlmişkən, bir fikri də deyim. Ümumiyyətlə, pandemiya bir çox məsələyə aydınlıq gətirdi. Məsələn, dünənə qədər biz hamımız Avropa standartlarından, Avropanın inkişafından danışırdıq. Amma proseslər onu göstərdi ki, Avropa standartları, ən azından, öz vətəndaşlarını qoruyacaq qədər güclü deyil” - deyə P.Muradov vurğuladı.

  • Rafis Bağırov: “Vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər, virusun yayılmasının operativ şəkildə nəzarətə götürülməsi nəticəsində səhiyyəmiz çökmədi”

Tanınmış həkim Rafis Bağırov da hesab edir ki, səhiyyəmizin çökməməsində, həkimlərimizin potensialının üzə çıxarılmasında, “Azərbaycan səhiyyəsi zəifdir” fikrinin məhv edilməsində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərin böyük rolu var. “Vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər, virusun yayılmasının operativ şəkildə nəzarətə götürülməsi nəticəsində səhiyyəmiz çökmədi. Əlbəttə, bu ağır durumda dövlətin qəbul etdiyi müstəsna qərarlar, atdığı addımlar səhiyyəmizə, həkimlərimizə, pandemiya ilə mübarizədə iştirak edən tibb heyətinə güc verdi, onların fəaliyyətinə şərait yaratdı. Azərbaycan səhiyyəsi öz gücünü, potensialını göstərməklə saysız insan həyatının xilas edilməsinə nail oldu” - deyə R.Bağırov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ