Cümə günü, 13 noyabr 2026
     

Operativ Qərargah koronavirusla bağlı ilk dəfə pozitiv statistika açıqladı

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

“Trend”in məlumatına görə, Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, koronavirus infeksiyasının yayılması ilə bağlı ilk dəfə olaraq pozitiv statistika qeydə alınıb. Onun sözlərinə görə, aprelin 12-dən sağalma yoluxmanı üstələyib: "Bu, pozitiv bir haldır. Aprelin 12-si ilk dəfə pozitiv nəticə qeydə alındı. Aprelin 13-də vəziyyət neqativ olsa da, az fərq oldu. 14-cü gün pozitiv nəticə əldə etdik. Ötən həftə durum sabit olub. Xəstələrin sayı 822-844 nəfər arasında dəyişib. Bu da vəziyyətin sabitliyini göstərir. Amma biz deyə bilmərik ki, belə davam edəcək. Son 5 gündə pozitiv neqativi əvəzləyir. Bu vaxta qədər belə deyildi, neqativ pozitivi üstələyirdi. Bu isə o deməkdir ki, karantin rejiminin nəticələri artıq var. Bu durum bizi ruhlandırır ki, karantin qaydalarına əməl edək".

“Sabitləşmənin davam etməsi istiqamətin müsbətə yönəlməsi deməkdir. Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki, müzakirə mövzusu deyil” - deyən İ.Məmmədovun sözlərinə görə, bu, virusa qalib gəlmək kimi başa düşülməməlidir: "Ola bilər ki, vəziyyət Azərbaycanda yaxşı olar. Amma bu o demək deyil ki, biz karantindən əvvəlki vəziyyətə qayıdaq və dərslər başlansın. Bu hələ bəlli deyil. Məktəblərin başlanması karantin rejimindən çıxdıqdan sonra mümkündür. Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki, müzakirə mövzusu deyil".

İ.Məmmədov deyib ki, aprelin 20-dən sonra xaricdə olan vətəndaşlar Azərbaycana gələ biləcəklər. Onun sözlərinə görə, Operativ Qərargah sərhədlərin açılması barədə düşünür:"Karantin yerlərimiz dolduğu üçün sərhədlər bağlandı. Aprelin 20-dən sonra xaricdən həftədə 300-400 nəfər qəbul etmək imkanı yaradılacaq. Əsasən Rusiyadan gələnlər gözlənilir. Bunun üçün ayın 17-dən "Evə gedirəm" portalı fəaliyyətə başlayacaq. Rusiyadan gəlmək istəyənlər bu portaldan qeydiyyatdan keçə bilərlər. Aprelin 20-dən sonra bu prosesə başlanacaq. Bundan sonra, Türkiyə və digər ölkələrdən də tədricən vətəndaşlar ölkəyə gətirilə bilər. Gətirilən şəxslər 14-21 gün müddətinə karantində saxlanılacaq".

“Bugünkü vəziyyət göstərir ki, aprelin 20-dən sonra komendant saatının tətbiq edilməsi müzakirə edilmir” – deyən İ.Məmmədovun sözlərinə görə, Daxili İşlər Nazirliyi vətəndaşlarla gecələr küçəyə çıxmamağı tövsiyə edib: "Bəziləri işə getmək icazəsi olduğu halda, işdən sonra gecələr küçələrə çıxır. Bu icazədən sui-istifadə edən şəxslərə, gecələr küçələrdə lazım olmadan gəzənlərə tövsiyə olunub ki, axşam saatlarında ehtiyac olmadığı üçün evdən çıxmasınlar. Daxili İşlər Nazirliyinin bu tövsiyəsini komendant saatı kimi təqdim etmək düzgün deyil. Elə adamlar var ki, icazədən istifadə edib gecə saatlarında küçələrə çıxırlar. Həmin şəxslərə biz də tövsiyə edirik ki, gecələr küçələrə çıxmasınlar".

  • Aktiv yoluxma yaşı - 50-60 və 30-40 yaşarası...

Koronavirusa aktiv yoluxma əsasən 50-60 və 30-40 yaş arasında insanlardadır. Bunu isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bu günə qədər ümumilikdə 75 min 397 test keçirilib:

"İndiyədək virusa 1250 yoluxma faktı aşkar edilib, onlardan 404 nəfər sağalıb. Hazırda 836 nəfər aktiv xəstə var. Onlardan 8 nəfəri reanimasiyadadır ki, həmin xəstələrdən 6-sı süni nəfəs aparatına qoşulub".

R.Bayramlı deyib ki, ölkədə 10 modul tipli xəstəxananın qurulmasına başlanıb. Bu gün tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır. Onun sözlərinə görə, onlardan 6-sı dövlət, 4-ü isə özəl xəstəxanadır: "Hazırda həmin xəstəxanaların tibbi heyətin hazırlığına başlanıb. Bunun üçün Çin, Türkiyə və digər ölkələrin təcrübəsi öyrənilir. Artıq tibb müəssisələri koronavirusla bağlı dərman və tibbi ləvazimatlarla təmin edilib".

Hazırda ölkədə koronavirusun hansı genotipinin yayıldığının araşdırıldığını deyən R.Bayramlının sözlərinə görə, bu məqsədlə xaricdə təhsil almış müasir təhsilə malik şəxslər tədqiqatlara cəlb olunub.

O bildirib ki, Azərbaycan əhalisinin sayına görə ən çox test icra edən ölkələrdəndir.

R.Bayramlı bildirib ki, koronavirusdan sağalan şəxslər yenidən bu xəstəliyə yoluxa bilər. Onun sözlərinə görə, həmin şəxslər yenidən bu virusa yoluxsa da, xəstəliyi yüngül keçirə bilərlər: "Bugünkü nəticələr göstərir ki, yenidən yoluxmalar qeydə alınır. Amma bu yoluxma sonradan hansı vəziyyətdə ağırlaşa bilər, o barədə konkret zəmanət yoxdur".

  • Karantin rejiminin tədricən ləğvi üçün tədbirlər hazırlanır

R.Bayramlı bildirib ki, Azərbaycanda karantin rejiminin tədricən ləğvi üçün tədbirlər hazırlanır. Onun sözlərinə görə, karantin rejiminin tam aradan qaldırılması halında yenidən kütləvi yoluxmalar baş verə bilər: "Karantin rejimindən tədricən çıxmaqla bağlı müraciət edəcəyik. Bununla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq".

  • Koronavirusdan vəfat edən şəxslər dövlət hesabına dəfn edilir

Koronavirusdan vəfat edən şəxslər dövlət hesabına dəfn edilir. Bunu İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, bu prosesdə bütün xərcləri dövlət öz üzərinə götürür.

Karantin müddətində xəstəxana və digər tibb müəssisələrində hər hansısa xəstəlikdən vəfat edən şəxslərin ailələrinə çatdırılması prosesinə gəlincə isə, TƏBİB-in İdarə Heyətinin sədri R.Bayramlı bildirib ki, bu prosesdə cənazənin götürülməsi və dəfn edilməsi üçün ailə üzvlərinə şərait yaradılır: "Tibb müəssisələrində vəfat edənlərin ailəsinə yardım edilir. Onun dəfnində iştirak təmin edilir".

  • 6 həkim koronavirusa yoluxub

Azərbaycanda 6 həkim koronavirus infeksiyasına yoluxub. Bunu R.Bayramlı deyib.

Onun sözlərinə görə, Cəlilabad Xəstəxanasında 10 həkimin koronavirusa yoluxması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil: "Həmin xəstəxanada bir həkim və bir nəfər də tibb işçisi virusa yoluxmuşdu".

TƏBİB rəsmisi əlavə edib ki, başqa bir xəstəxanada isə təsərrüfat işçisinin virusa yoluxması müəyyən edilib və o, karantinə götürülüb.

  • Koronavirusa yoluxan kişi və qadınların sayı…

Azərbaycanda koronavirusa yoluxanlardan 640 nəfəri kişi, 557 nəfəri isə qadındır. Bunu R.Bayramlı bildirib. Onun sözlərinə görə, virusa yoluxanlar yaş qruplarına görə 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaşarası 175, 30-39 yaşarası 214, 40-49 yaşarası 198, 50-59 yaşarası 248, 60-69 yaşarası 157, 70-79 yaşarası 56 nəfərdir. 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb".

Hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 404 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 75.397 test aparılıb.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ