Cümə günü, 13 noyabr 2026
     

Koronavirusun daha çox yayıldığı indiki anda hər kəs bu iki şərtə əməl etsə... Prezidentin dedikləri...

Image


Bu gün koronavirusa yoluxmaması, daha çox insanın bu virusun qurbanına çevrilməməsi üçün  Azərbaycan vətəndaşlarının üzərinə çox böyük məsuliyyət düşdüyü danılmazdır. Dövlət vətəndaşın təhlükəsizliyinin təmin edilməsi üçün  bütün resurslarını səfərbər edib. Bu halda bütün vətəndaşlar ölkədə tətbiq edilən karantin rejiminə ciddi riayət etməli və özünütəcrid qaydalarına uyğunlaşmalıdır.

Məlum olduğu kimi, Prezident İlham Əliyev martın 31-də İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Ölkəmizdə koronavirusa qarşı mübarizə sahəsində görülən tədbirlərdən danışan Prezident İlham Əliyev qeyd edilib ki, bu istiqamətdə çox önəmli addımlar atılıb. “Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verilibdir. Yəni bu, dövlət tərəfindən görülmüş önəmli addımlardır. Amma buna baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından bu xəstəlik Azərbaycanda daha geniş vüsət alır. Ona görə bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik.

Biz indi yaxşı görürük ki, dünyanın müxtəlif yerlərində nələr baş verir. Dünyanın və Avropanın aparıcı ölkələrində demək olar ki, vəziyyət nəzarətdən çıxır, hər gün minə yaxın insan ən inkişaf etmiş ölkələrdə vəfat edir və tibb personalı artıq lazımi xidmət göstərməkdə çətinlik çəkir. Xəstəxanalar doludur, xəstələri dəhlizlərdə yerləşdirirlər. Bir çox insanlar ona görə vəfat edirlər ki, onlara vaxtında operativ tibbi xidmət göstərilmir, o da buna görədir ki, xəstələrin sayı kəskin artır və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin sayına uyğun xidmət göstərə bilməz. Çünki bütün ölkələrin səhiyyə sistemləri normal şəraitə uyğunlaşdırılıb, o cümlədən Azərbaycanda. Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır. Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram. Lazım olmayan vaxtlarda küçələrə çıxmasınlar. Dünən dərc edilmiş və elan olunmuş qaydalara tam əməl etsinlər. Özlərini, öz yaxınlarını, həkimləri qorusunlar. Çünki həkimlər öz həyatlarını risq altına atırlar. Polis işçilərini qorusunlar, necə ki, polis işçiləri onları qoruyur və öz həyatlarını risq altına atır. Ona görə mən vətəndaşlardan bir daha məsuliyyət tələb edirəm və ümid edirəm ki, Azərbaycan vətəndaşları bu məsuliyyət hisslərini nümayiş etdirəcəklər” - deyə Prezident İlham Əliyev qeyd edib.

  • “Hər birimiz həm özümüzü, həm xalqımızı, həm də dövlətimizi düşünməliyik və virusa yoluxmamaq üçün vacib olan şərtlərə əməl etməliyik”

Tanınmış sosioloq-alim, professor Rəna Mirzəzadə baki-xeber.com-a bildirdi ki, ölkə başçısının verdiyi bütün tövsiyələrə Azərbaycan vətəndaşları ciddi şəkildə, özü də məsuliyyətlə riayət etməlidirlər. R.Mirzəzadənin sözlərinə görə, dünyanı saran koronavirus pandemiyasının ölkəmizdə geniş şəkildə yayılmaması və daha çox insanı məhv etməməsi üçün vətəndaşlar məsuliyyətli olmalı, özlərini təcriddən qaçmamalıdırlar. Prezidentin “əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik” fikrinin çox böyük məna, mahiyyət daşıdığını deyən R.Mirzəzadə hesab edir ki, ölkə başçısının bu fikirləri həm də insanların bu virusa yoluxmaması üçün bir yol xəritəsi, göstərilən düzgün istiqamətdir. “Prezidentin vətəndaşları məsuliyyətə və insanların bu virusa yoluxmaması üçün özünütəcridə səsləməsi çox yüksək qiymətləndirilməlidir. Prezident İlham Əliyevi xalq həmişə sevir və sevəcək də. Amma xalqımızın bu ağır günlərində Prezidentin fədakarlığı, səmimiliyi, sadəliyi özünü daha qabarıq formada göstərdi. O, 2003-cü ildə ilk dəfə Prezident seçilərkən “mən hər bir azərbaycanlının Prezidentiyəm” fikrini işlətmişdi. Prezident bunu 17 ildə onsuz da təsdiq etmişdi, amma o, bunu hər gün  hər bir Azərbaycan vətəndaşının qayğısına qalmaqla  yenidən təsdiq edir. O, hər bir Azərbaycan vətəndaşını düşünür, qayğısına qalır, ancaq gərək bizim özümüzün də özümüzü qorumağa cəhdlərimiz olsun. Dövlət koronavirusla mübarizə dövründə nə lazımdırsa öz vətəndaşı üçün edir. Həm maddi, həm iqtisadi, həm mənəvi, həm də digər baxımdan dövlət xalqın yanındadır. Bunun qarşılığında Azərbaycan vətəndaşından bu ağır günlərdə yalnız məsuliyyətli olmaq, ondan evdə qalmaq tələb olunur. İnsanlar evdə də sosial izolyasiya qaydalarına əməl etməli, hətta ailə üzvləri ilə belə məsafə saxlamalıdırlar. Bu hamısı bizim sağlamlığımız üçündür. Prezident bir ölkə rəhbəri, bir ata kimi tövsiyələr verir, daxilindən gələn hisslə, həyəcanla, ağrı-acı ilə insanları sağlamlığa çağırır, onlara bu virusa yoluxmamağın yollarını göstərir. Hər bir Azərbaycan vətəndaşı Prezidentin irəli sürdüyü iki mühüm şərtə -məsuliyyətli olmağa və özünütəcridə əməl etsə, hesab edirəm ki, tez bir zamanda koronavirusun kökünü tamamilə kəsə biləcəyik. Sirr deyil ki, bu gün insanlarımızın çoxu daşıdığı məsuliyyəti dərk etmək istəmir. Bəzi insanlarda belə bir fikir formalaşıb ki, mənə heç nə olmaz, mənim immunitetim güclüdür və s. Amma elə deyil. İnsanların çoxu başa düşmür ki, bu virus hava-damcı yolu ilə yayılan və bütün dünyanın fəlakətinə çevrilən bir bəladır. Təkcə Azərbaycan deyil, bütün dünya bu virusla çarpışır.

Bu gün Bakı küçələrində polislər insnaları maarifləndirirlər. Çox istərdim ki, Azərbaycanın ən ucqar qəsəbə və kəndlərində də polislər gəzməli, insanlarla söhbətlər etməli, onları məsuliyyətə çağırmalıdırlar. Bu günlərdə TV-lərdən birində bir veriliş izlədim, müxbir qız küçədə gördüyü bir qadına yaxınlaşıb haradan gəldiyini soruşur. Qadın deyir ki, inəkləri sağıb evə gəlirəm. “Əlini yumusanmı” deyə qız ondan soruşur, o isə “əlimi spirtləyəcəyəm” cavabını verir. Amma o qadın bilməlidir ki, əlini heç olmasa paltar sabunu ilə yumalıdır. Paltar sabunu təmizlik üçün çox yaxşı, güclü bir vasitədir. Bu gün hər bir  Azərbaycan insanında sağlamlıq, ünsiyyət mədəniyyəti olmaldır. İnsanlar bir-birinə dayaq olmalıdır, bir-birilə internet, telefon vasitəsilə əlaqə saxlamalıdır ki, ünsiyyət mədəniyyətini davam etdirsinlər. Prezident xalqa müraciət edir, xalqı sağlamlığını qorumağa çağırır. Bu ağır günlərdə Azərbaycan vətəndaşlarının hamısı bir daha dərk etdi ki, onun ölkəsində İlham Əliyev kimi rəhbər var, onun ölkəsində xalqın atası timsalında böyük şəxsiyyətli bir kişi var və o kişi xalqın yanından bir addım da olsun kənara çəkilmədi. Xalqımız ölkə başçısının bütün tövsiyələrinə ciddi şəkildə əməl etməlidir ki, bu bəladan birdəfəlik xilas olaq. Çünki məsuliyyətli olmasaq, özünütəcridə əməl etməsək, vəziyyət daha da pisləşə bilər, bu bəladan xilas ola bilmərik.  Odur ki, hər birimiz həm özümüzü, həm xalqımızı, həm də dövlətimizi düşünməliyik və virusa yoluxmamaq üçün vacib olan şərtlərə əməl etməliyik”.

R.Mirzəzadənin sözlərinə görə, insanlar özü özünə ciddi nəzarət etməlidir ki, bu bəla birdəfəlik ölkəmizdən ayağını çəkib getsin. O qeyd etdi ki, ölkəmizdə koronavirusun geniş vüsət almamasının səbəbi Prezidentin göstərişi ilə əvvəlcədən görülən qabaqlayıcı tədbirlər olub: “Cənab Prezidentin göstərişi ilə həyata keçirilən operativ tədbirlər böyük fayda verir. Bu virusun ölkəmizdə geniş yayılmaması üçün karantin rejimi elan edildi, ali və orta məktəblər müvəqqəti olaraq bağlandı. Koronavirus dövründə məktəblərin bağlanmasında əsas məqsəd dövlətin uşaqlarımızı qoruması idi. Dövlət uşaqlarımızı qorudu. Amma təəssüf ki, biz bu məsələdə ciddi valideyn məsuliyyətsizliyi görürük. Evdə oturmalı olan uşaqları bir çox halda biz valideynlərinin yanında şəhərdə görürük. Əgər valideyn, ana uşağını yanına salıb gəzdirirsə, buna nə ad verək? Bu uşaq niyə bayırda olmalıdır? Uşaqların evdə oturması valideynlərə fürsət verir ki, uşaqları əl əməyinə öyrətsinlər. Uşaqlarımızın əl əməyinə alışdırılmasına ciddi ehtiyac var. Bilirsiniz, qəribə də olsa COVID-19 insanları evinə bağladı. Sanki bu epidemiya ona görə yayıldı ki, insanı evinə bağlasın və “evindən də xəbərin olsun” desin. İnsanlar vardı ki, bu epidemiyaya qədər öz evindən, ocağından xəbəri yox idi”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ