29/05/2020 10:24
728 x 90

Plastik qab və polietilen torbalar da təhlükəli imiş…

Eyyub Hüseynov: “Bakıda olan marketlərin təxminən 80 faizi 3 dəfə nazikləşdirilmiş polietilen torbalara keçib”

img

Dünya koronavirus xəstəliyindən əziyyət çəkir. Ölkələr bir-birinə qapılarını bağlayır, kütləvi tədbirlər təxirə salınır, iqtisadi əlaqələr məhdudlaşdırılır.  

2019-cu ilin dekabr ayından etibarən ortaya çıxan koronavirus səbəbilə ölənlərin sayı artıb. Bütün dünyanı narahat edən koronavirusla bağlı müxtəlif məlumatlar yayılır, ondan qorunmağın yolları göstərilir. Koronavirusdan qorunmağın ən əsas yolu kimi gigiyena qaydalarına əməl etmək tövsiyə olunur.  Bununla yanaşı, birdəfəlik istifadə məhsullarından da imtina etməyin vacibliyi bildirilir. Ancaq bu gün plastik qablar və polietilen torbalardan məişətdə geniş istifadə olunur. Dəfələrlə plastik qablar və polietilen torbaların istifadəsinin məhdudlaşdırılması məsələsi gündəmə gətirilib. Ancaq hələ də adıçəkilən məhsullardan imtina olunmayıb.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) koronavirusun (COVID-19) plastik qablarda 5 gün qala biləcəyini bəyan edib. Agentlik koronavirusla bağlı videoçarx hazırlayıb. Görüntülərdə virusun plastik qablarda 5 gün, şüşədə 4 gün, dəmirdə 48 saat, alüminiumda 2-8 saat, kağızda 4-5 gün, rezin əlcəkdə 8 saat, taxtada 4 gün qaldığı əks olunub.

Maraqlıdır, hazırkı vəziyyətdə plastik qablar və polietilen torbalardan imtina edilə bilərmi?

  • ...bu məsələ yaxın 4 ilə ancaq mümkün ola bilər”

Məsələ ilə bağlı fikir bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Bakıda olan marketlərin təxminən 80 faizi 3 dəfə nazikləşdirilmiş polietilen torbalara keçib: “İstehsal müəssisələrinin plastik qablaşdırmadan imtina etməsi ilə bağlı aktiv iş aparılsa da, bu məsələ yaxın 4 ilə ancaq mümkün ola bilər. İstehsal müəssisələri bununla bağlı böyük çətinliklərlə üzləşə bilərlər. Çünki qablaşdırma artıq həyatımıza daxil olub. Malların qablaşdırılması məsələsi yerli istehsalçı üçün əhəmiyyətlidir. Gərək yerli təhlükəsiz kartonlardan qablaşdırma fabriki açılsın, kartonlar yığılsın və təkrar emal edilərək qablaşdırma istehsal olunsun. Bunlara süd məhsulları və şirələr daxildir. Çünki bu, çox böyük bir sahəni əhatə edir”.

Günel CƏLİLOVA

Son xəbərlər