Cümə günü, 13 noyabr 2026
     

Artıq rayonlarımızda da koronavirusla bağlı maarifçilik işlərinə start verilib, QHT sektorunda nə tərpənişlər olacaq...

Image


Koronavirusla bağlı artıq ölkəmizin bölgələrində də maarifçilik tədbirləri həyata keçirilir. Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə paytaxtla yanaşı, regionlarda da qabaqlayıcı tədbirlər görülür, maarifləndirmə işi aparılır.

Məlum olduğu kimi, bu tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə edir və koronavirus təhlükəsi aradan qalxana qədər davam etdiriləcək.

Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı müvafiq qurumlar tərəfindən əhali arasında maarifləndirmə işi aparılır, xüsusi karantin rejiminə riayət olunmasına isə polis əməkdaşları nəzarət edirlər.

Nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər Bakıda, eləcə də digər şəhər və rayonlarda davam etdirilir.

Ölkəmizdə qüvvəyə minən xüsusi karantin rejiminin tələblərinə əməl edərək “Evdə qal” kampaniyasına paytaxt əhalisi ilə yanaşı, bölgə əhalisinin də qoşulması vacibdir.

Koronavirusla bağlı maarifçilik işinin genişləndirilməsində yerli QHT sektoru xüsusi fərqlənməlidir. Bu gün QHT təmsilçiləri müxtəlif vasitələrdən istifadə edərək əhali arasında maarifçilik işlərinin həyata keçirilməsində yaxından iştirak etməlidirlər. Amma təəssüf ki, bir çox halda biz QHT təmsilçilərinin fəaliyyətini görə bilmirik. Doğrudur, bəzi QHT təmsilçiləri var ki, onlar mütəmadi olaraq maarifçilik işlərində iştirak edirlər, amma onların sayı o qədər də çox deyil.  

Bu gün bölgələrdə karantin rejiminə sakinlərin daha ciddi şəkildə riayət etməsi üçün QHT təmsilçiləri də davamlı olaraq təbliğat aparmalıdırlar. Məlumdur ki, QHT-lərin əksəriyyətinin bölgələrdə əməkdaşları var və onlar bu məsələdə fəaliyyət göstərə bilərlər. Ən azından, evində oturmayıb, “darıxıram” deyib çölə çıxan bir vətəndaşa karantin rejiminin mahiyyətini anlada, koronavirusun bizim üçün nə qədər təhlükəli olduğunu təlqin edə bilərlər.

Bu gün rayon və şəhərlərin icra hakimiyyətləri, yerli bələdiyyələr, icra nümayəndəlikləri küçə və prospektlərdə, məhəllələrdə, qəsəbələrdə, kəndlərdə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparırlar.

Bundan əlavə, xüsusi maarifləndirici materiallar, vərəqələr hazırlanaraq, çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına, istirahət parklarının ərazilərinə vurulur.

Eyni zamanda, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə idarə və müəssisələrin inzibati binalarında, küçə və prospektlərdə, parklarda, avtobus dayanacaqlarında, çoxmənzilli yaşayış binalarının giriş blokları, pilləkən və həyətlərində dezinfeksiya işləri də davam etdirilir.

QHT-lər koronavirusla bağlı maarifləndirmə işlərinə nə zaman qoşulacaqlar?

“Biz gücümüzü səfərbər edib elə təbliğat, maarifçilik işləri aparmalıyıq ki, onlar bu məsuliyyətsizliyə son qoysunlar”

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni baki-xeber.com-a bildirdi ki, Azərbaycanda koronavirusla bağlı mübarizə tədbirlərinin başlandığı ilk vaxtlardan aktiv qeyri-hökumət təşkilatları bu prosesə qoşulublar. R.Zeyni hesab edir ki, QHT təmsilçiləri nəinki paytaxtda, hətta bölgələrdə də əhali arasında maarifləndirmə işinin həyata keçirilməsində yaxından iştirak edirlər: “O fikirlə razı deyiləm ki, QHT-lər görünmür. Bu prosesin başlandığı ilk vaxtlardan Azərbaycanın qeyri-hökumət təşkilatları ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınması üçün bütün ictimai səngərlərdə fəaliyyət göstərirlər. Qeyri-hökumət təşkilatları həm paytaxtda, həm də bölgələrdə geniş maarifçilik işlərində iştirak edirlər. QHT-lər həm QHT-lərə Dövlət Dəstəyi Şurasının, eyni zamanda da Milli QHT Forumunun  təşəbbüsü ilə maarifçilik prosesində iştirak edirlər. Onlar həm ictimai monitorinq aparır, həm ictimai nəzarəti həyata keçirir, həm də maarifləndirmə tədbirlərində iştirak edirlər. O cümlədən, Milli QHT Forumu 35 nəfərdən ibarət üzvü olan, Bakını, eləcə də bütün bölgələri əhatə edən MDB Koronavirusa Qarşı Mübarizə Qərargahı yaradıb. Bu qərargahda da Şəmkir, Mingəçevir, Qəbələ, Şirvan, Quba, digər şəhər və rayonlarda respublika təlim mərkəzlərinin rəhbərləri birləşirlər və regionları əhatə edən mərkəzlər də o qərargahdadır. İdarə heyətinin qərarı ilə biz də Nazirlər Kabineti yanında Operativ Qərargahla sıx təmasda olaraq bütün səviyyələrdə işlər görürük”.

R.Zeyni qeyd etdi ki, Nizami və Xətai rayonlarında əhali ilə görüşlər keçirib, onlar arasında maarifləndirmə işləri apardıq. Regional təlim mərkəzlərinin rəhbərlərinin həm yerlərdə maarifçilik işləri apardığını, həm də media vasitəsilə əhaliyə müraciətlər etdiklərini deyən R.Zeyninin sözlərinə görə, QHT-lərin koronavirusdan qorunma sahəsində apardığı maarifçilik işləri kifayət deyil və onlar  bundan sonra fəaliyyətlərini daha da genişləndirəcəklər. “Demirik ki, koronavirusla bağlı maarifləndirmə işinin həyata keçirilməsində QHT-lərin indiyə qədər gördüyü işlər kifayətdir, xeyr,  bundan sonra daha yüksək səviyədə işlər görülməlidir. Amma təəssüflər olsun ki, bölgələrimizdəki vətəndaşlarımız millətin və dövlətin taleyinin həll olunduğu bir dövrdə məsuliyyətsizliyə yol verirlər. Biz gücümüzü səfərbər edib elə təbliğat, maarifçilik işləri aparmalıyıq ki, onlar bu məsuliyyətsizliyə son qoysunlar. Çünki bəzi vətəndaşlarımız var ki, (əsasən də regionlarda - R.Z.) “mənə heç nə olmaz, mən yoluxmaram, məndən narahat olmayın” kimi sözlərlə gününü keçirir və koronavirusa heç bir məhəl qoymaq istəmirlər. Biz bu məsələlərlə razı deyilik. “Bakı-Xəbər” tribunasından da istifadə edərək demək istəyirik ki, bölgələrdə artıq koronavirusa yoluxma halları var və bu narahatedicidir. Bu yoluxma kütləvi hal ala bilər və bunun nəticəsində də biz çox böyük problemlərlə üz-üzə qala bilərik. Ona görə də bu problemlər yaşanmasın deyə, regionlarda vəziyyətə nəzarət daha da gücləndirilməlidir, burada vətəndaşlara vəziyyət detallı şəkildə izah edilməlidir, müvafiq resurslar cəlb olunmaqla inzibati tədbirlər sərtləşdirilməlidir”. 

Bu gün koronavirusla bağlı mübarizəyə qoşulmayan, bu yöndə maarifçilik işi görməyən, evində oturub prosesi kənardan izləyən QHT-lər də var. Həmin QHT-lərlə bağlı R.Zeyni bildirdi ki, onlar da gecikmədən prosesə qoşulmalıdırlar: “Açığını deyim ki, mən həmişə aktiv olanlardan danışıram. Aktiv olmayanlar onsuz da aktiv deyillər. Onlara üzümü tutub demək istəyirəm ki, vətənin, millətin ağır günündə QHT təmsilçiləri evdə otursunlar, amma maarifçilik, təbliğat işini evdən həyata keçirsinlər. “Evdə qal, amma həyəcan təbili çal”. Bu gün həyəcan təbili çalmağın zamanıdır. Bütün QHT-lərə, bütün vətəndaş cəmiyyəti institutlarına, aktiv, fəal vətəndaşların hamısına səslənirəm ki, “Evdə qal, amma həyəcan təbili çal”. Qoy bu millət maariflənsin, hər bir vətəndaş bilsin ki, onun özünün şəxsən sağ qalması, onun bu virusdan kənarda qalması cəmiyyətin virusdan kənarda qalması deməkdir. Hər bir vətəndaş maariflənməlidir” - deyə R.Zeyni vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ