Azərbaycanda karantin rejiminin tədricən ləğvi üçün tədbirlər hazırlanır. Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, karantin rejiminin tam aradan qaldırılması halında yenidən kütləvi yoluxmalar baş verə bilər: "Karantin rejimindən tədricən çıxmaqla bağlı müraciət edəcəyik. Bununla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq".