Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda xüsusi karantin rejimi başqa ölkələrdən nə ilə fərqlənir?

Image


Məlum olduğu kimi, ölkəmizdə koronavirusla mübarizə müstəvisində kifayət qədər tədbir həyata keçirilib və həmin tədbirlərdən biri də karantin elan edilməsi, sosial izolyasiyanın gerçəkləşdirilməsidir.

Bildiyimiz kimi, mübarizə tədbirləri çərçivəsində əsas hədəflərdən biri maksimum dərəcədə insanların evdən bayıra çıxmaması ilə bağlıdır ki, bunun da virusun daha geniş miqyasda yayılmasının qarşısının alınmasında rolu danılmazdır.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı rəsmi məlumata görə, martın 30-da koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib. Yeni karantin tədbirləri çərçivəsində qadağalar müəyyən edilib və bununla da karantin tədbirləri daha da sərtləşdirilib.  

Bu gün bütün dünyada böyük həyəcan, təlaş, ölüm risqi yaradan, canlar alan koronavirusla mübarizədə hər ölkə özünəməxsus mübarizə üsulu təqdim etməyə çalışır. Bildirək ki, koronavirusun yayıldığı bir sıra Avropa ölkələrində karantin qaydalarını pozanlara qarşı zorakılıq belə tətbiq edilir. Qonşu Rusiya, İran, Gürcüstan,Türkiyə,Gürcüstanda artıq karantin rejimi tətbiq edilir. Ermənistanda isə koronavirus nəzarətdən çıxıb və kütləvi şəkildə ölkə ərazisinə yayılır. Ermənilərin bu epidemiyanı işğal altında saxladıqları Azərbaycan torpaqlarında da yaydığı məlumdur.

Azərbaycanda isə, dediyimiz kimi, bu məsələyə olduqca ciddi yanaşılır və koronavirusla mübarizə fonunda çox ciddi  tədbirlər görülür. Sözsüz ki, bu tədbirlərdən biri də vətəndaş məsuliyyətinin gücləndirilıməsidir. 

Azərbaycanda karantin rejimi şəraiti basqa ölkələrdən hansı üstünlüklərlə fərqlənir?

  • İlqar Hüseynli:“Azərbaycan dövlətinin koronavirusla bağlı həyata keçirdiyi mübarizə tədbirləri, karantin rejiminin gerçəkləşdirilməsi üçün yaradılan şərait, bu məsələyə yanaşması tamamilə özünəməxsusdur”

Sosial sahə üzrə tanınmış ekspert İlqar Hüseynli Azərbaycan dövlətinin həyata keçirdiyi karantin tədbirləri üçün yaradılan şəraitin başqa ölkələrdən daha üstün olduğunu baki-xeber.com-a bildirdi. “Azərbaycanın, ilk növbədə, bu məsələdə üstünlüyü ondan ibarət oldu ki, koronavirus ölkəmizə daxil olmamışdan əvvəl bu virusa qarşı qabaqlayıcı tədbirlər həyata keçirildi. Deyərdim ki, başqa respublikalarla müqayisədə koronavirus bizim ölkəmizə gec gəldi. İranda artıq ilk yoluxma halları baş verdiyi zaman biz mübarizə və mühafizə tədbirlərini daha da gücləndirməliydik, gücləndirdik də. Bu gün koronavirus artıq bizim ölkənin sərhədlərindən içəri daxil olub və xalq, dövlət olaraq çox həssas, çətin mərhələdəyik. Sözsüz ki, koronavirusla bağlı digər ölkələrin ortada xeyli təcrübəsi vardı, çünki bu virus həmin ölkələrdə Azərbaycandan əvvəl yayılmışdı. Azərbaycanda həyata keçirilən karantin tədbirlərinin olduqca  gücləndirilməsi diqqəti daha da cəlb edir. Mənə elə gəlir ki, burada karantin şərtlərinin üstünlüyündən, yaxud qeyri-üstünlüyündən danışmaq bir az çətin olar. Çünki, konkret olaraq, Ümumdünya Səhiyyə Təşkilatının koronavirusdan qorunmalarla bağlı sərt təlimatları var. Bu tədbirlərdən də çıxış edərək hər dövlət öz müdafiə tədbirlərini işə salıb. Elə ölkələr var ki, ümumiyyətlə, orada koronavirusla bağlı karantin elan edilməyib. Məsələn, İsveçdə bu addım atılmayıb. Koronavirusla mübarizəyə yanaşmalar müxtəlifdir. Deyək ki, koronavirus yayılan kimi Gürcüstan hökuməti dərhal fövqəladə vəziyyət elan etdi. Türkiyə küçəyə çıxmaqla bağlı yasaq tətbiq etdi. O cümlədən də Azərbaycanda karantin tədbirləri daha da sərtləşdirildi və artıq zərurət olmadan küçəyə çıxmaq rəsmən yasaqlandı. Mənə elə gəlir ki, koronavirusla bağlı həyata keçirilən mübarizə tədbirlərini, gerçəkləşdirilən karantin rejimini vaxtında görülən tədbir kimi qiymətləndirmək olar. Bu gün sosial-maddi tədbirlərin gücləndirilməsi çox vacibdir. Təbii ki, burada söhbət daha çox aztəminatlı ailələrin və günəmuzd işləyən şəxslərin sosial rifahının gücləndirilməsindən gedir. Hesab edirəm ki, bununla bağlı tədbirlər planı işə salınmalıdır”.

İ.Hüseynli qeyd etdi ki, ölkəmizdə həyata keçirilən mübarizə və karantin tədbirləri nəticəsində Azərbaycanda virusa yoluxanların və bu virusdan həyatını itirənlərin sayı başqa ölkələrlə müqayisədə azdır. “Karantin tədbirlərinin gücləndirilməsi nəticəsində ölü və xəstələrin sayının azlığına  görə Azərbaycan başqa ölkələrdən üstün mövqedədir. Bunu biz axıra qədər saxlamalıyıq. Təbii ki, bu da daha çox vətəndaşlardan asılıdır, onlar karantin tədbirlərinə məsuliyyətlə əməl etməlidirlər. Yəni vətəndaş olaraq təcrid səylərimizi artırmalıyıq, maksimum səfərbər olunmalıyıq. Burada vətəndaş-dövlət, media əlaqəli şəkildə işləməli, cəmiyyətə doğru informasiyalar çatdırılmalıdır. Bu çox əhəmiyyətli məsələlərdir. Azərbaycan dövlətinin koronavirusla bağlı həyata keçirdiyi mübarizə tədbirləri, karantin rejiminin gerçəkləşdirilməsi üçün yaradılan şərait, bu məsələyə yanaşması tamamilə özünəməxsusdur. Hesab edirəm ki, Azərbaycanın bu problemə yanaşması daha doğru və əsaslı yanaşmadır. Düşünürəm ki, Azərbaycan  cəmiyyəti, dövləti bu koronavirus problemindən də alnıaçıq, üzüağ çıxacaq və virus kabusu silinəcək, arxada  qalacaq” - deyə İ.Hüseynli qeyd etdi.

  • Aytəkin Kamranqızı:“Bu gün Ermənistanda koronavirusla bağlı vəziyyət tamamilə nəzarətdən çıxıb, bəzi Avropa ölkələrində karantin elan olunsa da, onun tətbiqi üçün şərait yaradılmayıb”

Sosioloq Aytəkin Kamranqızı isə hesab edir ki, Azərbaycanda tətbiq edilən karantin rejimi öz ciddiliyi ilə daha çox seçilir. Onun sözlərinə görə, bu da onu göstərir ki, Azərbaycan dövləti vətəndaşlarının sağlamlığını, onların təhlükəsizliyini daha çox düşünür, hər bir vətəndaşın qayğısına qalır: “Azərbaycan dövləti tərəfindən əvvəlcədən koronavirusla bağlı önləyici tədbirlərin görülməsi çox böyük effekt verdi. Başqa ölkələrlə  müqayisədə ölkəmizdə bu virusa yoluxanların sayı azdır və bu da tətbiq edilən karantin rejimi sayəsində baş verib. Ölkəmizdə karantin rejiminin tətbiqi və ona hər bir vətəndaşın riayət etməsi üçün şərait yaradılıb. Məsələn, bu gün bir sıra dövlət qurumlarında çalışan vətəndaşlarımız işə getmədən öz aylıq əməkhaqlarını alacaqlar. Bu, vətəndaşın sosial rifahının zəifləməməsinə xidmət edən amillərdən biridir. Ölkədə karantin rejimi reallaşdırılır və bu zaman vətəndaşın sosial-maddi rifahı nəzərə alınır, bir ay müddətində işə getməyən şəxs ayın sonunda əməkhaqqını alır. Bu çox müsbət addımdır. Bu gün elə ölkələr var ki, orada karantin elan olunub, amma vətəndaşın sosial rifahı qətiyyən nəzərə alınmayıb. Məsələn, ölkələr var ki, karantin rejiminə görə vətəndaş işə getmirsə, işini itirir. Bu gün Ermənistanda koronavirusla bağlı vəziyyət tamamilə nəzarətdən çıxıb, bəzi Avropa ölkələrində karantin elan olunsa da, onun tətbiqi üçün şərait yaradılmayıb, bəzi ölkələrdə, ümumiyyətlə, vətəndaşı taleyin ixtiyarına buraxıblar, Azərbaycanda isə belə deyil, karantinin tətbiqi üçün lazımı şərait yaradılıb. Başqa       ölkələrdən fərqli olaraq, bizim ölkədə karantin rejiminə görə işə gedə bilməyən vətəndaşların nə işdən çıxarılması baş verir, nə də onların maaşının kəsilməsi yaşanır. Azərbaycan dövləti  vətəndaşın taleyini həmişə diqqət mərkəzində saxlayır. Əlbəttə, bu, Azərbaycan dövlətinin ən çətin anlarda belə vətəndaşı düşünməsi ilə bağlıdır. Karantin rejiminin sərtləşdirilməsi çox gərəkli addımdır və bütün vətəndaşların buna riayət etməsi mütləqdir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ