“Azerfon” MMC tərəfindən təqdim edilən “Nar Home” xidmətinə 30.04.2020-ci il tarixindən etibarən “İnternet xidmətlərinin göstərilməsi haqqında” abunə müqaviləsinin müvafiq bəndinə əsasən xitam veriləcək. İnternet xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üçün müqaviləyə xitam veriləcək tarixdən etibarən eyni şərtlər və qiymətlərlə, xidməti “CityNet” ticarət nişanı ilə tanınan “Uninet” MMC-dən əldə etmək mümkün olacaq. Bunun üçün “1827” qısa nömrəsindən daxil olan məlumat mesajına cavab olaraq “1” yazıb göndərmək kifayətdir. Əgər razı deyilsinizsə, “2” yazıb göndərə bilərsiniz. Ətraflı məlumat əldə etmək üçün https://www.nar.az/ev-interneti/ səhifəsinə keçid edə bilərsiniz.