Cümə günü, 13 noyabr 2026
     

Karantin dövründə xüsusi icazə və sosial dəstək tədbirləri sahəsində pozitiv və neqativlər - virtual dələduzlar, yas adı ilə SMS-dən sui-istifadə...

Image


Ölkəmizdə koronavirusla mübarizə tədbirlərinin daha da effektivliyinin artırılması üçün karantin rejiminin elan edilməsi dövlət tərəfindən bir sıra yeni qaydaların, qadağaların, eləcə də sosial dəstək proqramlarının qəbul edilməsinə səbəb oldu. İçində yaşadığımız koronavirys dövründə xüsusi icazə, sosial müdafiə tədbirlərinin həyata keçirilməsində neqativ və pozituv təzahürlər özünü göstərməkdədir.

Bildiyimiz kimi, aprelin 5-dən karantin tədbirləri daha da sərtləşdirildi. Bunun nəticəsində vətəndaşlarımızın gündəlik həyatı sərtləşdirilən qaydalar üzərində quruldu. Vətəndaşlar karantin tədbirləri ilə əlaqədar olaraq yalnız zəruri hallarda xüsusi icazə ilə evdən çıxa bilər. O da 8103 qısa nömrəsinə icazə almaq üçün SMS göndərməklə. Vətəndaşların icazə SMS-lərinin çox operativ şəkildə cavablandırılması diqqətimizi çəkir. Məlum olduğu kimi, 8103 qısa nömrəsinə göndərilən SMS-lərin 91 faizinə 1 dəqiqə ərzində cavab verilib. Azərbaycan üçün yeni bir informasiya mexanizmi olan bu sistem tətbiq olunduğu gündən indiyə qədər insanlara xidmət göstərir. Onu da vurğulayaq ki, tətbiq edildiyi ilk gün 8103 qısa nömrəsinə 800 min SMS göndərilib. Qeyd edək ki, icazə üçün müraciət edənlərin 50 faizi Bakının, qalanları isə digər şəhər və rayonların payına düşür.

Onu da qeyd edək ki, 8103 qısa nömrəsinə müraciət edənlərin böyük bir hissəsinə “hə” cavabı verilib. Əlbəttə, icazə üçün edilən müraciətlərin 91 faizinin 1 dəqiqə ərzində cavablandırılması müsbət haldır.

8103 nömrəsinə müraciət edənlər arasında təəssüf ki, dələduzlara, sui-istifadəçilərə də rast gəlinir. Belə insanlar arasında sözügedən qısa nömrəyə söyüş, əxlaqdan kənar sözlər yazanlar haqqında da məlumatlar yayılıb. Bundan başqa, son günlər yaşanan ən böyük problem və vətəndaş məsuliyyətsizliyi “yas yeri” adı ilə icazə alınmasıdır. Qeyd edək ki, insanlar ən çox bu adla evdən çıxmağa üstünlük veriblər. Artıq yas adı ilə yalan SMS göndərənlərə məhdudiyyət qoyulması prosesinə başlanıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "Real" TV-yə müsahibəsində bu məhdudiyyətin tətbiq edildiyini deyib: “Yalan SMS göndərənlər xüsusi karantin rejimini pozduqlarına görə cərimələnirlər və bundan sonra da təkrarlama halları olarsa, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq digər tədbirlər görüləcək”.

Onun sözlərinə görə, son günlərdə təhlillərlə müəyyən olunub ki, gün ərzində 3 kodu üzrə (yaxın qohumun dəfnində iştirak) 30 minə yaxın müraciət olub: “Gün ərzində dünyasını dəyişənlərin statistikasına baxdıqda məlum olur ki, 30 min rəqəmi həddindən artıq çoxdur. Son 8 gün ərzində 3 kodundan sui-istifadə edən şəxsləri müəyyənləşdirmişik. Həmin şəxslərə məhdudiyyətlər tətbiq edilib. Artıq o şəxslər 3 kodundan istifadə edə bilmirlər”. 

Pandemiya dövründə əhalinin, xüsusən də aztəminatlı və işsiz vətəndaşların sosial rifah halının yüksəldilməsi məsələsi də dövlətin diqqətindədir. Son günlər bununla bağlı bir sıra uğurlu işlərə imza atılıb.  

Həyata keçirilən işlərdən biri işsiz vətəndaşlara birdəfəlik 190 manat yardımın verilməsi ilə bağlıdır. Aprelin 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən mətbuata bildirilib ki, nazirlik işsiz kimi qeydiyyata alınan 20 min şəxs üçün də birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsini təmin edib.

Həmin vətəndaşların qeydiyyata alınan zaman qeyd etdikləri telefon nömrəsinə göndəriləcək SMS-də vətəndaşa birdəfəlik vəsaiti haradan gedib alacağı bildiriləcək.

İşsiz şəxs evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilərsə - istənilən poçt şöbəsinə, bank göstərilərsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib, onun üçün köçürülmüş birdəfəlik ödəməni ala bilər.

Nazirlikdən bildiriblər ki, aprelin 9-dan etibarən bu ödəmələrin verilməsinə başlanıb və proses hər gün davam edir. Nazirlik artıq 75 min işsiz üçün birdəfəlik vəsait ödənişini həyata keçirib.

Çox təəssüf ki, meydana bəzi neqativ qüvvələr çıxıb, onlar birdəfəlik ödəmə ilə bağlı vətəndaşlara pulla kömək edənlərdir. Artıq həmin şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbərdarlıq edilib. “Son günlər işsiz şəxslərə birdəfəlik ödəmə ilə bağlı qeydiyyatdan keçmələri üçün guya yardım etmək məqsədilə bir neçə sosial şəbəkə səhifəsi vasitəsilə fəaliyyət göstərilməsi müşahidə olunur” – bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.
O, həmçinin, bildirib ki, həmin şəxslər işini və qazancını itirmiş vətəndaşlara onlayn müraciət edilməsində ödəniş müqabilində öz xidmətlərini təklif edirlər: "İşini və qazancını itirmiş əhali qrupuna sosial dəstək üçün nəzərdə tutulan tədbir üzərindən qazanc, mənfəət əldə etmək meyllərini qəti şəkildə pisləyirik.
Bildiririk ki, bu cür fəaliyyətlərini davam etdirəcəkləri halda onlar barədə toplanmış məlumatlar hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Vətəndaşları isə belə fırıldaqçılara aldanmamağa çağırırıq".
Bildiyimiz kimi, pandemiya dövründə insanların işsiz qalmaması üçün dövlət tərəfindən müxtəlif tədbirlər görülür. Bunlardan biri də bu gündən daha 50 min ödənişli ictimai iş yerinin yaradılmasıdır. Bildiyimiz kimi, pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib.

Bu gündən artıq həmin ictimai iş yerlərinin yaradılmasına başlanacaq. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək.

  • “Bəzi vətəndaşların məsuliyyətsizliyi, virtual yalançılığı və dələduzluğu neqativ hal kimi ictimaiyyəti ciddi narahat edir”

“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə bildirdi ki, pandemiya dövründə dövlətin vətəndaşların sağlamlığı, sosial rifahı naminə atdığı bütün addımlar, qəbul etdiyi bütün qərarlar müsbət qarşılanır. “Azərbaycan dövlətinin koronavirusla mübarizə sahəsində apardığı səmərəli mübarizə tədbirlərindən biri kimi ölkədə karantin rejiminin tətbiq edilməsi və aprelin 5-dən qaydaların daha da sərtləşdirilməsi vətəndaşlarımızın sağlamlığı, bu virusa yoluxmaması naminədir. Əslində, karantin rejiminin ilk günlərindən müəyyən insanlar özlərini nizam-intizamlı aparsaydılar və vətəndaş kimi özlərində məsuliyyət hiss etsəydilər, karantin rejimini bu qədər sərtləşdirməyə ehtiyac olmazdı. Amma, göründüyü kimi, qaydaları pozmağa adət etmiş müəyyən faiz insanların davranışları bu sərtliyi zəruri etdi. Görürsünüz, aprelin 5-dən vətəndaşlarımız evdən çölə çıxmazdan əvvəl 8103 qısa nömrəsinə SMS göndərirlər. Bu sistem o qədər operativ, təkmil qurulub ki, edilən müraciətləri qısa zaman ərzində cavablandırır. Aprelin 5-dən indiyə qədər 91 faiz SMS-in bir dəqiqə ərzində cavablandırılması bu istiqamətdə işlərin daha çevik qurulduğundan xəbər verir. Sözsüz ki, bu kifayət qədər böyük rəqəmdir və bu qədər adama tez bir zamanda cavab vermək böyük çeviklik tələb edir. Görürük ki, bu işi həyata keçirənlər kifayət qədər peşəkar və çevikdirlər. Deyim ki, 8103-ə icazə SMS-lərinin göndərilməsi insanların nizam-intizamlı olmasına səbəb olub. Artıq icazəsiz çölə çıxan adam bilir ki, onu cərimə gözləyir, ona görə də icazəsiz bayıra çıxmır.

Aidiyyəti qurumlar vətəndaşın sağlamlığının qorunması üçün öz işini yüksək səviyyədə həyata keçirsələr də, bəzi vətəndaşlarımızın qanunsuzluqlara meyl etməsi narahatlıq doğurur. Ən çox müraciətlərin yas yeri ilə bağlı olması dəhşətdir, bəzi insanlar “yaxın qohumum rəhmətə gedib” adı ilə evi tərk edirlər. Bəzən bir adam eyni adla 8103-ə müraciət edərək icazə istəyir. Çox təəssüf ki, bəzi vətəndaşlarımız 3 koduna davamlı SMS göndərməklə ondan sui-istifadə ediblər, bu da vətəndaşlara inamsızlığın yaranmasına səbəb ola bilər. Artıq bununla bağlı məhdudiyyətlər tətbiq olunur. Əslində, bu yolverilməzdir. Sabah birinin yaxını rəhmətə gedəndə ona icazə verməyə bilərlər. Görün sui-istifadə halı nəyə gətirib çıxarır”.

Pandemiya dövründə işsiz vətəndaşlara birdəfəlik 190 manat məbləğində vəsait ödənilməsini, indiyə qədər 75 min işsizin bu vəsaiti aldığını müsbət qarşılayan F.Hacıbəyli hesab edir ki, bu, Azərbaycan dövlətinin cəmiyyətin həssas təbəqəsinə yüksək diqqət-qayğısının nəticəsidir: “Bu gün dövlət pandemiya ilə əlaqədar olaraq işini itirən, işsiz qalan vətəndaşlardan öz dəstəyini əsirgəmir. 5 gün ərzində 75 min nəfərə 190 manat birdəfəlik yardım ödənilməsi işsiz vətəndaşların sosial müdafiəsi istiqamətində dövlətin atdığı mühüm addımlardan biridir. Bu gün işsiz vətəndaşlarımız onlara ödəniləcək birdəfəlik yardımı alırlar. Onu da qeyd edim ki, burada diqqətçəkən neqativ hal da var. Bu da onlara ödənişli “kömək edən” dələduzlardır ki, onların fəaliyyəti ilə əlaqədar hüquq müstəvisində ölçü götürülməsi vacibdir. Bəzi vətəndaşların məsuliyyətsizliyi, virtual yalançılığı və dələduzluğu neqativ hal kimi ictimaiyyəti ciddi narahat edir.

Bununla yanaşı, dövlət daha 50 min ödənişli ictimai iş yerinin yaradılması yönündə addımlar atır. Pandemiya dövründə insanların sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi yönündə dövlətin həyata keçirdiyi tədbirləri təhlil edərkən nə qədər genişmiqyaslı təhlükəsizlik tədbirləri görüldüyünün şahidi olursan” - deyə F.Hacıbəyli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ