Cümə günü, 13 noyabr 2026
     

Hətta əyalət teatrları da Koronavirusla Mübarizə Fonduna yardım göstərir, böyük teatrlar...

Image


Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna cəmiyyətin müxtəlif sferalarından maliyyə yardımları köçürülür və ianələr edilir. Maraqlıdır ki, yardımlaşma, maddi dəstək prosesinə qoşulanların sırası günü-gündən genişlənir. Artıq bu prosesə bölgələrdəki mədəniyyət ocaqları, teatrlar da qoşulublar.

Qax Dövlət Gürcü Dram Teatrından aldığımız məlumata görə, teatrın direktoru Zita Xəlilova Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2000 manat vəsait köçürüb.

Paytaxt teatrları ilə müqayisədə daha az vəsait qazanan bölgə teatrları bu prosesə qoşulubsa, paytaxt teatrları nə üçün bu istiqamətdə addımlar atmırlar?

Mövzu ilə əlaqədar bir neçə teatrla əlaqə saxladıq.

  • Cavid Zeynallı: “Teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və kollektivi adından martın 25-də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilib”

Akademik Milli Dram Teatrının mətbuat    xidmətinin rəhbəri Cavid Zeynallı baki-xeber.com-a bildirdi ki, təmsil etdiyi teatr artıq təşəbbüsə qoşulub və Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb. “Teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və kollektivi adından martın 25-də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilib” - deyə qeyd  edən C.Zeynallı, həmçinin, bildirdi ki, teatrın direktoru və bədii rəhbəri A.P.Nemətov rəhbərlik etdiyi teatrın kollektivi adından koronavirusdan əziyyət çəkən insanlara şəfa diləyib və insanları özünü qorumağa, dövlətin müəyyən etdiyi qaydalara ciddi əməl etməyə çağırıb: “Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və ora olan ianələr bizim birliyimizin, həmrəyliyimizin göstəricisidir. Bu, dövlətimizin öz vətəndaşlarının sağlamlığına böyük qayğısının bariz nümunəsidir. Həmvətənlərimiz ianələr etməyə, xəstələrə maddi və mənəvi yardımlar göstərməyə böyük istəklə qoşulurlar. İnanıram ki, dövlətimizin böyük köməyi, vətəndaşlarımızın həmrəyliyi nəticəsində bu pandemiyadan əziyyət çəkən insanlarımız tezliklə öz sağlamlıqlarına qovuşacaqlar”.

Azərbaycan Teatr Xadimləri İttifaqı​ Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb. Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov bildirib ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilib.​

  • Pərvin Nurəliyeva: “Dövlət Gənc Tamaşaçılar Teatrı tərəfindən çağdaş dünyanın ən böyük bəlası olan koronavirusla mübarizə üçün müəyyən miqdarda vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva dabizimlə söhbətində teatrın təşəbbüsə qoşulduğunu dedi. “Dövlət Gənc Tamaşaçılar Teatrı tərəfindən çağdaş dünyanın ən böyük bəlası olan koronavirus ilə mübarizə üçün müəyyən miqdarda vəsait ölkə başçısının "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb

P.Nurəliyevanın verdiyi məlumata görə, teatr rəhbərliyi və kollektiv ölkə Prezidentinin başlamış olduğu bu nəcib təşəbbüsə məmnuniyyətlə qatılıblar. “Gənc Tamaşaçılar Teatrı cənab Prezidentin müəllifi olduğu bu nəcib təşəbbüsə artıq qoşulub” - deyə o bildirdi. Teatrın mətbuat     xidmətinin rəhbəri, həmçinin, teatrın rəsmi internet səhifəsində tamaşaçıları həmrəyliyə, Operativ Qərargahın sosial izolyasiya qaydalarına əməl etməyə çağıran müraciət yayımlandığını dedi. Müraciətdə dövlətimiz və onun strukturlarının virusa qarşı yönəlik tədbirlərinin öz müsbət nəticələrini verəcəyinə və xalqımızın tezliklə bu bəladan xilas olacağına inam ifadə olunub.  Artıq teatrın sevilən aktyorlarının iştirakı ilə sosial şəbəkələrdə #evdəqal aksiyası çərçivəsində videoçarxların yayımlanması reallaşdırılıb. “Teatrımızın sevilən sənətkarları  öz evlərindən “Evdə qal” aksiyasına qoşulublar və aksiya   çərçivəsində müxtəlif şairlərin şeirlərindən parçalar  səsləndirirlər. Sonda böyük şairimiz Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini səsləndiriblər. Bu sınaq günlərində şeirin hər misrası ümid verir, insanı gələcək haqqında nikbin düşünməyə sövq edir” - deyə P.Nurəliyeva qeyd etdi.    

  • Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da  Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.

Bu barədə bizə teatrın mətbuat xidmətindən bildirilib. Məlumat verilib ki, teatr rəhbərliyinin aylıq əməkhaqqından könüllülük prinsipi əsasında ayırdığı vəsait ölkə başçısının "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

  • “Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub...

Azərbaycan Dövlət “Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov mədəniyyət ocağının rəhbərliyi adından Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edildiyini bildirir. O qeyd edir ki, “Yuğ” Dövlət Teatrının kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi riayət edir.

COVID-19 virusunun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində həyata keçirilən tədbirləri yüksək qiymətləndirən İ.Həsənov bir çox sosial məhdudlaşdırma tədbirinin həyata keçirilməsinin, kütləvi tədbirlərin, konsertlərin, tamaşaların təxirə salınmasının dövlətimizin öz vətəndaşlarını qorumaq istəyindən irəli gəldiyini bildirib. “Son aylar ərzində baş verən hadisələr, o cümlədən, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bir çox qurumun, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin bu fonda ianələr bağışlaması bütün dünyanı cənginə alan virusa qarşı mübarizədə dövlətin və xalqın həmrəylik göstərməsinin bariz göstəricisidir. “Yuğ” Teatrının kollektivi də pandemiyanın ölkəmizə mənfi təsirinin qarşısının alınması üçün əlimizdən gələn maddi və mənəvi dəstəyi göstərməyə hazırdır”, - deyə İslam Həsənov vurğulayıb.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ