Türkiyədən gələn həkimlərin Bakıda çalışacağı xəstəxanalar açıqlanıb. Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı açıqlayıb.
Onun sözlərinə görə, bunlar "Yeni klinika", Mərkəzi Neftçilər Xəstəxanası, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Cərrahiyyə Klinikasıdır: "Yeni klinikada hazırda 100-dən çox xəstə müalicə alır: Onların içərisində ağır xəstələr üstünlük təşkil edir".